767) USM zamanı aşkar olunan hansı əlamət böyrək sancısına məxsusdur?
A) böyrəkdə aşkar edilən girdə formalı nazik divarlı exoneqativ törəmə
B) böyrəyin toplayıcı sistemində hipoexogen törəmə
C) böyrək parenximanın qeyri-bərabər olması
D) kasal-ləyən sistemin və sidik axarın yuxarı 1/3-in dilatasiyası
E) böyrəkdə iri törəmənin olması
Ədəbiyyat: В.В.Митьков, М.В.Медведева. Клиническое руководство по ультразвуковой диагностике. «Видарь», Москва, 1996.
768) Paranefritin diaqnostikasında ən informativ üsul hansıdır?
A) ekskretor uroqrafiyası
B) sidik yollarının icmal rentgenoqrafiyası
C) izotop renoqrafiyası
D) paranefral punksiya
E) USM-si
Ədəbiyyat: В.В.Митьков, М.В.Медведева. Клиническое руководство по ультразвуковой диагностике. «Видарь», Москва, 1996.
769) Naməlum diaqnozda sistitin olmasına dəlalət edən əlamət hansıdır?
A) azotemiya
B) leykosituriya
C) qasıqüstü nahiyədə şişkinlik
D) hematuriya
E) perrektum və ya uşaqlıq yolunun barmaqla müayinəsi zamanı ağrının olmaması
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина», Москва, 2000.
770) Sidik kisəsinin zədələnməsi zamanı ilk növbədə hansı rentgenoloji müayinə aparılmalıdır?
A) uretroqrafiya
B) retroqrad sistoqrafiya
C) ekskretor uroqrafiya
D) pnevmosistoqrafiya
E) iсmal uroqrafiya
Ədəbiyyat: Н.А.Лопаткин. Руководство по урологии. «Медицина». Москва, 2000.
771) Prostat vəzinin adenoması ilə əlaqədar kəskin sidik ləngiməsi zamanı sidik kisəsinin kateterizasiyasını hansı kateterlə başlamaq lazımdır?
Dostları ilə paylaş: |