839) Yuxarı formalı anadangəlmə bağırsaq keçməzliyi üçün xarakterikdir?
A) Epiqastral nahiyənin köpməsi
B) Qarının kəskin köpməsi
C) İkinci sutkadan mekoneal qusma
D) Mekoniumun xaric olmaması
E) Doğulan andan ödlü qusma və epiqastral nahiyənin köpməsi
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
840) Stranqulyasion keçməzlik zamanı keçməzliyi törədən səbəb hansıdır:
A) Atreziya
B) Obtürasiya
C) Bağırsağın bir hissəsinin digər hissəyə keçərək pərçim olunması
D) Bağırsağın boğulması
E) Bağırsağın askaridozu
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
841) Uşaqda apendikulyar abses diaqnozu qoyulmuşdur. Cərrahi müalicə necə olmalıdır?
A) Absesin qarının ön divarından punksiya olunması
B) Absesin düz bağırsaqdan punksiya olunması
C) Absesin düz bağırsaqdan açılması
D) Absesin qarının ön divarından açılması
E) Konservativ
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
842) Uşaqlarda kəskin apendisiti hemorragik vaskulit zamanı əmələ gələn abdominal sindromdan necə fərqləndirmək olar?
A) Diafonoskopiya
B) Koaquloqrammanın yoxlanması
C) Laparoskopiya
D) Vaskulitə qarşı prednizolonla sınaq müalicəsi aparmaq
E) Laparotomiya
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
Dostları ilə paylaş: |