154) Parotit zamanı irinin hansı istiqamətə axması mümkündir?
A) Qulağa
B) Arxa udlaqyanı sahəyə
C) Ağız boşluğuna
D) Ön udlaqyanı sahəyə
E) Xaricə
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
155) Qoltuqaltı çuxurun toxuması nə ilə əlaqələnir?
A) Ön kürəkönü yarıqla
B) Tinüstü sahə ilə
C) Ön dərin toxuma sahəsi ilə
D) Tinaltı sahə ilə
E) Arxa kürəkönü yarıqla
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
156) Kallo üçbucağını nə təşkil edir?
A) Qara ciyər, xoledox, öd kisəsi
B) Ümumi qara ciyər axarı, sağ qara ciyər arteriyası və öd kisəsi axarı
C) Öd kisəsi, xoledox, qara ciyər arteriyası
D) Qara ciyər, onikibarmaq bağırsaq, mədə
E) Xoledox, qapı venası, qara ciyər arteriyası
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
157) Qasıq yırtığı zamanı tam retroqrad boğulmanın mütləq anatomik əlaməti nədir?
A) xəstədə bağırsaq keçməzliyi əlamətlərinin mövcudluğu
B) yırtıq kisəsində iki və daha çox bağırsaq ilgəklərinin olması
C) yırtıq kisəsində olan bağırsaq ilgəyinin halı
D) yırtıq kisəsində toxumalar arasında bitişmənin olması
E) yırtıq kisəsində hemorragik möhtəviyyatın mövcudluğu
Ədəbiyyat: L.A.Məmmədov. Qarın nahiyəsinin topoqrafiyası və cərrahi əməliyyatları. “Müəllim”, Bakı, 2004
Dostları ilə paylaş: |