www.vivo-book.com
26
hətta ehtiram xüsusilə çirkin hərəkətiydi. Bax, buna görə də
burada hansı oyunun mauvais genr
16
adlandığı və hansının
abırlı adamdan ötrü yolverilən olduğu kəskin fərqləndirilib.
İki oyun var, biri centlmen
17
oyunu, digərisə plebey
18
oyunu,
tamahkar oyun, hər cür yaramazların oyunu. Burada bu ciddi
şəkildə fərqləndirilib və həmin fərqlər mahiyyətcə eyni
alçaqlıqdı! Centlmen, məsələn beş, yaxud on luidor
19
, nadir
hallarda daha çox qoya bilər; burası da var ki, əgər çox
varlıdısa, min frank da qoya bilər, amma məhz bu oyun
üçün, yalnız bir əyləncə üçün, məhz uduş, yaxud uduzma
prosesinə baxmaq üçün; bununla belə, uduşun özüylə
qətiyyən maraqlanmamalıdı. O udub, məsələn, ucadan gülə
bilər, ətrafındakılardan kiməsə öz iradını bildirə, hətta yenə
pul qoya bilər və yenə pulu ikiqat artıra bilər, ancaq yalnız
16
pis tərzdə – frans.
17
burjua əxlaqı nöqteyi-nəzərindən alicənab, tərbiyəli adam
18
əsilzadə olmayan
19
Fransada qədim qızıl pul
www.vivo-book.com
27
maraq üçün, udmaq naminə, plebey arzusundan yox. Bir
sözlə, bütün bu oyun masalarına ruletkalara və trente et
quarante-lərə
20
yalnız onun zövq alması üçün düzəldilmiş
əyləncə kimi baxmalıdı. Əsası tamahdan və tələdən
qoyulmasına, qurulmasına hətta heç şübhələnməməlidi.
Əgər ona məsələn, elə görünsəydi ki, bütün qalan oyunçular
da, quldenin üzərində əsən bütün bu yaramazlar da elə onun
özü kimi varlılar, centlmenlərdi, yalnız təkcə əyləncəyə və
marağa görə oynayırlar, hətta çox-çox pis olmazdı. Bu
həqiqəti tamamilə bilmək, adamlara günahsız nəzər salmaq,
əlbəttə, fövqəladə kübarlıq olardı. Mən bir çox anacığazların
on beş-on altı yaşlı bakirə və zərif missləri öz qızlarını irəli
necə itələdiklərini, onlara bir neçə qızıl pul verib necə
oynamaq lazım gəldiyini öyrətdiklərini görürdüm. Xanım
udurdu, yaxud uduzurdu, mütləq gülümsünürdü, çox razı
halda uzaqlaşırdı.
Bizim general ləyaqət və vüqarla masaya yaxınlaşdı;
nökər ona stul vermək üçün az qala irəli atılmışdı, amma o,
20
otuz və qırx – frans.
|