www.vivo-book.com
24
soyuqqanlı deyildim; yəqin bilirdim, çoxdan qət eləmişdim
ki, Ruletenburqdan elə-belə çıxıb getməyəcəyəm; mütləq
taleyimdə nəsə köklü və qəti dəyişikliklər baş verəcək. Belə
lazımdı, belə də olacaq. Bu nə qədər gülməli olsa da, özüm
üçün ruletkadan çox şey gözləyirəm, amma mənə elə gəlir,
hamının qəbul elədiyi oyundan nəsə gözləməyin axmaqlıq
və mənasız olması barədə mühafizəkar fikir daha gülməlidi.
Nəyə görə, qumar pul əldə eləməyin hansısa üsulundan,
məsələn, tutaq ki, alverdən pisdi? O düzdü ki, yüzündən biri
udur. Amma bunun mənə nə dəxli?
Hər ehtimala qarşı, mən əvvəlcə göz qoymağı, bu
axşam heç bir şey başlamamağı qərara aldım. Əgər bu
axşam nəsə olsaydı, onda qəfildən və asanlıqla baş
verəcəkdi – elə mən də belə fərz eləyirdim. Üstəlik də,
oyunun özünü də öyrənmək lazımıydı; ona görə ki,
ruletkanın bu cür acgözlüklə oxuduğum minlərlə təsvirinə
baxmayaraq, özüm görənəcən onun quruluşundan qətiyyən
bir şey anlamırdım.
Birincisi, hər şey mənə o qədər natəmiz, nəsə əxlaqi
cəhətdən ayıb və çirkli görünürdü. Mən heç də oyun
www.vivo-book.com
25
masalarını dövrəyə alan bu onlarla, yüzlərlə acgöz, narahat
adamlardan danışmıram. Mən tezliklə və daha çox udmaq
arzusunda qətiyyən natəmiz bir şey görmürəm; kiminsə “axı
az-az oynayırlar” bəraətinə: “daha pis, ona görə ki, xırda
tamahdı” cavabı verən bir gonbul, harın moralistin fikri
mənə həmişə çox axmaq görünürdü. Düzdü, xırda tamah və
iri tamah – hamısı eyni deyil. Bu proporsional məsələdi.
Rotşild üçün xırda olan şey məndən ötrü çox dəbdəbəlidi.
Asan uduşa və qazanca qalandasa, adamlar təkcə qumarda
yox, elə hər yerdə də ancaq bir işlə məşğuldular – bir-
birindən nəsə qapışdırırlar, yaxud udurlar. Ümumiyyətlə,
asan qazancın və gəlirin murdarlığı ayrı məsələdi. Amma
mən burda onu həll etmirəm. Belə ki, özüm də uduş
arzusuyla həddən artıq alışıb-yanırdım, əslində bütün tamah
və bütün bu tamahkar çirkab, əgər girən zaman nəsə
münasib, doğmaydı. Ən yaxşısı odur ki, adamlar bir-
birindən utanıb-çəkinmirlər, əksinə, açıq, səmimi hərəkətlər
eləyirlər. Öz-özünü aldatmağın axı nə əhəmiyyəti var? Ən
mənasız və xeyirsiz məşğuliyyətdi! İlk baxışda bu qumar
əclaflarının masalarının başına yığışmasındakı ciddiyyət və
|