www.vivo-book.com
16
– Axı mən heç onun qohumu da deyiləm, yalnız
generalın qızıyam. Amma yəqin bilirəm, o, vəsiyyətnamədə
məni yada salacaq.
– Mənə elə gəlir, sizə lap çox çatacaq, – təsdiq elədim.
– Hə, o məni sevirdi; amma sizə niyə belə gəlir?
– Deyin görüm, – sualla cavab verdim, – bizim markiz
də bütün ailə sirlərinə bələddi?
– Bəs siz özünüz niyə bu haqda maraqlanırsınız? –
Polina mənə sərt və təkəbbürlə baxıb soruşdu.
– Başqa cür ola bilməz; əgər səhv eləmirəmsə, general
ondan da borc pul almağa macal tapıb.
– Siz çox düz tapmısınız.
– Bəs, nənəciyəz haqqında bilməsəydi, pul verərdimi?
Masa arxasında gördünüzmü: o, nənə haqqında nəsə
danışanda üç dəfə onu nənəciyəz adlandırdı: “la
baboulkinka”. Necə yaxın dostluq, necə yaxın münasibət!
– Hə, siz haqlısınız. Vəsiyyətnamədən mənə də bir şey
düşdüyünü öyrənən kimi, bir dəqiqədə elçi düşəcək. Siz
bunu öyrənmək istəyirdiniz?
www.vivo-book.com
17
– Hələ indi elçi düşür? Mən elə bilirdim, o, çoxdan elçi
düşüb.
– Siz çox yaxşı bilirsiniz ki, yox! – Polina incikliklə
dedi. – Siz bu ingilisə hardan ürcah olmusunuz? – O, bir
dəqiqəlik sükutdan sonra soruşdu.
– Mən elə bildim ki, siz indi onun haqqında
soruşacaqsınız. Ona mister Astleylə yoldakı görüşlərim
haqqında danışdım. “O, utancaq və tez-tez vurulan adamdı,
düzünü deyin, sizə aşiq olub?”
– Hə, o mənə vurulub, – Polina cavab verdi.
– Və doğrusu, əlbəttə, o, fransızdan on qat varlıdı.
– Nədi, fransızın, doğrudan da, nəyisə var? Buna şübhə
yoxdu?
– Şübhə yoxdu. Onun hansısa chateau-su
12
var.
– Mən sizin yerinizə olsaydım, mütləq ingilisə ərə
gedərdim.
– Niyə? – Polina soruşdu.
12
qəsr – frans.
|