www.vivo-book.com
11
oturdum. “Orinion nationale”-ni
9
çıxardım və Rusiyaya qarşı
çox dəhşətli söyüşləri oxumağa başladım.
Arada kiminsə
qonşu otaqdan monsinyorun yanına necə keçdiyini eşitdim;
mən abbatımın nə cür salamlaşdığını gördüm. Ona əvvəlki
xahişimlə
müraciət etdim; o daha quru görkəmlə yenə
gözləməyi xahiş elədi. Bir
az keçəndən sonra daha bir
tanımadığım adam – hansısa avstriyalı – iş üçün içəri girdi.
Onu dinlədilər, dərhal da yuxarı ötürdülər.
Onda yaman
acığım tutdu; qalxdım, abbata yaxınlaşdım və qətiyyətlə
dedim ki, monsinyor başqalarını qəbul elədiyi kimi məni də
yola sala bilər. Qəfildən abbat
məndən qeyri-adi təəccüblə
üz döndərdi. Sadəcə, o anlaya bilmirdi ki,
miskin bir rus
özünü monsinyorun qonaqlarıyla eyniləşdirməyə necə
cəsarət eləyir. Elə bil təhqir
eləyə biləcəyindən sevinə-
sevinə ən abırsız görkəmlə məni başdan-ayağacan süzüb
bağırdı: “Doğrudanmı,
elə fikirləşirsiniz ki, monsinyor
9
“Xalqın fikri” Polşadakı çar hökumətinin mütləqiyyət
siyasətini tənqid eləyən liberal-müxalifət fransız qəzeti
– tərc.)