www.vivo-book.com
15
yaxınlıqdakı uşaqlarla oynamağa buraxdı. Mən də Mişanı
fəvvarənin yanına göndərdim, nəhayət, biz tək qaldıq.
Əvvəlcə
şübhəsiz, işlər haqqında danışmağa başladıq.
Mən ona cəmi-cümlətanı yeddi yüz qulden verəndə, Polina
sadəcə, hirsləndi. Əminiydi ki,
mən Parisdə onun
brilyantlarını girov qoyub, ən azı iki min, yaxud daha artıq
qulden gətirəcəyəm.
– Nə olur olsun, mənə pul gərəkdi, – o dedi, – o pulları
əldə eləmək lazımdı, yoxsa mən, sadəcə, məhv olacam.
Mən burada olmayanda, onun nəylə məşğul olduğu
barədə sorğu-sual eləməyə başladım.
– Peterburqdan iki xəbər aldıq. Əvvəlcə xəbər çıxdı ki,
nənəmin vəziyyəti çox pisdi, iki gündən sonrasa məlum oldu
ki, deyəsən, arvad artıq ölüb. Başqa heç nə. Timofey
Petroviç
xəbər göndərmişdi, – Polina əlavə elədi. – O isə
dəqiq adamdı. Axırıncı, qəti xəbəri gözləyirik.
– Beləliklə, burda hamının qulağı səsdədi? – soruşdum.
– Əlbəttə, hər şey və hamı; düz yarım ildi, yalnız buna
ümid eləyirik.
– Siz də ümid eləyirsiniz?