Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə4/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   2   3   4   5   6   7   8   9   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 

girəndə ingilis şəfəq kimi alışıb yandı. O, masa arxasında 
mənim onunla yanaşı oturduğuma çox şad idi. Deyəsən, 
artıq məni özünə yaxın dost sayırdı. 
Masa arxasında fransızciyəz qeyri-adi hərəkətlər 
eləyirdi: o, hamıyla etinasız, lovğa davranırdı. Moskvadasa, 
yadımdadı, boş-boş qırıldadırdı. O, maliyyə və rus siyasəti 
haqqında dəhşətli dərəcədə çox danışırdı. General arabir əks 
fikirlər söyləməyə cəsarət eləyirdi – amma ciddiyyətlə
yalnız öz vüqarını büsbütün itirməmək üçün. 
Mən qəribə ovqatdaydım, şübhəsiz, hələ naharın 
yarısınacan özümə adi, həmişəki sualımı verməyə fürsət 
tapmışdım: – Bu generalla vaxtımı niyə öldürürəm, elə 
əvvəlcədən onlardan niyə aralanmıram?
Hərdənbir Polina Aleksandrovnaya göz qoyurdum; o 
mənə qəti baxmırdı. Axırı bu oldu ki, əməllicə acıqlandım, 
kobudluq eləməyi qərara aldım. 
Hər şey ondan başladı ki, qəfildən yersiz-filansız, 
ucadan, icazə istəmədən başqalarının söhbətinə qarışdım. 
Başlıcası, fransızciyəzlə dalaşmaq istəyirdim. Üzümü 
generala çevirdim, birdən tamamilə ucadan və aydın şəkildə, 


www.vivo-book.com 

həm də deyəsən, onun sözünü kəsib dedim ki, bu yay ruslara 
otellərin ümumi masaları arxasında nahar eləmək qətiyyən 
olmaz. General təəccüblü baxışlarını mənə dikdi. 
– Əgər özünüzə hörmət eləyən adamsınızsa, – sözümə 
davam elədim, – onda mütləq söyüşə görə üzr istəməlisiniz, 
fövqəladə təhqirlərə də dözməlisiniz. Parisdə və Reyndə, 
hətta İsveçrədə ümumi masalar arxasında o qədər çox 
polyakcığazlar, onlara ürəyi yanan fransızciyəzlər var ki… 
Əgər, yalnız siz russunuzsa, bir söz deməyə imkan yoxdu. 
Bunları fransızca dedim. General hirslənmək, yoxsa 
yalnız heyrətlənmək lazım olduğunu bilmədən çaşqınlıq 
içində mənə elə baxdı ki, özümü itirdim. 
– Deməli, sizi kimsə, hardasa öyrədib, – fransızciyəz 
etinasızlıqla və nifrətlə dilləndi. 
– Mən Parisdə əvvəlcə bir polyakla sözləşdim, – cavab 
verdim, – sonra polyaka kömək çıxan fransız zabitiylə. 
Sonra onlara monsinyorun
7
qəhvəsinə necə tüpürmək 
7
Fransadakı katolik arxiyepiskopların və yepiskopların titulu



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin