www.vivo-book.com
7
table do not
6
arxasında nahar eləməyə göndərərdi. Mən
özbaşına gəlmişdim, ona görə də general üzümə narazılıqla
baxdı. Ürəyiyumşaq Marya
Filippovna dərhal mənə yer
göstərdi; amma mister Astleylə görüş məni xilas elədi,
özümdən asılı olmayaraq onların cəmiyyətinə qoşuldum. Bu
qəribə ingilislə mən əvvəlcə Rusiyada rastlaşmışdım,
bizimkilərin
arxasınca
gedəndə
vaqonda
üzbəüz
oturmuşduq;
sonra onunla Fransaya gedəndə, nəhayət,
İsveçrədə qarşılaşdıq; bu iki həftə ərzində iki dəfə. İndisə
budu, qəfildən ona artıq Ruletenburqda rast gəldim.
Ömrümdə heç zaman ondan artıq utancaq adamla üz-üzə
gəlməmişdim; o, sarsaqcasına utancaqdı, əlbəttə,
bunu özü
də bilir, ona görə ki, heç də axmaq deyil. Bununla belə, çox
sevimli və sakit adamdı. Rusiyadakı ilk görüşümüzdə onu
danışmaq zorunda qoydum. O, mənə bəyan elədi ki, bu yay
Nord-Kapdaymış və Nijeqorod yarmarkasında olmağı çox
istəyirmiş.
Bilmirəm, generalla necə tanış olub; mənə elə
gəlir ki, o, Polinaya əməlli-başlı vurulub.
Polina içəri
6
ümumi masa – fransızca