Rus fortepiano məktəbinin görkəmli nümayəndələri. Anton Rubinşteyn



Yüklə 55,59 Kb.
səhifə1/14
tarix02.01.2022
ölçüsü55,59 Kb.
#38336
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   14
Rus fortepiano məktəbi pianoçular və müəllimlər


Rus fortepiano məktəbinin görkəmli nümayəndələri.

Anton Rubinşteyn

Rus pianoçusu və bəstəkarı Anton Rubinşteyn 1829-cu il noyabrin 28-də Sankt-Peterburqda anadan olub.O , həm də Rusiya musiqi tarixinə ilk orkestrin və Konservatoriyanın qurucusun kimi duşub.Onun anası pianoçu idi.Buna görə də kiçik yaşlarından Antonun musiqi ilə maraqlanması təsadufi deyildi.İlk piano dərslərini də bəstəkar anasından alıb.Lakin əvvəllər ailəsi onun bu marağına sadəcə həvəs kimi baxırdısa da, sonralar Antonun istedadının fərqinə vardılar.1844-cu ildə yeniyetmə qardaşı Nikolay ilə birgə Berlinə gedərək orda musiqi təhsilinə davam edir.4 il sonar vətənə qayıdaraq burada pianoçu və orkestr rəhbəri kimi bədii fəaliyyətə başlayır.1854-58-ci illər isə Rubinşteynə şöhrət gətirən muddət oldu.Belə ki, o, öz əsərlərini Avropa ölkələrində ifa ederek konsertlər verirdi.

Silsilə konsertlər ona şöhrət gətirdi.Lakin bəstəkar şöhrətdə batmadı.1852-ci ildə öz vətənində Konservatoriyanın açılmasını nail oldu.1872-73-cu illər bəstəkarın Amerika Birləşmiş Ştatlarına səfəri ilə yadda qalır.Bir il ərzində Rubinşyetn ABŞ ilə yaxından tanış olur,hətta burda bir çox bəstəkarlarla işbirliyinə imza atır.Alman romantizmi isə daim onun yaradıcılığında özunu biruzə verirdi.Bəstəkar öz əsərləri ilə tamaşaçılara elə bir duyğu bəxş edirdi ki,sanki insane ruhu göylərdə uçurdu.Umumiyyətlə, rus musiqisində qərb meyllərinin izləri Antonun əsərlərində nəzərə çarpırdı.O,Avropa ölkələrində yetərincə sevilən və şöhrətlənən 19 operanın muəllifi kimi də musiqi tarixində öz izini qoyub.

1850-ci ildə dirijorluqda debut edir.1852-ci ildə O, ilk operası olan “Dmitri Donskoy” və bundan sonar O, sujeti rus milliyyətçiliyi ilə bağlı olan 1 pərdəli 3 operasını yazır: “Qisas”, “Sibir ovçuları”, Axmaq Fomka”.

1854-cu ildə 14 dekabrda Rubinşteynin Qevendhausun Leypsiq zalında solo konserti olur.Konsert muvəffəqiyyətlə keçir.Bundan sonar pianist Berlin,Leypsiq,Hamburq,Paris,London,Budapeşt,Praqa və bir çox Avropa şəhərlərində solo konsert proqramı ilə çıxış edir.

1871-ci ildə Rubinşteyn yaradıcılığında önəmli yerə malik olan “Demon” operasını yazır, hansı ki, ilk tamaşasından sonar qadağa qoyulur.Bu qadağa yalnız 4 il sonar geri göturulur.

1873-cu ildə Rubinşteyn skripkaçı Henri Venyavski ilə birlikdə ABŞ-a qastrol səfərinə gedir.1874-cu ildə Rusiyaya qayıtdıqda Peterqof şəhərindəki villasında yaşamağa başlayır və bəstəkarlıq,dirijorluq fəaliyyətinə davamç edir.Onun bu dövr yaradıcılığına 4,5 simfoniyaları,”Makvey” və “Kalaşnikov alıcısı” operaları aiddir.

1885-86-cı ildə o, “Tarixi konsertlər”silsiləsi ilə Peterburq, Paris, Moskva, Berlin, London, Leypsiq, Drezden, Brussel və s. şəhərlərdə çıxış edir. Konsertin repertuarını Kuperendən muasir rus bəstəkarlarının f-no uçun butun solo əsərləri təşkil edirdi.

Rubinşteyn 1894-cu ildə Peterqofda vəfat edib və Nikolskom qəbirsanlığında dəfn olunub.


Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin