Moskva konservatoriyası:
Tatyana Petrovna Nikolayeva-ötən yüzilliyin Rus musiqi mədəniyyətinin ən
parlaq isimlərindən biridir. Parlaq pianist,istedadlı müəllim,bəstəkar və s..
Nikolayeva 1924-cü il 4 may Rusiyanın Bejiç şəhərində dünyaya dünyaya
gəlmişdir.
Tatyana Nikolayeva artıq üç yaşından etibarən fortepianoda ifa etməyə başlayır.
Moskva şəhərinə gələn on üç yaşlı Tatyana Nikolayeva öz qeyri-adi bacarığı ilə
Aleksandr Borisoviç Qoldenveyzeri heyrətləndirir və həmişəlik onun ən sevimli
tələbəsinə çevrilir. Qoldenveyzerin adını o həmişə böyük sevgi
ilə bu cür dilə gətirirdi. Öz müsahibələrinin birində sevimli müəllimini
xatırlayıb onun haqqında belə söyləmişdi:“o mənə
təkcə fortepianoda ifa etməyi deyil,necə yaşamağı,həyata
müxtəlif tərəflərdən baxmağı öyrədib”.Qoldenveyzerin sinfində təhsil alarkən
artıq Nikolayevanın bir çox ifaçı keyfiyyətləri-təbiiliyi və sadəliyi,ideal ritm
hakimiyyəti,melodik ifadəliliyi və daxili azadlığı üzə çıxmışdır. Daha sonra isə yaradıcılıq zirvəsi dövrü başlayır. 1945-ci ildə
Skryabinin vəfatının 30 illiyinə həsr olunmuş filarmoniya konkursunda
birincilik qazanır. 1947-ci ildə isə Praqada keçirilən gənclərin Birinci
Ümumdünya festivalında ikinci yerə layiq görülür. Məhz elə həmin
ildə də Nikolayeva Moskva konservatoriyasının fortepiano fakultəsini
əlaçılıq ilə bitirir. 1950-ci ildə isə SSRİ Dövlət mükafatına layiq
görülən və diplom işi olan fortepiano ilə orkestr üçün bəstələdiyi “1-ci
konsert” ilə bəstəkarlıq fakultəsini bitirir. Elə 40-cı illərdən etibarən
Nikolayevanın yaradıcılığında konsert marafonu başlayır. O
konservatoriyanın Kiçik zalında ifa etdiyi ilk solo konsertlərində
Moskva publikasını heyrətləndirməyi bacarır.
İfaçının ən uğurlu başlanğıcı 1950-ci ildə Leypsiq şəhərində keçirilən
1-ci Beynəlxalq İ.S.Bax konkursunda birincilik qazanması oldu. Daha
gənc pianist hesab olunan Nikolayeva hər kəsə sensasiya yaşatdı.
Bunun səbəbi isə o idi ki,ifaçı öz ifası üçün münsiflərin qarşısına Baxın“y.t.k”-nın bütün 48 prelüd və fuqasını seçim olaraq təqdim etdi.
Alman musiqi pressası dərhal onu “Fuqanın Şəhzadəsi”
adlandırdı.Birincilik və qızıl medala layiq görülməklə yanaşı,Bax
konkursunda münsif kimi çıxış edən D.D.Şostakoviçlə tanışlıq da
ifaçının həyatında mühüm rol oynadı. Bu uzun müddətli dostluğa
Nikolayeva ömrünün sonuna qədər böyük dəyər verdi. O,Şostakoviçin
konkursdan dərhal sonra bəstələdiyi “24 prelüd və fuqa”-sının ilk
ifaçısı oldu,öz ifasını plastinkalara yazdırdı və bütün dünyaya dinlətdi.
Bu əzəmətli musiqi onun həyatının son dəqiqələrinə qədər onu
müşayət etmiş oldu.
50-ci illərin başlanğıcında onun Avropa,Asiya,Latın Amerikası,Avstraliya
və Yeni Zellandiyaya ilk böyük səyahətləri başlayır. Tamamilə o dövrün sovet artistləri bu barədə yalnız xəyal edə bilərdilər. O demək olar ki,müxtəlif
ölkələrdən olan və öz dövrünün ən istedadlı və məhşur dirijorları ilə bir səhnədə
çıxış etmişdi.
Öz repertuar zənginliyinə görə pianistə rəqib olmayıb. Bununla o hətta
Anton Rubinşteynlə belə yarışa bilərdi. O ildən-ilə daha da çox musiqi
ifa edirdi və demək olar ki,Baxın bütün klavir əsərlərini,Bethovenin 32
sonatasını,onun variasiya və konsertlərini,Şumanın silsilələrini,
Şubertin əksər əsərlərini, Çaykovski, Raxmaninov, Şopen, List,Brams,
Debüssi,Ravel, Skryabin,Metner,Prokofyev və Şostakoviçin bütün
əsərlərini ifa edirdi.
Çox qəribədir ki,bu qədər böyük əsər repertuarını tək pianist öz bioqrafiyasına
necə sığdıra bilib. Öz əsər səsyazmaları zamanı pianistə belə bir sualla müraciət
edirlər ki,o necə bu qədər böyük repertuara malikdir. Nikolayeva isə cavabında
bildirir ki: “Bartokun 2-ci konsertindən başqa bütün dünya fortepiano
ədəbiyyatı”.
Bununla yanaşı Nikolayeva öz repertuarını zənginləşdirməyə davam
edirdi. Bir çox bəstəkarlar öz bəstələdikləri əsərləri ifa etməsi üçün ona müraciət edirdilər.Nikolayeva çox qısa bir zaman ərzində o əsərləri etirazsız
öyrənib ifa edirdi. Bu Qolubevin,Kryukovun,Eşpanın və digər bəstəkarların
konsertləri idi. Stravinski Rusiyaya gəldiyi zaman böyük bir həyəcan baş
qaldırır. Çünki o zamanlar bəstəkarın əsərləri publikaya tanış deyildi və bir
neçə gün ərzində onun fortepiano və orkestr üçün yazılmış “Kapriççio”sunu ifa
etmək lazım idi. Demək olar ki sovet dövrünün bütün məhşurlarına təklif
olundu və onların hamısı bu işdən imtina etdilər. Təkcə Tatyana Nikolayevadan
başqa. Stravinskinin ozü Nikolayevanın bu cür inamlı və etibarlı hərəkətindən
heyrətlənmişdi. Bütün bu tərifləri ifaçı sakit bir şəkildə qəbul edirdi və heç bir
zaman qürurlanmırdı. Nikolayeva mükəmməl bir musiqiçi olduğu qədər də
gözəl insan idi. Hər kəs onu sadəliyinə görə sevirdi və böyük dəyər verirdi. O
işçiləri ilə olduqca mehriban və səmimi idi. Hətta digər ifaçıların səs
yazmalarını dinləməkdən böyük bir zövq alırdı.
Nikolayevanın həyat və yaradıcılığında ən önəmli məqamlardan biri də Moskva
konservatoriyasında pedaqoq kimi çalışmağı ilə bağlıdır. Bu təhsil ocağında o
bütün qüvvəsi ilə çalışırdı. Baxmayaraq ki,özünün olduqca sürətli ifaçılıq
həyatı var idi,onun xarici səfərlərdən dönərkən etdiyi ən birinci iş dərs otağına
gəlməyi idi. Qoldenveyzer kimi o da,tək pedaqoq deyil,sözün əsl mənasında
çox mükəmməl müəllim idi. O öz tələbələrini təkcə gözəl və prfessional
musiqiçi kimi deyil,həm də gözəl və geniş düşüncəli bir insan kimi tərbiyə
edirdi. Tatyana Nikloayeva öz şagirdləri ilə bir səhnəni bölüşməyi sevirdi və
ansambl yoldaşı kimi onları müşayət edirdi.
Bununla o,şagirdləri və özü arasında qırılmaz bir bağlılıq yaradırdı ki,bu da bir
pedaqoq üçün ən yüksək dəyərdi. Onun tələbələrindən olan S.Senkov
M.Petuxov ,A.Şmitov,M.Yevseyeva,sonralar N.Luqanskiy- Baxın
əsərlərinin ifasında daimi tərəf müqabili idi.
1975-1976-cı illərdə professor Nikolayeva Moskva konservatoriyasının
tələbələri olan M.Petuxov,S.Senkov və M.Yevseyeva ilə birlikdə Moskvada ilk
dəfə olaraq İ.S.Baxın bir,iki,üç və dörd fortepiano ilə orkestr üçün yazılmış 12
klavir konsertindən ibarət olan silsiləni ifa edir.
Nikolayeva “Baxın bütün əsərləri”ni ifa edirdi. Qeyd etmək də lazımdır ki,onun
ifaçılıq yaradıcılığına dönüb baxdıqda görmək olar ki o,demək olar ki bütün
fortepiano əsərlərini ifa edib. Olduqca qeyri-adi yaddaşa sahib olan ifaçı,özü
üçün yeni əsərləri olduqca tez bir zamanda öyrənib ifa edir. Buna misal olaraq
onun yaradıcılıq həyatı ərzində 50-dən çox fortepiano ilə orkestr üçün olan
konsert ifalarını göstərmək olar. O,Çaykovskinin 1-ci konsertini ifa etməklə
kifayətlənmir,2-ci konsert və hətta Konsert fantaziyasını da ifa edir.
Nikolayeva deyirdi: “Mənim daxilimdə həmişə yeni əsərləri öyrənmək həvəsi
var. Mən istəyirəm ki,bizim ifaçılar aktiv olsunlar və sovet bəstəkarlarının yeni
əsərlərini öyrənsinlər”. Və artistin bu sözləri heç də hədər deyil. S.Prokofyev və
D.Şostakoviçin əsərlərini ifa etməklə yanaşı,o həm də E.Qolubevin
konsertlərinin ilk ifaçısı olmuşdur. Eyni zamanda da Q.Popovun da bir çox
pyeslərini səsləndirmişdi. Təbii ki proqramına o öz əsərlərini də daxil edir. Öz
sevimli aləti üçün bəstələdiyi fortepiano üçün iki konsert,polifonik triadalar və
digər solo pyeslər onun ifa etdiyi əsərlər sırasında olur. Lakin bunlarla heç də
kifayətlənməyən Nikolayeva baxın “Fuqa incəsənəti”ni və S.Prokofyevin
olduqca məhşur olan simfonik nağıl “Petya və canavar”ı fortepiano üçün
işləyir,violonçel ifaçısı M.Xomiçer ilə birgə sonata dueti kimi çıxış edir.
Bütün bunlarla yanaşı Nikolayevanın sevimli bəstəkarlarından biri də
L.V.Bethoven idi. O, Bethovenin 32 sonatısının hamısını ifa etmişdi.
Bu cür silsiləli formada ifa etmək artıq pianist üçün səciyyəvi xarakter almışdı.
Onun interpretasiyasında D.Şostakoviçin 24 prelüd və fuqası,Şopenin 24
prlüdü,həmçinin Şuman,Raxmaninov,Şopen,Skryabin,Şostakoviçin xatirəsinə
həsr olunmuş çoxsilsiləli konsertlər dəfələrlə ifa olunmuşdu. Onu da qeyd
etmək lazımdır ki,daima Şuman yaradıcılığıma müraciət etdiyin görə 1971-ci
ildə Nikolayevanı Beynəlxalq R.Şuman mükafatı ilə təltif edirlər.
1959-cu ildən çalışdığı Moskva konservatoriyası ilə yanaşı,o, Bonnda,
Varşavada,Veymarda və digər Avropa ölkələrində pianist seminarları keçirirdi.
Lakin qərbdəki məhşurluğu ifaçının yaradıcılığının son dövrünə təsadüf etdi.Sovet kommunist rejiminin dağılmasından sonra Nikolayeva Avropa,
Amerikada bir neçə konsert proqramı ilə çıxış edir və böyük müvəffəqiyyət
qazanır. Onun üçüncü səs yazması olan D.Şostakoviçin “24 prelüd və fuqa”sı
1991-ci ildə Tatyana Petrovnaya “Qremmi” mükafatı qazandırır.
Musiqi hərtərəfli onun həyatını əhatə edirdi. Bu cür aktiv yaradıcılıq
həyatı,ifaçılıq məharəti sözsüz ki onun musiqiyə olan sevgisi ilə bağlıdır.
Müsahibələrinin birində ona belə bir sualla müraciət etmişdilər: “ Siz bu qədər
konsertlərdə çıxış edirsiz,səs yazmalar edirsiz,müxtəlif konkurslarda münsif
kimi çıxış edirsiz,sizin olduqca böyük sinfiniz var...Bəs siz yorulmursuz?”,
Nikolayeva cavabında deyir: “ Mən anlaya bilmirəm,musiqidən necə yorulmaq
olar?”.
O həyatdan əsl artistə arzu olunacax bir şəkildə getdi. 1993-cü ildə
San- Fransiskoda sonuncu konsertini vermək üçün səhnəyə çıxır. O,öz sevimli
bəstəkarı olan Şostakoviçin “b-moll” fuqa silsiləsini ifa edən zaman özünü pis
hiss edir və böyük bir jest edib royalın qapağını bağlayaraq səhnəni yarımçıq
tərk edir. Beyninə qan sızması nəticəsində 9 gün sonra, 22 noyabr 1993-cü ildə
vəfat edir və Moskvada Novodeviçye qəbristanlığında dəfn edilir.
SSRİ Xalq artisti olan Tatyana Nikolayeva Petrovna illər keçməyinə
baxmayaraq hələ də hər kəsin qəlbində yaşayır və gələcək nəsillər üçün Rus
musiqi incəsənətinə öz tövhəsin verir.
Dostları ilə paylaş: |