S. P. Mehdiyeva1*, A. C.Əliyeva1, S. S.Şərifova



Yüklə 18,29 Kb.
tarix02.01.2022
ölçüsü18,29 Kb.
#41010
raw


QARABAĞIN BƏZI YABANI DƏNLI TAXIL BITKILƏRININ IŞĞALDAN ƏVVƏLKI VƏZIYYƏTI
S.P.Mehdiyeva1*, A.C.Əliyeva1, S.S.Şərifova2, M.Ə.Abbasov1, Z.İ.Əkpərov1

1AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, Azadlıq 155, AZ1106, 2Xəzər Universiteti, Bakı, Məhsəti k. 41, AZ 1096



mora271976@gmail.com

Azərbaycanın zəngin flora-fauna ehtiyatlarına malik bölgələrindən biri olan Qarabağda 80-90-cı illərin məlum hadisələri ilə əlaqədar olaraq 300 min hektara yaxın qiymətli bitki örtüyü məhv edilmişdir. 2020-ci ilin payızında Azərbaycan xalqının qanı-canı bahasına işğaldan azad edilən Qarabağ torpaqlarındakı meşə və çəmən örtüyünün bu illər ərzində düşmən tərəfindən amansız istismara məruz qoyulduğu aşkar edilmişdir. Elmi ədəbiyyatda bu bölgənin dənli taxıl bitkilərinin monitorinqi məqsədilə keçirilmiş ən son ekspedisiyalardan (19.06.1960 – 25.06.1960) birinin tritikoloq akademik İmam Daşdəmir oğlu Mustafayevin rəhbərliyi ilə aparıldığı yaxşı məlumdur. Mədəni buğdanın yabanı əcdadlarından biri hesab olunan buğdayotu (Aegilops L.) cinsinin müxtəlifliyinə görə Qarabağın Ağdərə, Ağdam, Əsgəran, Xocalı və Xankəndi rayonlarının dağətəyi və dağlıq zonaları xüsusilə fərqlənmişlər. Vaxtilə buğdayotunun Ae.triuncialis L. və Ae.biuncialis Vis. növləri həmin ərazi üçün ən çox, Ae.cylindrica Host – nisbətən az, Ae.umbellulate Zhuk. isə Azərbaycan ərazisi üçün ümumən nadir rast gəlinən növ kimi qiymətləndirilmişdir. Qeyd edilən rayonların rütubətli ərazilərində əsasən Ae. squarossa L. və Ae. cylindrica Host. – un daha çox təsadüf edildiyi müşahidə olunmuşdur. Xocavəndlə Füzuli rayonları arasında H. spontaneum C.Koch. və H. bulbosum L. kimi yabanı arpa növlərinin geniş yayıldığı qeyd edilmişdir. Ekspedisiyada Ağoğlan rayonunda dəniz səviyyəsindən 900 və 1100 m yüksəkliklərdə dağ yamaclarında Azərbaycan ərazisi üçün ilk dəfə olaraq Ae. ovata L.növü qeydə alınmışdır. Bu növün Şuşa-Xankəndi yolunda Xanbağı adlanan məskənə yaxın, Qarabağ silsiləsinin şərq hissəsindən axan KərkicahanXəlfəli və Zarıslı çaylarının birləşməsindən əmələ gələn Qarqarçayın sağ sahilində Malıbəyli, Qırmızı, Sarışkənd və s. kəndlərin ərazilərində dəniz səviyyəsindən 700-910 m yüksəkliklərdə də yayıldığı aşkar edilmişdir. Şuşa rayonunun dağlıq zonalarında yabanı arpa və egilopslarla bərabər, yabanı çovdar S. cereale subsp. segetale -nin də yayıldığı aşkar edilmişdir. Qarabağın Füzuli rayonu, Füzuli-Cəbrayıl yolunda və Cəbrayıl rayonunun ərazisində təmiz yabanı növlərlə yanaşı, egilopslarla bərk və yumşaq buğda arasında çoxlu sayda təbii hibridlərə də təsadüf edilmişdir. 1961-1970-ci illərdə Ümumrusiya Bitkiçilik İnstitutunun əməkdaşlarının Azərbaycanın Qarabağ bölgəsində keçirdikləri ekpedisiyalarda 5 egilops növünə (Ae. squarossa L., Ae. cylindrica Host., Ae. triuncialis L., Ae. biuncialis Vis. və Ae. triaristata Willd.) Ağoğlan rayonunda dəniz səviyyəsindən 800 m, 4 növə (Ae. squarossa L., Ae. cylindrica Host., Ae. triuncialis L., Ae. biuncialis Vis.) Cəbrayıl rayonunda – 250 m, 4 növə (Ae. squarossa L., Ae. cylindrica Host., Ae. triuncialis L. və Ae. triaristata Willd.) Zəngilanda – 610 m, 3 növə (Ae. squarossa L., Ae. triuncialis L. və Ae. triaristata Willd.) Xocavənd rayonunda – 800 m, 3 növə (Ae. squarossa L., Ae. triuncialis L. və Ae. triaristata Willd.) Xankəndi rayonunda – 1120 m və daha 3 növə (Ae. squarossa L., Ae. triuncialis L. və Ae. triaristata Willd.) isə Şuşa rayonunda 1000 m yüksəklikdə təsadüf olunmuşdur. Qeyd etmək lazımdır ki, 1970-ci ildən bəri Azərbaycanın Qarabağ bölgəsində yabanı taxıl bitkilərinin irimiqyaslı monitorinqi aparılmamışdır və bunun son 30 ildə mümkün olmadığının əsas səbəbi həmin ərazilərin uzun illər işğal altında qalması olmuşdur. Qarabağ bölgəsinə aid yabanı taxıl bitkilərininin müxtəlifliyinin qorunmasının vacibliyi ilə yanaşı, bu bitkilərin mədəni buğdaların biotik və abiotik streslərə qarşı davamlılığının, o cümlədən onların məhsuldarlıq göstəricilərininin yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətini nəzərə alsaq, görərik ki, yabanı taxıl bitkilərinin mövcud vəziyyətlərinin monitorinqinin həyata keçirilməsi hazırda ən təxirəsalınmaz işlərdən biridir.
Yüklə 18,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin