Saatlı və Sabirabad sakinləri pulsuz müayinə olundu 3 atu rəhbərliyi imtahanlara nəzarət edəcək heyət üzvləri ilə görüşüb Akademik Zərifə xanım Əliyevanın anadan olmasının


vəsaitləri də məhz bu məqsədlərə xidmət edir



Yüklə 12,62 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix31.12.2021
ölçüsü12,62 Mb.
#2905
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
vəsaitləri də məhz bu məqsədlərə xidmət edir.

 

Qeyd edək ki, kafedranın 

müdiri, professor Musa 

Qəniyevin təşəbbüsü ilə  

kafedranın  tərkibində mini 

kitabxana təşkil olunub. Burada 

təkcə  farmakologiya elmi deyil, 

tibbin müxtəlif sahələrindən 

bəhs edən 2 minə yaxın dərslik 

və dərs vəsaitləri toplanıb. Gün 

ərzində iyrimidən artıq tələbənin 

istifadə etdiyi bu kitabxanada 

eliektron katoloqu da 

yaradılmışdır. Bu da kitabxanaya 

müraciət edən oxuculara  istədiyi 

ədəbiyyatın axtarılması işini 

asanlaşdırır.

 

Hazırladı: M.ƏLƏKBƏRLİ

Dərsliyin geniş oxucu auditoriyasına 

təqdim olunan hazırki IX nəşrinə farmakolo-

giya elmi, onun məqsəd və vəzifələri, inkişaf 

tarixi, farmakologiyanın əsas bölmələri, yeni 

dərman maddələrinin alınması, öyrənilməsi, 

tibbi praktikaya tətbiqi, dərmanların təsnifat 

prinsipi, ümumi və xüsusi farmakologiya-

dan sinir tənziminə təsir göstərən dərman 

maddələri bölməsi daxil edilmişdir. Bu 

nəşr stereotip nəşr olduğuna görə, dərman 

maddələrinin təsnifat və bölgü prinsipləri, 

təsir mexanizmi və farmakologiyasını 

xarakterizə edən digər əsas məsələlərdə 

dəyişikliklər edilməmişdir. Yalnız dərslikdə 

verilən orfoqrafik, dil, üslub xətaları 

düzəldilmiş, mövzu ardıcıllığı, farmakoloji 

terminlər və dərmanların dozalanma və 

təyinat prinsiplərində əvəllki nəşrlərdə buraxılmış bəzi nöqsanlar aradan 

qaldırılmışdır. Əvvəlki nəşrlərdə oldiğu kimi bu nəşrdə də keçilən mövzu-

ların effektivliyinin artırılması məqsədilə dərslikdə illustriativ materiallara 

(şəkil, cədvəl) geniş yer verilmişdir. Bu məqsədlə farmakologiyaya aid 

müxtəlif dərslik, dərs vəsaiti və elmi ədəbiyyatlardan istifadə olunmuş-

dur. Bütün hallarda müəlliflik hüququna ciddi əməl olunmuş və istifadə 

olunan illustriativ materialların mənbələri dəqiqliklə göstərilmişdir. Əvvəlki 

nəşrlərdə oldiğu kimi bu dərslikdə də beynəlxalq adlar terminologiyasın-

dan istifadə edilmişdir.

Müəlliflərin təqdim etdiyi bu 

dərs vəsaiti  qan sisteminə təsir 

göstərən dərman maddələrinin 

farmakologiyası haqqında 

elmin ən son nailiyyətlərini 

daxil etmiş, proqram üzrə 

tədris olunan bütün mövzuların 

müasir tələblərə cavab verən 

geniş, əhatəli və izahlı təhlilini 

verməyə çalışmışlar.

     Tədris prosesində 

tələbələrin qan sisteminə 

təsir göstərən dərman 

maddələri bölməsi üzrə qa-

zandıqları nəzəri biliklərin 

qiymətləndirilməsi, eləcə də 

intellektual farmakoloji hazır-

lıqların yoxlanılması üçün dərs 

vəsaitinə test sualları da daxil 

edilmişdir.   

Dərs vəsaiti farmakologiya 

fənninin tədrisi proqramına 

uyğun yazılmış, müalicə işi və 

tibbi- profilaktika fakültələrinin 

tələbələri üçün nəzərdə tutul-

muşdur. 

Dərs vəsaiti bu fənnin tədrisinin əsas bölmələrindən biri olan hor-

mon preparatlarının farmakologiyasına həsr edilmişdir.

Farmakologiyanın bu sahəsini dərindən bilməyən praktik həkim 

apardığı hormonoterapiyanın uğurlu nəticələrinə zəmanət verə 

bilməz. Odur ki, gələcək həkim və əczaçılara  farmakologiya fənninin 

bu bölməsi müasir tələblər səviyyəsində və elmin son nailiyyətlərinə 

istinadən yazılan dərs vəsaitlərindən istifadə olunmaqla tədris olun-

malıdır. Bu səbəbdən dərs vəsaitinə hormon preparatları haqqında 

farmakologiyanın ən son nailiyyətləri daxil edilmiş, proqram üzrə 

tədris olunan bütün mövzuların müasir tələblərə cavab verən geniş, 

əhatəli və izahlı təhlili verilmişdir.

    Tələbələrin  hormon preparatları bölməsi üzrə qazandıqları  biliklərin qiymətləndirilməsi, eləcə də 

intellektual farmakoloji hazırlıqların yoxlanılması üçün dərs vəsaitinə test sualları da daxil edilmişdir.   

     Dərs vəsaiti farmakologiya fənninin tədrisi proqramına uyğun yazılmış, müalicə işi və tibbi- profi-

laktika fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.

    Test tapşırıqları  farmakologiya fənninin bütün bölmələrini əhatə 

edir. Sualların seçimi, tərtibatı və müasirliyi bütün hallarda fənnin 

məqsəd və vəzifələrinin açılmasına xidmət edir. Onların düzgün ca-

vablandırılması tələbələrdən təkcə dərin nəzəri farmakoloji biliklərə 

yiyələnmək deyil, həm də onlarda müstəqil farmakoloji təfəkkür 

tərzinin formalaşmasını tələb edir.     

      Dərs vəsaitinə ümumi reseptura üzrə 20, ümumi farmakolo-

giya üzrə 58, xüsusi farmakologiya üzrə 662, cəmi 740 test sualları 

daxil edilmişdir. 

Dərslik Azərbaycan Tibb Universitetində farmakologiya fənninin 

proqramı əsasında yazılmış və universitetdə təhsil alan xarici 

tələbələr üçün nəzərdə tutulmuşdur.Kitabdan həmçinin fənnin tədrisi 

ilə məşğul olan professor- müəllim heyəti, bu elm  sahəsilə məşğul 

olan tədqiqatçılar, həkimlər və əczaçılar da istifadə edə bilər.    

Atlas Azərbaycan Tibb Universitetində 

farmakologiya fənninin proqramı 

əsasında yazılmış və universitetdə 

təhsil alan xarici tələbələr üçün nəzərdə 

tutulmuşdur. Kitabdan həmçinin fənnin 

tədrisi ilə məşğul olan professor- 

müəllim heyəti, bu elm  sahəsilə məşğul 

olan tədqiqatçılar, həkimlər və əczaçılar 

da istifadə edə bilər.    

    


Müasir tibbi təhsilin əsas tələblərindən 

biri tədris prosesinin fakültə prinsipi ilə 

aparılmasıdır. Bu bir tərəfdən ixtisasyö-

nümlü farmakoloji təfəkkür tərzinin for-

malaşmasına, digər tərəfdən, gələcəkdə 

konkret klinik fənlərin ardıcıllıqla tədrisi 

prosesində farmakoterapiyanın daha da 

yaxşı mənimsənilməsinə və effektivliyi-

nin yüksəldilməsinə təminat verir. Sto-

matologiya fakültəsinin tələbələri üçün 

nəzərdə tutulan bu dərslik məhz həmin 

məqsədlərə xidmət edir və bu prinsip 

əsasında hazırlanmışdır.    

     Dərslikdə xüsusən, stomatologi-

ya praktikasında çox istifadə olunan 

dərman qrupları və fərdi preparatların 

farmakokinetika və farmokodinamikasına geniş yer verilmiş, istifadə 

olunduqları konkret stomatoloji xəstəliklərin farmakoloji korreksiya 

üsulları hərtərəfli təhlil olunmuşdur. Dərsliyə bilavasitə stomatologiya 

fakültəsində farmakologiyanın tədrisi kursunun əsasları daxil edilmişdir.

Kitabın I hissəsində olduğu kimi II 

hissəsində də dərman preparatlarının 

təsnifat və bölgü prinsiplərində, əsasən, 

beynəlxalq adlar terminologiyasından 

istifadə edilmişdir. Bu hissədə də müəllifin 

qarşıya qoyduğu əsas vəzifə tələbələrdə 

farmakoloji təfəkkür tərzinin formalaşdırıl-

ması, bu sahədə bilik və elmi vərdişlərin 

onlara daha asan yolla çatdırılması 

olmuşdur. Müasir dərman maddələrinin 

farmokokinetkasına və farmokodinami-

kasına düzgün, elmi əsaslarla yanaşma, 

eləcə də farmakologiyanın ən son elmi 

uğurlarının tədris prosesinə gətirilməsi də 

qarşıya qoyulan əsas məsələlərdəndir.

     Dərsliyə bilavasitə farmakologiya 

kursunun əsasları daxil edilmişdir. Bununla yanaşı,  müasir farmakologi-

yanın ayrılmaz tərkib hissəsi olduğundan bu elmin zəruri və vacib bilinən 

sahələrinə də kitabda müvafiq bölmə və bəhslər üzrə geniş yer verilmiş-

dir.  


Nəfis tərtibatda təqdim olunan hər iki dərsliyin dili sadə, aydın və oxu-

naqlıdır. 

 Dərsliklər ATU- nun tələbələri, rezidentura və magistratura pilləsində 

təhsil alan gənc həkim və əczaçılar üçün nəzərdə tutulmuşdur.




Yüklə 12,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin