XƏSTƏNİN TƏLİMATLANDIRILMASI Xəstənin təlimatlandırılması həkim qəbulunun tərkib hissəsi
olmalıdır. İnformasiya vaxtında və xəstənin anlaya biləcəyi
səviyyədə çatdırılmalıdır (D) 4
. Xəstələrin təlimatlandırılması üçün
sistematik və fərdiləşdirilmiş yanaşma işlənib hazırlanmalıdır (D) 4
.
Modifikasiya oluna bilən risk amilləri, müalicə, proqnoz, fiziki
aktivlik, simptomların artması və ya kəskin koronar sindromun
inkişafı zamanı həkimlə əlaqə saxlanması xəstə ilə müzakirə
olunmalıdır (D) 4
.
Pasiyentlərin təlimatlandırılması aşağıdakı istiqamətdə aparıla
bilər:
►
Xəstələrlə yaxın təmasda olaraq stenokardiyanın diaqnozu və
müalicəsi barədə onları məlumatlandırmaq
►
Sakitlik zamanı, yüngül fiziki yük nəticəsində və ya qəflətən
əmələ gələn döş qəfəsi ağrısı simptomunu yüngülləşdirmək üçün
nitroqliserinin dilaltı istifadəsi
►
Xəstələrin nitratların əlavə təsiri və nitrat preparatlarının
profilaktik istifadəsi barədə məlumatlandırılması
►
Döş qəfəsi ağrısının intensivliyi istirahətdən və dilaltı
nitroqliserin qəbulundan sonra azalmazsa və >10-20 dəq davam
edərsə, xəstənin nə etməsi barədə təlimatlandırılması
►
Xəstələrin fiziki aktivliyin faydası barədə məlumatlandırılması
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
35
►
Alkoholun həddindən artıq qəbulunun, tütünçəkmənin zərərinin
izah olunması
►
Seksual fəaliyyət xəstədə stenokardiya ağrısına səbəb ola bilər.
Bunun qarşısının alınması üçün əvvəlcədən nitroqliserin
qəbulunun zəruri olduğunun bildirilməsi.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.