28
Spesifik xəstələr və damar zədələnməsinə müvafiq yarımqruplar
SM-in funksiyası ciddi azalmış və/və ya cərrahi riski yüksək, sol əsas
kötüyün xəstəliyi, ŞD, çoxdamar xəstəliyi olan və əvvəllər AKŞ edilmiş
xəstələr revaskulyarizasiyanın növünü seçərkən xüsusi müzakirəyə səbəb
olurlar.
1. Cərrahi riski çox yüksək olan xəstələr PKM ilə revaskulyarizasiyadan
xüsusən o halda fayda görə bilərlər ki, hədəf damar(lar)la perfuziya
edilən disfunksiyalı miokardda canlı toxumanın olması əyani surətdə
göstərilsin.
2. Sol əsas kötüyün xəstəliyində PKM-in həyata keçirilməsi
mümkündür. Dərman örtüklü stentlərin istifadəsi zamanı metal
stentlərlə müqayisədə yaxşı nəticələr əldə olunmuşdur. Lakin, gələcək
tədqiqatların nəticələri bilinənədək cərrahi müalicəyə üstünlük
verilməlidir.
3. Çox damar xəstəliyi olan ŞD xəstələrdə, AKŞ PKM-ə nisbətən ölüm
göstəricisini azaldır. Tədqiqatlar bu mübahisə doğuran vacib
məsələnin həllinə yönəldilmişdir, lakin hazırkı dövr üçün çox damar
xəstəliyi olan ŞD xəstələrdə, PKM həmin tədqiqatların nəticələri əldə
edilənədək ehtiyat üsul kimi nəzərdə tutulmalıdır.
4. Əvvəllər AKŞ edilmiş xəstələrdə müalicə variantlarını müqayisə edən
randomizə olunmuş tədqiqatlar yoxdur. Simptomatik əsas vardırsa,
anatomiyanın müvafiq olduğu hallarda təkrari cərrahiyə əməliyyatına
təşəbbüs edilə bilər. Lakin müdaxilənin riskləri yüksəkdir. Belə
hallarda PKM simptomatikanı yüngülləşdirmək üçün təkrari
cərrahiyə əməliyyatına alternativ təşkil edir.
Dostları ilə paylaş: