Sabit stenokardiya üzrə klinik protokol



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
14 Stabil Angina

Aorta-koronar şuntlama
AKŞ üçün iki əsas göstəriş vardır: proqnostik və simptomatik. 
AKŞ-nin proqnostik faydası başlıca olaraq ÜD xəstəliklərindən 
ölümün azalması ilə əlaqədardır, AKŞ-dan sonra Mİ-nın azalmasını 
göstərən sübutlar azdır. Ölüm riski orta və yüksək olan xəstələrdə 
medikamentoz müalicə ilə müqayisədə AKŞ proqnozun 
yaxşılaşmasına səbəb olur. Aşağıda qeyd lunmuş xüsusi koronar 
anatomiyalı xəstələrin AKŞ-dan sonrakı prognozu daha yaxşıdır: 
1.Sol əsas kötüyün ciddi stenozu (A)
2
2.Üç böyük koronar arteriyanın ciddi proksimal stenozu (A)
2
3.SÖEA-nın proksimal seqmentində yüksək dərəcəli stenozun da 
daxil olduğu iki böyük koronar arteriyanın ciddi stenozu (A)
2
4.Pozulmuş SM funksiyası ilə yanaşı üç damar xəstəliyi (A)
2
AKŞ həmçinin ÜİX olan xəstələrdə anginoz ağrıların da 
azalmasına səbəb olur. 
AKŞ-də ümumi cərrahi ölüm 1-4% arasındadır və fərdi xəstələrin 
cərrahi riskini təyin etmək üçün istifadə edilən risk qiymətləndirmə 
modelləri mövcuddur. Yuxarıda sadalanan anatomik qruplarda 
cərrahiyyənin riski xəstələrin həyat keyfiyyəti və əməliyyatın 
potensial proqnostik faydası ilə müqayisə edilərək 
qiymətləndirilməlidir. Daxili məmə arteriyasından SÖEA-ya şunt 
qoyulması sağqalma göstəricisini artırır və sonrakı Mİ, təkrari 
stenokardiya və əlavə kardioloji müdaxilə ehtiyacını azaldır (D)
2

Digər arterial şuntların istifadəsi damarın uzun müddət açıq 
qalmasını təmin edir.
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


27
Perkutan koronar müdaxilə
SS-li və uyğun koronar anatomiyalı xəstələrdə stentlərin 
istifadəsi, dərman örtüklü stentlərin meydana çıxması və adekvat 
köməkçi müalicə, səriştəli həkimə həm tək, həm də çoxdamar 
zədələnmələrində PKM prosedurlarını müvəffəqiyyətlə aparmağa 
imkan verir. Rutin aparılan angioplastikada prosedur ilə əlaqədar 
ölüm riski 0.3% - 1% -dir.
PKM, demək olar ki bütün hallarda simptomları yüngülləşdirmək 
üçün AKŞ-ə alternativ olaraq nəzərdə tutula bilər. Mövcud dəlillərə 
görə SS-də PKM-in sağqalma baxımından dərman müalicəsindən 
üstünlüyü sübuta yetirilməmişdir, lakin PKM dərman müalicəsinə 
nisbətən həyat keyfiyyətinə təsir göstərən hadisələrin (stenokardiya 
tutması, təngnəfəslik, revaskulyarizasiyaya ehtiyac və ya fiziki yükə 
tolerantlığın məhdudlaşması) azaldılmasına daha effektiv təsir 
göstərir. İnvaziv texnologiyada olan irəliləyişlər həm yaxın və həm 
də uzaq dövrdə angioplastikanın müvəffəqiyyətini artırmışdır və bu 
məsələ təfsilatı ilə PKM üçün tövsiyələrdə müzakirə edilmişdir. 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin