Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Böyük qrupda forma haqqında biliklərin inkişaf etdirilməsi



Yüklə 2,56 Mb.
səhifə39/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   35   36   37   38   39   40   41   42   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

7.Böyük qrupda forma haqqında biliklərin inkişaf etdirilməsi.
Riyaziyyat məşğələlərində uşaqlara formaca yaxın fiqurların modellərini fərqləndirməyi qavranılan fiqurları elementar təhlil etməyi. Onların bəzi xassələrini ayırmağı və təsvir etməyi öyrədirlər. Uşaqları üçbucaqların müxtəlif növləri ilə, oval formalı fiqurlarla tanış edirlər, forma dəyişmələrini görməyi, eyni bərabər fiqurları tapmağı öyrədirlər. Forma haqqında təsəvvürləri ancaq məşğələlərdə inkişaf etdirmirlər. Didaktik oyunlardan istifadə etməyin böyük əhəmiyyəti vardır. Həmin oyunlar forma haqqında uşaqların təsəvvürlərini nəinki dəqiqləşdirməyə və möhkəmləndirməyə. Həm də onları zənginləşdirməyə imkan verir.
Əyani vəsaitlərdən geniş istifadə edilməsi həndəsi fiqurlar haqqında ümumiləşdirilmiş təsəvvürlərin formalaşmasına kömək edir. Böyük qrupda hər bir fiqur müxtəlif rəngdə, müxtəlif ölçüdə və tərəfləri müxtəlif nisbətlərdə hazırlanmış modellər kimi göstərilir. Fərdi iş üçün cədvəllər və kartoçkalardan istifadə edirlər, bunların üzərində eyni növ və müxtəlif növ fiqurların şəkilləri müxtəlif fəza vəziyyətlərində verilmişdir.
Bütün işi həndəsi fiqurların modellərini tutuşdurmaq və qarşıqoyma əsasında qururlar. Fiqurların oxşar fərqli əlamətlərini aşkar etmək üçün əvvəlcə onlarınmodellərini iki-iki tutuşdururlar. Sonra eyni vaxtda hər növdən 3-dən 5-ə qədər fiquru tutuşdururlar.
Uşaqları bir növdən fiqurların variantları ilə tanış etmək məqsədilə həminnövdən fiqurların 5-ə qədər variantını tutuşdururlar: tərəfləri müxtəlif nisbətdə olan düzbucaqlı və üçbucaqlılar, ovalla məhdud olan fiqurlar. Uşaqlar eyni bərabər fiqurları tapırlar. Məs. “Tayını tap”, “Qıfılın açarını tap”oyun-çalışmaları keçirilir.
Hər bir həndəsi fiqurun xarakterik xassələri, rəngi, ölçüsü, materialı ilə fərqlənən 4-5 modelini tutuşdurmaq yolu ilə aşkar edilir.
Əvvəlki qruplarda tərbiyəçi fiqurlarınəzərdən keçirərkən müəyyən plana uyğun hərəkət edirdi. Uşaqlara belə suallar verilirdi: “Bu nədir? Nə rəngdədir? Hansı ölçüdədir? Nədən düzəldilmişdir?” . Böyük qrupda sualların xarakteri dəyişilir. Uşaqları fiqurların elementlərini ayırmağa, onlar arasında münasıbətləri müəyyənləşdirməyə təhrik edən suallar verirlər.Məs. “Düzbucaqlının nələri var? Neçə tərəfi var? Tərəflərinin uzunluğu haqqında nə demək olar?” və s.
Uşaqlar bir sıra faktlar əsasında sadə əqli nəticələr çıxarırlar: müxtəlif rəhgdə kvadratların tərəfləri bərabərdir,deməli istənilən kvadratların tərəfləri bərabərdir.
Tərbiyəçi fiqurları tutuşduraraq uşaqlara maksimum təşəbbüskar və müstəqil olmağa imkan verir.
Böyük qrup uşaqlarına da həndəsi fiqurları toxunma-hərəkət hissi ilə tədqiq etmək priyomundan istifadə etmək öyrədilir. Fiqurların bir-birindən fərqli əlamətlərini aydınlaşdırmaq üçün üstəqoyma priyomlarından istifadəni davam etdirirlər.
Fiqurlar haqda təsəvvürləri möhkəmləndirmək üçün yeni priyomlardan da istifadə edirlər. Belə ki, uşaqlar müxtəlif üsullarla fiqurları bərabər hissələrə bölürlər, hissələrdən bütöv fiquru düzəldirlər. Bir fiqurdan başqa fiqurlar düzəldirlər, müxtəlif uzunluqda çubuqlardan fəza fiqurları hazırlayırlar.
Böyük qrupda əşyaların qruplaşdırılmasına aid çalışmaların əvvəlkilərə nisbətən mürəkkəbliyi belə izah edilir: tutuşdurulan fiqurların miqdarını və fiqurların növlərini artırırlar, əlamətləri sayının çox olması ilə fərqlənən modellərdən istifadə edirlər, eyni fiqurları müxtəlif əlamətlərə görə qruplaşdırırlar. Tərbiyəçi uşaqları fiqurların necə qruplaşdırılması. Neçə qrup alınacağı haqqında mühakimə aparmağa təhrik edir.
Uşaqlar nəinki fiqurların vəziyyətini ardıcıl ayırmağı və təsvir etməlidirlər, onlar həm də nümunəyə və təsvirə görə naxışı tapmalıdır. Fiqurların qarşılıqlı vəziyyətini təyin etməyə aid çalışmaları çox vaxt didaktik oyunlar formasında aparırlar: “Nədəyişdi?”, “Elə bu cür naxış tap”, “Tayını tap”
Təlim ilinin əvvəlində uşaqların əşyaları formalarına görə həndəsi nümunələrə uyğun qoymaq, ən çoxu bir-üç hissədən ibarət əşyaların formasını təsvir etmək bacarığını inkişaf etdirmək lazımdır. Uşaqlara müxtəlif formaıardan təşkil edilmiş şəkillər çəkmək və applikasiya işləri görmək təklif edilir. Əvvəlcə bir hissədən ibarət əşyalar sonralar isə iki-üç hissədən ibarət əşyalar ya çəkilir, ya da applikasiya edilir Məs. Qar adamı, hacıyatmaz, maşın, yolka və s.



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin