Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


I. SADƏ RİYAZİ TƏSƏVVÜRLƏRİN ƏSASLARI



Yüklə 2,56 Mb.
səhifə2/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   2   3   4   5   6   7   8   9   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

I. SADƏ RİYAZİ TƏSƏVVÜRLƏRİN ƏSASLARI
1. Məktəbəqədər müəssisələrdə riyazi təsəvvürlərin tarixi.
Müasir dövrdə riyazi biliklərin uşaqların əqli inkişafında rolu.
Elementar riyazi təsəvvürlərin formalaşması metodikası uzun inkişaf dövrü keçmişdir. Hələ yazı, məktəb olmadığı bir dövrdə başqa xalqlar kimi Azərbaycan xalqı da yaratdığı folklor nümunələrində erkən yaşdan uşaqların say haqqında müəyyən təsəvvürlərə yiyələnməsinə qayğı göstərmişdir. Say, saymaq xalqın məişətinə ilk günlərdən daxil olmuşdur. Saylardan nağıllarda, atalar sözlərində, tapmacalarda geniş istifadə edilmişdir. Nağılların əksəriyyəti “biri var idi, biri yox idi” sözləri ilə başlayır. Nağıllarda 3 gün,3 gecə,7 gün, 7 gecə, və s. saylar tez-tez işlədilir. Nağılların sonunda isə həmişə göydən 3 alma düşür. Göründüyü kimi nağıllarda ən çox 1, 3,7 saylarından istifadə edilir. Tapmacalarda da maraqlı say nümunələri verilir. “Bizdə bir kişi var, ağzında iki dişi var ”, “Dörd qardaş bir dam altda yaşayır”, “Atdan hündür, itdən alçaq” və s.
Say, saymaq məsələlərinə atalar sözlərində də geniş yer verilir. “Çox yemək adamı az yeməkdən də qoyar”,”Yüz ölç, bir biç”, “İki fındıq bir olsa bir qozu sındırar” və s.
Xalqımız ən müdrik pedaqoq olduğu üçün uşaqlara sayın öyrədilməsi haqqında da çox maraqlı və əyləncəli nümunələr yaratmışdır. Məs.
“Üçü bizə yağıdır,
Üçü cənnət bağıdır,
Üçü yığar gətirər,
Üçü vurub dağıdar.”
Burada ilin fəsilləri haqqında uşaqlara məlumat verilməklə həm də ayrı-ayrı fəsillərin xüsusiyyətləri də onlara öyrədilir. Uşaqlara 10 dairəsində saymağı saymacalarla da öyrədirlər: “Bir, iki bizimki,
Üç, dörd qapını ört.
Beş, altı daşaltı,
Yeddi, səkkiz Firəngiz.
Doqquz, on qırmızı don.”
Adətən uşaq 10 dairəsində ardıcıl saymaqda çətinlik çəkir, lakin bu saymacada sayları asanlıqla saya bilir.
Uşaqlarda məntiqi təfəkkürü inkişaf etdirmək , düşünmək, axtarıb tapmaq yollarını öyrətmək məqsədilə müxtəlif məzmunlu əyləncəli məsələlər də yaradılmışdır. Məsələn:
“Dərədə bitən çör-çöpdür,
İki sərçənin gözü dörddür.

Ağaca beş quş qonmuşdu


Birini vurdum,
Yerdə neçəsi qaldı.”
Müxtəlif oyunlarla da uşaqlara saymaq öyrədilirdi. Məs. Çırtma-çırtma, beş daş və s. Bu oyunlar uşaqlarda dəqiqliyi, gözəyarı ölçməyi və s. öyrədir.
Beləliklə, yuxarıda qeyd etdiyimiz folklor nümunələri təsdiq edir ki, həqiqətən xalqımız uşaqların say təliminə çox qədimdən xüsusi diqqət yetirib.
İlk dəfə uşaqlara məşğələ prosesində say təlimi fikri Rusiyada çapçı İvan Fyodorovun 1574-cü ildə şıxan “Əlifba” kitabında rast gəlinir.
XVII-XIX əsrdə hesabın təlim metodu və məzmunu, böyüklük və ölçü, məkana və zamana bələdlik anlayışlarının formalaşması öz əksini tərbiyə sistemində qabaqcıl pedaqoqlar olan Y.A.Komenski, İ.Q.Pestalotsi, K.D.Uşinski və L.N.Tolstoyun pedaqoji əsərlərində tapmışdır.
O dövrün pedaqoqları öz təcrübələrinə əsaslanaraq belə nəticəyə gəlmişlər ki, uşaqların gələcək təlimində riyaziyyatın mənimsənilməsinə hazırlıq vacibdir.
Böyük çex pedaqoqu Y.A.Komenski 1632-ci ildə “Ana məktəbi” məktəbəqədər yaşlı uşaqlara rəhbərlik proqramının hesab bölməsində ədədlərin fərqi, böyük və kiçiklik fərqi, əşyaların müqayisəsi, həndəsi fiqurlar, bir sıra ölçü vahidlərini göstərmişdir.
İ.Q.Pestalotsi öz əsərlərində əzbərçiliyin əleyhinə çıxmış, elementar riyazi təsəvvürlərə sadədən başlayıb mürəkkəbə keçməyi, əyani vəsaitlərdən geniş istifadə etməyi və bununla da uşaqların sayı daha asand mənimsəyə biləcəyini göstərmişdir.
Riyaziyyat elmi- ümumbəşəri mədəniyyətin təzahürüdür. Onunla təmasda olmaq – bu hər şeydən əvvəl əbədi mədəni sərvətimizlə təmasda olmaqdır.Onun böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafında rolu danilmazdır. Riyaziyyat bu gün müasir insanın əsas bilik mənbələrindən biridir. Yüksək texnikanın və kompyuterləşmənin inkişafı hər bir insandan minimum riyazi bilik və təsəvvür tələb edir. Kiçik yaşdan ta ahıl yaşa qədər biz bu və ya digər cəhətdən riyaziyyat ilə bağlıyıq. Məs. Sadə telefon nömrəsini yığarkən ədədləri və onların ardıcıllığını yadda saxlamaq lazımdır.
Məktəbəqədər tərbiyə təhsil sisteminin bazasını təşkil edir. Mükəmməl tərbiyənin həyata keçirilməsi üçün idrak proseslərinin – intiusiya, mücərrədləşdirmə, təfəkkür, idraki tapşırıqları həll etmək bacarığı, hissi təcrübənin yığılıb toplanmasının inkişafı zəruridir. Uşaqların əqli qabiliyyətlərinin inkişafı onun hərtərəfli inkişafının mühüm vəzifəsidir.
İnsanın əqli imkanları çox genişdir. Onun səviyyəsini təsəvvür etmək, hətta ən cəsarətli fantaziyaçı üçün də çətindir. Müasir tədqiqatçılar belə qənaətə gəliblər ki, insan beyninin yalnız bir hissəsi fəal işləyir.Yəni beyin hüceyrələri işlə yüklənmir, öz fəallıqlarını itirirlər. Deməli, onları daim “işlə” yükləmək lazımdır. Məhz buna görə də böyük Rus alimi M.V.Lomonosov demişdir:”Riyaziyyat əqli qaydaya salır”
Sadə riyazi təsəvvürlərin formalaşmasında istifadə olunan çoxsaylı metodlar və priyomlar uşaqların riyazi təfəkkürünü hərtərəfli inkişaf etdirir. Empirik metodlar kimi- müşahidə, təcrübə, ölçmə; məntiqi təfəkkür priyomları kimi- müqayisə və analogiya; təfəkkür əməliyyatları kimi-ümumiləşdirmə, mücərrədləşdirmə, konkretləşdirmə. Məşğələ prosesində hər bir tərbiyəçi onlardan təyinatı üzrə istifadə etməyi bacarmalıdır.
Riyaziyyatı əqlin gimnastikası hesab edirlər. Təcrübə göstərir ki, bu gimnastikada sadə riyazi təsəvvürlərin formalaşması başlanğıc pillə kimi əsas yer tutur. Bu zaman uşaqlarda düşünmə, mühakimə yürütmə, müqayisə etmə, təhlil və tərkib, konkretləşdirmə və ümumiləşdirmə kimi təfəkkür əməliyyatları hərəkətə gətirilir və inkişaf etdirilir.

Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin