Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


II. RİYAZİ TƏSƏVVÜRLƏR ÜZRƏ İŞİN TƏŞKİLİ



Yüklə 2,56 Mb.
səhifə6/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   2   3   4   5   6   7   8   9   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

II. RİYAZİ TƏSƏVVÜRLƏR ÜZRƏ İŞİN TƏŞKİLİ
1. Məktəbəqədər müəssisələrin müxtəlif yaş qruplarında riyaziyyat məşğələlərinin təşkili və keçirilməsi
Mükəmməl riyazi inkişaf mütəşəkkil, məqsədyönlü fəaliyyəti təmin edərək, tərbiyəçinin təşəbbüsü ilə uşaqların düşünülmüş təlim məsələlərini həll etmələrini təşkil edir. Sadə riyazi təsəvvürlərin formalaşması üçün məqsədyönlü, planlı fəaliyyət forması olmalıdır. Belə bir forma məşğələdir. Məşğələ uşaq bağçasında təlimin təşkilat formasıdır. Riyaziyyat məşğələləri uşaq bağçasının orta qrupundan başlayaraq hər yaş qrupunun yaş və psixoloji xüsusiyyətlərini nəzərə alaraq “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı” na əsaslanaraq keçirilir. Sadə riyazi təsəvvürlərin formalaşması üzrə proqram aşağıdakı hissələrdən ibarətdir: Miqdar və say; Ölçü; Həndəsi fiqurlar; Məkana bələdlik; Zamana bələdlik; Mətiqi tapşırıqlar.
Uşaq bağçasında sadə riyazi təsəvvürlərin formalaşması məşğələləri ümumi didaktik prinsiplərə əməl etməlidir. Yəni uşaqlara verilən riyazi biliklər müəyyən sistemdə və müəyyən ardıcıllıqla olmalıdır. Bu halda yeni bilik çox mürəkkəb olmamalı, mənimsəmək üçün münasib olmalıdır. Uşaqların əqli və riyazi inkişafının ümumi məsələləri və onların məktəbə hazırlanması kimi vəzifələrin yerinə yetirilməsində aparıcı rol məşğələlərin üzərinə düşür. Məşğələlərdə demək olar ki,bütün proqram tələb həyata keçirilir. Proqramda bir məsələdən o birisinə keçərkən keçirilənlər təkrar verilib, yeni biliklər keçmiş biliklərlə əlaqələndirilir. Yeni materialın öyrədilməsi prosesində öyrənilmiş materialın təkrar edilməsi təkcə uşaqların biliyini dərinləşdirmir, həm də onların diqqətini yeni materiala asanlıqla cəlb etməyə imkan verir, biliklərin möhkəm mənimsənilməsinə kömək edir.
Tərbiyəçi hər bir yaş qrupunun proqramının ondan nə tələb etdiyini bilməlidir. Yuxarıda qeyd etdik ki, sadə riyazi təsəvvürlərin formalaşması məşğələləri uşaq bağçasının orta qrupundan keçirilir. Məşğələlərin həftəlik bölgüsü aşağıdakı kimidir:
1. Körpələr qrupu (2-3 yaş) – sensor tərbiyə məşğələsində uşaqlara didaktik oyunlar vasitəsilə sadə riyazi anlayışlar verilir-həftədə 2 dəfə
2. Orta qrupda (3-4 yaş) riyaziyyat məşğələsi- həftədə 1 dəfə
3. Böyük qrupda (4-5 yaş) riyaziyyat məşğələsi – həftədə 1 dəfə
4. Məktəbəhazırlıq qrupu (5-6 yaş) –riyaziyyat məşğələsi – həftədə 1 dəfə
Bütün yaş qruplarında məşğələlər frontal formada keçirilir, yalnız körpələr qrupunda ilin əvvəlində məşğələlər yarımqrupla keçirilir. Məşğələnin müddəti qrupdan –qrupa keçdikcə artırılır. Körpələr qrupunda-10-15 dəq. Orta qrupda -15-20 dəq. Böyük qrupda-20-25 dəq. Məktəbəhazırlıq qrupunda – 25-30 dəq. Riyaziyyat məşğələləri əqli gərginlik tələb etdiyindən onu həftənin ortasında aparmaq lazımdır. Yaxşı olar ki, ondan sonra fiziki mədəniyyət, musiqi və ya təsviri sənət məşğələlərindən biri salınsın. Tərbiyəçi məşğələyə ciddi hazırlaşmalıdır, məşğələnin həcmi uşaqların yaş xüsusiyyətlərindən asılıdır. Hissələr arasında lazım gələrsə orta qrupda 5-8 dəqiqədən sonra, böyük qrupda 10-11 dəqiqədən sonra, məktəbəhazırlıq qrupunda 10-11 dəqiqədən sonra idman dəqiqəsi keçirilir. İdman dəqiqəsi məşğələnin mövzusuna uyğun hərəkətli didaktik oyunla da əvəz oluna bilər. Məs. “Ardını say” didaktik oyunu. İdman dəqiqəsi uşaqlarda şən əhval ruhiyyə yaradır. Yaxşı olar ki, bu mövzuya uyğun şerlərdən, musiqidən, mahnılardan istifadə edilsin. Yay aylarında riyaziyyat məşğələləri keçirilmir. Uşaqların aldıqları bilik və bacarıqlar oyunlarda, onların gün ərzində fəaliyyətində möhkəmləndirilir.
Təcrübədə sadə riyazi təsəvvürlərin formalaşması məşğələlərinin aşağıdakı tipləri var:
1. Didaktik oyun formasında məşğələlər;
2. Didaktik tapşırıqlar formasında məşğələlər;
3. Didaktik tapşırıq və oyunlar formasında məşğələlər
Didaktik oyun formasında məşğələlər əsasən kiçik qruplarda istifadə edilir. Bu vaxt təlim oyun xarakteri daşıyır. Didaktik oyun formasında məşğələlər kiçik uşaqların yaş xüsusiyyətlərinə cavab verir. Müxtəlif riyazi anlayışların formalaşdırılması belə məşğələlərin əsas məqsədini təşkil edir.
Didaktik tapşırıqlar formasında məşğələlər bütün yaş qruplarında keçirilir. Bu məşğələlərdə təlim təcrübi xarakter daşıyır. Müxtəlif tapşırıqları nümayişetdirici və paylayıcı didaktik materialların köməyi ilə uşaqlar icra etməklə riyazi anlayışları daha ətraflı və dolğun mənimsəyirlər. Tərbiyəçi uşaqlara öyrədici təsir edən üsullardan istifadə edir: nümayişetdirmə, izah etmə, nümunə, tapşırığı yerinə yetirmə, qiymətləndirmə və s. Kiçik yaşlarda təlim fəaliyyəti oyun və təcrübi tapşırıqlara əsaslanır. Məs. Bərabərliyi yoxlamaq üçün hər dovşana bir kök ver; xoruz üçün zolaqlardan pillələr qur. və s. Böyük qruplarda isə təcrübi ya da təlim tapşırıqları verilir. Məs. Kitabın təmiri üçün lazım olan uzunluqda zolaq ölçmək, əşyaların uzunluğunu, enini, hündürlüyünü ölçməyi öyrətmək və s.
Uşaq bağçasında ən çox yayılan sadə riyazi təsəvvürlərin formalaşması məşğələsi didaktik tapşırıq və oyunlar formasıdır. Bu tip məşğələ əvvəki iki tip məşğələləri birləşdirir. Burada oyun və müxtəlif tapşırıqlar eyni məqsədə xidmət edir. Didaktik oyun və müxtəlif tapşırıqlar məşğələnin müstəqil hissəsidir. Bunlar bir-biri ilə bağlıdır. Proqram materialının yerinə yetirilməsində ardıcıllıq gözlənilir.
Didaktik məqsəd etibarı ilə hamı tərəfindən qəbul edilmiş məşğələnin formaları aşağıdakılardır:
1. Yeni bilik verən və onu möhkəmləndirən;
2. Mənimsənilmiş biliyi möhkəmləndirən;
3. Hesabat-yoxlama məşğələləri;
4. Kombinə olunmuş məşğələlər.
Uşaqlara yeni bilik verən və onu möhkəmləndirən məşğələlər geniş yeni mövzunun başlanğıcında keçirilir. Məs. say, ölçü, hesab məsələlərinin həllinin öyrədilməsi. Ən başlıcası yeni materialın qavranılması üçün göstərmə, izahat, müstəqil tapşırıq və didaktik oyunların keçirilməsində uşaqların diqqətini, qavrayışını inkişaf etdirməlidir.
Mənimsənilmiş biliyi möhkəmləndirən məşğələlər müxtəlif fəaliyyət növü ilə birlikdə keçirilə bilər: oyun, əmək,təlim fəaliyyəti zamanı. Bu zaman tərbiyəçi uşaqların təcrübəsinə əsaslanır. Mütəmadi olaraq hər rübün sonu, yarım ildə, ilin sonu hesabat-yoxlama məşğələləri keçirilir. Belə məşğələlərin köməyi ilə uşaqların riyazi inkişafının səviyyəsi və proqram tələbin yerinə yetirilməsi yoxlanılır.
Uşaq bağçası təcrübəsində ən çox kombinə edilmiş məşğələlərdən istifadə olunur. Bu vaxt bir neçə didaktik tapşırıq eyni zamanda yerinə yetirilir. Böyük məktəbəqədər yaşlı uşaqların riyaziyyat məşğələsindən nümunə göstərmək olar:
1. Keçmiş mövzunun təkrarı-2-4 dəq.
2. Yeni mövzunun izahı-15-18 dəq.
3. Əvvəl mənimsənilən materialın təkrarı-4-7 dəq.
I hissə: Əşyanın uzununun və eninin müqayisəsi. “Nə dəyişilib?” oyunu.
II hissə: Şərti ölçü vasitəsilə ölçmək qaydasını nümayiş etdirmək.
III hissə: Müstəqil olaraq hər bir uşaq tapşırığı təcrübi fəaliyyətdə necə yerinə yetirir
IV hissə: Müqayisə yolu ilə həndəsi fiqurları müxtəlif formalarına görə qruplaşdırıb, çoxluğun hansı fiqurlardan əmələ gəldiyini tapmaq.
Kombinə edilmiş məşğələdə bir neçə variantda iş aparmaq olar. Yeni bilik verəndə keçmiş mövzunu da təkrarlamaq olar, eyni vaxtda uşaqların biliyini də yoxlamaq olar. Məşğələdə biliyin mənimsənilməsinə xüsusi qayğı göstərilir.
Sadə riyazi təsəvvürlərin formalaşması prosesində tərbiyəçi müxtəlif təlim üsullarından istifadə edir: Təcrübi, əyani, müsahibə, oyun.
Bu üsulları bir sıra faktorlara əsasən seçirlər: proqram məzmunu, uşaqların yaş və fərdi xüsusiyyətləri, didaktik vəsaitlər və s.
Məşğələlər təxminən aşağıdakı plan üzrə qurulur:
1. Motivasiya;
2.Tədqiqat sualı;
3.Tədqiqat mərhələsi;
4.Məlumat mübadiləsi;
5. Məlumat müzakirəsi;
6. Nəticə və ümumiləşdirmə;
7. Qiymətləndirmə.
Məşğələdə tərbiyəçinin nitqi də böyük rol oynayır. Tərbiyəçi mövzunu uşaqlara izah edərkən və suallar verərkən tələsməməlidir. Uşaqlara düşünməyə imkan vermək lazımdır, çünki uşaqların düşünmə cəldliyi müxtəlif olur. Tərbiyəçinin tələskənliyi uşaqlara müstəqil düşünməyə imkan vermir. Onlar tərbiyəçi tərəfindən istiqamətverici sualları gözləyirlər. Bundan əlavə tərbiyəçinin nitqi aydın olmalıdır.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin