Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Körpə yaşlılar qrupu üçün məşğələ nümunəsi



Yüklə 2,56 Mb.
səhifə18/69
tarix24.10.2023
ölçüsü2,56 Mb.
#161226
1   ...   14   15   16   17   18   19   20   21   ...   69
Sad riyazi t s vv rl rin formala mas metodikas

Körpə yaşlılar qrupu üçün məşğələ nümunəsi.
Mövzu: “Səhər. Böyük-kiçik. Bir-çox”.
Məqsəd: Uşağı günün hissəsi olan, səhərlə tanış etmək(bu termini nitqində düzgün işlətməyi öyrətmək). Müşahidələri nəticəsində aldıqları məlumata əsasən tapmacanı tapmağı öyrətmək. Tanış əşyaları ölçüsünə görə müqayisə etmək, bu sözləri nitqdə işlətmək (böyük-kiçik). Müxtəlif əşyaları bir əlamətinə görə birləşdirmək (böyük-kiçik). Çoxluğun əşyalarını müqayisə etmək, harada bir, harada çox əşya olduğunu fərqləndirmək.
1. Oyun: “Bu nə vaxt olur?”
Uşaqlara “Sabahın xeyir” şeir parçasını söyləyirəm.
“Sabahın xeyir”-quşlar oxuyur,
Mehriban insanlar ayağa qalxır,
Qaranlıq künclərdə gizlənəngünəş,
Qalxır və öz işinə gedir artıq!
Suallar:
Siz səhər nə edirsiniz? (Yuxudan dururuq, yuyunuruq, səhər idmanı edirik, yemək yeyirik.)
Şəkildə nə təsvir edilmişdir? (Günəş, dovşanlar səhər idmanı edirlər.)
Bu nə vaxt olur? (Səhər.)
2. İdman dəqiqəsi “Səhər idmanı”
Hər səhər tezdən
İdman edirik.
Növbə ilə hərəkət etmək
Çox xoş olur bizə:
Sevinə-sevinə addımlamaq,
Əlləri qaldırmaq,
Sonra aşağı salmaq.
Oturmaq və durmaq.
Tullanmaq və hoppanmaq.
3. Oyun “Böyük və kiçik”
Uşaqlara tapmaca demək.
Evimizdə bir kişi var,
Xor-xor ilə yatışı var. (pişik)
Suallar:
-Şəkildə kimi görürsünüz? (Pişik balasü ilə)
-Pişik necədir? (Böyükdür)
-Bəs, balası? (kiçikdir)
Şəkildə iki nəlbəki var, biri böyükdür, o pişik üçündür, digəri isə kiçikdir, o pişiyin balası üçündür.
Uşaqlara karandaşla pişikdən böyük nəlbəkiyə və pişiyin balasından kiçik nəlbəkiyə yol çəkməyi tapşırmaq.
Suallar:
Pişik hansı nəlbəkidən süd içir? ( böyükdən)
Bəs, balası hansı nəlbəkidən süd içir? (kiçikdən)
4. Oyun “Bir-çox”
Tərbiyəçi uşaqlara şeir parçası deyir:
Mən tək dənləmək istəmirəm!
Tez qardaşlarım gəlsin,
Bəs, onlar hardadılar?
-Ağacın altında!
Onların adı nədir? – cip-cip!
Suallar:
-Cücənin necə qardaşi var? (çoxlu.)
-Cücənin qabağında nə qədər dən var? (Çox)
-Cücə nə etmək istəyirdi? (Dəni tək dənləmək istəmirdi)
-Stolda neçə cücə var? (bir dənə.) Sağda neçə cücə var? (Çox.)
Tərbiyəçi deyir: Cücə mehriban olduğuna görə tapdığı dəni tək yemədi, qardaşlarını gözlədi.
Əlavə material:
Uşaqlardan qrup otağında hansı əşyadan çox. Hansından bir dənə olduğunu soruşmaq. (Böyük stul bir dənədir, kiçiklər isə çox, akvarium bir dənə, güllər isə çoxdur, böyük stol bir dənə, balacalar isə çoxdurlar.)




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin