1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:Tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Sadələşdirilmiş vergi bəyannaməsi İnternet Vergi İdarəsi vasitəsilə onlayn rejimdə elektron formada tərtib edilərək təqdim edilir və bu barədə vergi ödəyicisinə bildiriş verilir.