3.3.2. Sorğunun qəbulu: İmtina üçün əsas olmadıqda sadələşdirilmiş vergi bəyannaməsi qəbul edilir.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sadələşdirilmiş vergi bəyannaməsi onlayn rejimdə tərtib edilərək təqdim edildikdə avtomatik olaraq vergi ödəyicisinə bildiriş verilir və sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş hesab edilir.
Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.