Sadh 9780593232019 all 4p indd



Yüklə 38,42 Kb.
səhifə1/2
tarix22.10.2022
ölçüsü38,42 Kb.
#65882
növüMühazirə
  1   2
Bədii tərcümə 638 karma








TWO


İradə: Karmanın əsas prinsipi
Qayda #2
Son olaraq, həyat nə kədər, nə də xoşbəxtlikdir.
Həyat sənin əməlinlə bağlı olan məfhumdur.


Qiymətləndirmənin nəticəsi
Bu hadisə belə baş verdi.
Bir gün axşam iki dost birlikdə yol gedirdilər. Hər şənbə axşamı əxlaqsız yanına getmək onların həftəlik adətinə çevrilmişdi. Onlar əxlaqsızlıq yuvasına doğru gedərkən birdən Hindistanın müqəddəs kitabı Bhagavad Gita haqqında diskursya aparan bir səs eşitdilər.
Dostlardan biri günah hissiylə tutulub qaldı. O əxlaqsız yanına getməmək qərarına gəlir və Gita haqqında olan mühazirəyə qoşulmaqla özünü inkişaf etdirməyə üstünlük verdiyini bildirir. Dostlardan digəri isə onu orada qoyub yoluna davam edir.
Mühazirə zalında oturan adamın fikri fahişə yanında olan dostunun yanında idi. Onu qısqanmağa başladı. Ona elə gəlirdi ki, o mühazirə zalında ilişib qalarkən dostu gözəl vaxt keçirirdi.

26
Əxlaqsızlıq yuvasına getməyi seçən adam isə mühazirə zalına gedən dostu haqqında fikirləşirdi. O, şəhvət hislərini heçə sayaraq mənəvi diskursiyaya üstünlük verməklə azadlıq yolunu seçmiş dostuna heyran qalmışdı. Bu hekayə daha çox böyük iyirminci əsr hind əsilli sufisi Sri Ramakrishna Paramahamsa tərəfindən deyilirdi. O, diqqəti həmişə mərkəzi paradoksa çəkirdi: Gita ilə bağlı diskursda iştirak edən adam (fahişəxanada nə baş verdiyi haqqında düşünməyə davam edən) pis karmanı əldə etdi. Əxlaqsızın yanına gedən adamdan daha çox əzab çəkən məhz odur deyə Sri Ramakrişna vurğuladı.
Bunun səbəbi nədir?
Çünki karmanın bədən və düşüncəmizin hərəkəti və enerjiylə bağlı olmasına baxmayaraq o, təkcə əməlimizlə məhdudlaşmır. Əxlaqsız yanına gedən adam öz dostu kimi çox karma əldə edə bilməyib, çünki o, dəyərləndirmə aparmamışdı. Digər bir tərəfdən onun dostu ürəyində arzulayırdı ki , onunla bir yerdə olsun, lakin inanırdı ki əgər diskursda iştirak edərsən bir addım cənnətə yaxınlaşa bilərdi. Bu cür dəyərləndirmə karmanı daha çox qazanmaq demək idi. Qəribə məsələ orasındadır ki, karmadan qurtulmaq haqqında düşünən adam əslində onu qazanmışdı.
Əxlaqsızın yanına gedən adam isə digər tərəfdən etdiyi hərəkətin məhdudluğu hissiylə tutuldu. Bu onu gələcəkdə başqa nəsə axtarmağa vadar edəcəkdi. Belə ki əxlaqsızla olan hərəkəti onun şəxsi jnkişafı üçün bir təkan oldu.
Bu hekayə ümumi bir səhvə işarə edir. İnsanlar çox vaxt hesab edirlər ki, karma yalnız zahiri əməl ilə məhdudlaşır. Onlar xeyirxahlıq və alicənablıq əməlləri nümayiş etdirməyin onlara yaxşı karma qazandıracağına inanırlar. Onların heç anlamadığı şey isə karmanın daha incə bir məsələ olmasıdır.
Karma daha çox iradə ilə bağlı məfhumdur.
Dünyanın hər yerində dini təlimlərin çox vaxt sevgi haqqında danışmaqla aparılmasının səbəbi həmin an insanın həm fiziki, həm də emosional olaraq məhəbbətin ifadəçisinə çevrilməsi, və digərləri ilə münasibətdə əlindən gələni etməsi ilə bağlıdır. Hər kəsə sevgi ilə baxarkən artıq sizin niyyətiniz avtomatik olaraq hərkəsə açıq olur. Sevgi naminə nə axmaq səhvlərə yol verirsənizsə, verin, karma məqsəddən kənar heç nəyi toplamır.
Sizin niyətiniz hər şeyi dəyişdirir. Əgər siz sevginin təsiri altında nəsə desəniz, və digər şəxs incinsə bu onun karmasıdır sizin yox. Hərçənd əgər siz nifrətlə nəsə deəsiniz, və digər şəxsə heç bir problem yaratmazsa, bu onlar üçün yaxşı karma deməkdir sizin üçün yox. Siz hələ də pis karmaya malik olursunuz. Sizin qəzəbinizə məruz qalanın necə reaksiya verməsinin heç bir önəmi yoxdur. Karmanın qazanılması sizin niyyətinizə əsasən təyin olunur kiməsə etdiyi təsirə görə yox.
Digər bir məsələyə nəzər salaq. Gəlin elə hesab edək ki, siz bıçaq ilə oynayırsınız. Bədbəxtlikdən kimisə vurursunuz və həmin şəxs ölür. Bu da karmanın bir növüdür. Digər bir ssenaridə tərəvəzləri doğrayarkən kiminləsə mübahisə edirsiniz. Həmin anın əsəbiylə siz o adamı bıçaqlayırsınız və o ölür. Üçüncü situasiyada siz düşməni necə aradan qaldırmaqla bağlı diqqətlə plan hazırlayırsınız; siz onları aldadırsınız və onları bıçaqlayırsınız. Dördüncü ssenaridə isə siz kiminləsə çox mehriban tərzdə rəftar edirsiniz və ou nahara dəvət edirsiniz; möhtəşəm və çox səmimi keçən yeməkdən sonra onlar rahat şəkildə söykənib oturan anda siz həmin şəxsin boğazını üzürsünüz. Bu da bir başqa karmadır. Besşinci halda isə siz qarşınızdakı şəxslə tamamilə normal münasibət qurmusunuz lakin daxilən onlara etmək istədiyiniz dəhşətli şeyləri planlamağa davam edirsiniz.
İlk dörd halda eyni komponentlər iştirak edir: siz, digər şəxs, bıçaq və ölüm. Ən pis kaemanı yaradan situasiyanı tapmaq heç də çətin deyil. Ən pisi deməklə ən mənəviyyatsızını nəzərdə tutmuram. Mən hansının sizin üçün ən pis fəsadlara yol açdığını nəzərdə tuturam. Digər şəxslə də nəticə eynidir, lakin sizdə yaratdığı təsir iradənizin təbiətindən asılı olaraq müəyyən olunur.karmaya səbəb rəhmsizlik və qəzəbin səviyyəsidir, təkcə əməlin yox.
Beşinci ssenari karma xüsusiyyətlərinin toplanması baxımından ən pisidir. Vəziyyətlər haqqında aparılmış ilk dörd danışıqda ortaya çıxan nəticə digər adam üçün eynidir. Onlar öz karmalarından azad ola biliblər və beləliklə bu onlar üçün yaxşı bir haldır. Lakin sənin karman daha güclüdür, çünki sən daxilində həmin hərəkəti milyon dəfə təkrarlayırsan. Zahirən rəhmsizlik nümayiş etdirmək sənin üçün ciddi fiziki fəsadlara gətirib çıxara bilər (həbs cəzası). Hərçənd, daxilində həmin rəhmsizlik hissinin böyüyüb çoxalmasına icazə vermək isə daha dərin daxili təsirlərə gətirib çıxara bilər. Şəxsi məsələlərin ardıcıllığına əsaslanan niyyət həmişə daha çox karma qazanır. Əgər siz eyni mental hərəkəti təkrarlamağa davam etsəniz, deməli siz bu məsələdə güclü şəxsi paya maliksiniz. Ola bilər ki, siz həbs olunmamısınız, lakin özünüzü məhkum etmisiniz.
Dünyanın bir çox yerlərində hüquqi sistemlərin cinayətə görə cəza tətbiq edərkən niyyəti nəzərə almaları maraqlıdır. Soyuqqanlı, öncədən düşünülmüş cinayət tamamilə fərqli şəkildə cəzalandırılır, məsələn, hissə qapılaraq törədilmiş cinayət kimi.
Karma xüsusiyyətlərinin nəticəsi cəza deyil. Onun nəticəsi sadəcə olaraq sənin davamlı olaraq yaratdığın karmanı həyatın reallaşdırmağa çalışma üsuludur. Əgər sən yalnız neqativ mental karmanı yaratsan heç bir xarici nəticə olmaya bilər, lakin sən daxili əzabın daha dərin səviyyəsini yaşaya bilərsən.

Yüklə 38,42 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin