Şagirdlərin və heyətin qiymətləndirməsi standartları



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/9
tarix02.01.2022
ölçüsü0,54 Mb.
#2366
1   2   3   4   5   6   7   8   9
 

Dəqiqlik standartları 

 

Dəqiqlik standartları heyət üzvlərinin peşəkar inkişafına xidmət edir və mövcud vəziyyət  haqqında 



toplanılan məlumatların düzgünlüyünü təmin edir. 

 



 

D1 – Düzgünlüyə yönəldilmə 

Heyət üzvünün psixoloji qiymətləndirilməsi prosesində  əldə edilən məlumatlar  birmənalı  

nəticələrin çıxarılmasına  yönəldilməli, onların  yanlış şərhini  mümkünsüz etməlidir.. 

 



D2 - Heyət üzvləri üçün müəyyənləşdirilmiş amillər 

Qiymətləndirmə  nəticələri  dəqiq  və  əhəmiyyətli  olmalı,  heyət  üzvünün  inkişafını  əks 

etdirəcək amillər və gözləntilər  onlar üçün aydın şəkildə müəyyənləşdirilməlidir,   

 



D3 - Kontekst təhlili 

İnkişaf istiqamətlərinin  əsaslandırılmış şəkildə heyət üzvünə izah edilə bilməsi üçün onun 

fəaliyyətinə təsir edən  müxtəlif mühit amilləri müəyyənləşdirilməli və nəzərə alınmalıdır.. 



 

D4 - Sənədləşdirmiş məqsəd və prosedurlar 

Qiymətləndirmə  prosedurlarının  aydın    izah  oluna  və  müdafiə  edilə  bilinməsi  üçün  heyət 

üzvünün  mövcud  və  planlaşdırılan    qiymətləndirmələr  üzrə  prosedurlar,  və  məqsədlər  

yazılı sənədlərdə təsvir olunmalıdır.   

 



D5 - Müdafiə oluna bilən nəticələr 

Qiymətləndirmənin  obyektivliyi  və  dəqiqliyinin  müdafiə  edilə  bilinməsi  üçün  əldə  edilən 

qiymətləndirmə nəticələrinin  tam  şəkildə əsasllandırılması təmin  olmalıdır. .  

 



D6 - Məlumatların etibarlılığı 

Əldə  edilən  məlumatlar    əsasında  səmərəli  qərarların  verilməsi  üçün  dəqiq  prosedurlar   

müəyyənləşdirilib yerinə yetirilməlidir.. 

 



D7 - Qərəzçiliyin aradan qaldırılması. 

Qiymətləndirmə  prosedurları          psixoloji  qiymətləndirmənin  qərəzsiz,        nəticələrin  isə 

ədalətli olmasını təmin etməlidir.  

 



D8 - Məlumatın emalı və keyfiyyətə nəzarət 

Heyət  üzvləri  haqqında  toplanmış,  emal  edilmiş  və  çatdırılmış  məlumat  sistemli  şəkildə  

tərtib edilməli, lazım gəldikdə düzəlişlər üçün imkan verməli və məxfi saxlanılmalıdır.  

 



D9 - Məlumatın təhlili 

Heyət  üzvünün  qiymətləndirilməsi  üçün  toplanmış  məlumat  sistematik  şəkildə  təhlil 

olunmalı,  qiymətləndirmə məqsədlərinin səmərəli yerinə yetirilməsinə zəmin yaratmalıdır. 

 



D10 - Əsaslandırılmış nəticələr 

Heyət  üzvünün  nailiyyətləri  haqqında  qiymətləndirmə  nəticələri  aydın  şəkildə 

əsaslandırılmalı, özünün  və digər səlahiyyətli şəxslərin  etimadını qazanmalıdır. 

 



D11 – Qiymətləndirmənin qiymətləndirilməsi 

Qiymətləndirmə prosedurlarının müntəzəm  təkmilləşdirilməsi üçün bu və ya digər müvafiq 

standartlardan istifadə etməklə qiymətləndirmə prosedurları vaxtaşırı nəzərdən keçirilməli,  

aşkar esiləm qüsur və çatışmazlıqlar aradan qaldırılmalı, müvafiq düzəlişlər aparılmalıdır. 

-.-.-.-.- 

 

 



Xüsusi qeydlər:  

-

 



“Diplomatik” sözü nəzakətliliyi və cəmiyyətdə ünsiyyətin digər incəliklərinə diqqətlə 

yanaşmasını nəzərdə tutur – xarici əlaqələri deyil. 

-

 

“Qanunilik” sözünün istifadəsi ondan irəli gəlir ki, bu məsələlərin bir çoxu Avropa və 



Amerikada “Praktiki psixoloji fəaliyyət, Psixoloji məsləhətləşmə və Psixoterapiya 

haqqında Qanun” ilə tənzimlənir, və bu standartların pozulması halları ilə əlaqəli 

şikayətlər məhkəmədə baxılır. 

 

 



 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin