Şagirdlərin və heyətin qiymətləndirməsi standartları



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix02.01.2022
ölçüsü0,54 Mb.
#2366
1   2   3   4   5   6   7   8   9
 

Faydalılıq standartları 

Faydalılıq  standartları  şagird  qiymətləndirilməsinin  nəticələrinin  məlumatlı,  vaxtı  vaxtında  və 

nüfuzlu olduğunu təmin edir. 

 



F1 - Konstruktiv istiqamətləndirmə 

Şagirdin  psixoloji  qiymətləndirilməsi  konstruktiv  olmalıdır  ki,  onun  nəticələrinə  əsaslanan 

qərarlar şagirdin maraqlarına xidmət edə bilsin. 

 



F2 - Müəyyənləşdirilmiş istifadəçilər və istifadə. 

Şagirdin  qiymətləndirilməsi  nəticələrindən  istifadə  edənlər  və  nəticələrin  istifadə  yolları 

konkret  təyin  edilməlidir  ki,  qiymətləndirmə  şagirdin  təlimi  və  ümumi  inkişafına  müvafiq 

şəkildə xidmət etsin. 

 

F3 - Məlumat dairəsi 



Şagirdin  psixoloji  qiymətləndirilməsi  zamanı  toplanılan  məlumat  məqsədyönlü  və  dolğun 

olmalıdır  ki,  qiymətləndirmə  məsələlərini  cavablandırıla  bilsin  və  şagirdin  ehtiyaclarına 

ünvanlansın. 

 



F4 - Qiymətləndirənin ixtisası  

Şagirdləri  qiymətləndirən  psixoloq,  müəllim  və  başqaları  lazımi  bilik  və  bacarıqlara  malik 

olmalıdırlar ki, qiymətləndirmə kompetent şəkildə aparılsın və nəticələr etibarlı olsun. 

 



F5 - Aydın əsaslar 

Şagirdin  psixoloji  qiymətləndirilməsinin  planlaşdırılması  və  keçirilməsində  qiymətləndirmə 

əsasları  tam  aydın  olmalıdırlar  ki,  müəllim  və  digərləri  tərəfindən  verilən  qiymətlərin 

səbəbləri şəffaf olsun. 




 

F6 - Effektiv hesabat-vermə 

Şagirdlərin  psixoloji  qiymətləndirilməsi  haqqında  hesabatları  aydın,  vaxtı-vaxtında,  səliqəli 

və  relevant  olmalıdır  ki,  onlar  şagird,  valideynlər  və  başqa  hüquqlu  şəxslər  üçün  faydalı 

olsun. 

 



F7 – Davamlı xidmət 

Psixoloji  qiymətləndirilmədən  sonra  baş  verən  proseslərə  diqqət  yetirilməli  -  şagird, 

valideynlər  və  başqa  hüquqlu  şəxslər  qiymətləndirmə  nəticələrini  tam  anlamalı  və  onlara 

əsaslanıb  qərar  verə  bilməlidir.  Bunun  üçün  hər  tələb  olunan  məsləhətləşmə  və  digər 

xidmət davamlı nəzərdə tutulmalıdır. 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin