tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz 162. Hansı zərərli mühit amillərinə görə işçilərə süd məhsulu verilir?
A) Zərərli maddələr və toz
B) Temperaturun yuxarı həddi
C) Səs-küy və titrəmə
D) Qarışıq işıqlanma
E) Elektrik sahəsi
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.291
163. Əməyin mühafizəsi məsələləri hansı qanunvericiliklə tənzimlənir?
A) Azərbaycan Respublikasının Konstitusiyası ilə
B) “Yanğın Təhlükəsizliyi haqqında” qanun ilə
C) “Nəqliyyat haqqında” qanun ilə
D) Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə
E) “Texniki Təhlükəsizlik haqqında” qanun ilə
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov və başqaları. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-
1000 cavab. Bakı, 2017
164. Təhlükəsizlik nə deməkdir?
A) Təhlükə ehtimalının maksimal olduğu vəziyyətdir
B) Təhlükə ehtimalının olmadığı bir vəziyyətdir
C) Təhlükə ehtimalının minimal olduğu vəziyyətdir
D) Təhlükə ehtimalının anormal olduğu vəziyyətdir
E) Təhlükə ehtimalının olduğu vəziyyətdir
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Fövqəladə Hallar Nazirliyinin qəzeti. №15. 18.05.2018-ci il
165. Yanğının yaranması üçün hansı üç amil olmalıdır?
A) Alışqan, oksigen, material
B) Məşəl, ventilyasiya, yanacaq
C) Fakel, alışdırıcı, yandıran adam
D) İstilik mənbəyi, lazımsız əşya, qaz
E) Alışma mənbəyi, yanar maddə, oksigen
Testin çətinlik dərəcəsi: Orta
İstinad: https://www.fhn.gov.az
166. İstehsalat otaqları və sahələrində istifadə olunmuş yağa bulaşmış əskilər harada
saxlanılmalıdır?
A) Taxta yeşiklərdə
B) Qapaqlı yeşiklərdə
C) Adi dəmir vedrələrdə
D) İstehsalat otaqlarında və sahələrdə