tt@socar.az
elektron ünvanına müraciət edə bilərsiniz
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010.
Səh. 101
171. Köpük tərkibli odsöndürənlər hansı yanğınlarda istifadə edilməlidir?
A) Neft məhsuları yanğınlarında
B) ağac, kağız, parça, plastik və s. Yanğınlarında
C) Elektrik qurğularının yanğınlarında
D) Yanar materiallar yanğınlarında
E) Yanar mayelərin yanğınlarında
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Tural Əmirxan İlkin yanğınsöndürmə vasitələri Bakı 2014, səh. 7
172. Kapillyar qanaxmaya qoyulan sarğı hansıdır?
A) Pambıqlı
B) Qarşılıqlı
C) Kağız
D) Adi
E) Parça
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İLK YARDIM müəllimlər üçün vəsait, Bakı 2017
173. İş yerindən və iş növündən asılı olaraq işçilər fərdi mühafizə vasitəsi ilə kimin hesabına təmin
edilməlidirlər?
A) Fövqəladə Hallar Nazirliyinin hesabına
B) Müəssisə hesabına
C) İşçinin hesabına
D) Həmkarlar İttifaqı Təşkilatının hesabına
E) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları, Bakı şəhəri, 11
fevral 2020-ci il
174. Hansı hündürlüyə qədər yerləşən meydançalara (yerlərə) məhəccər tələb olunmur
A) 1,0 m
B) 0,5 m
C) 1,2m
D) 0,75m
E) 1,1m
Testin çətinlik dərəcəsi: Asan
İstinad: NEFTQAZÇIXATMA SƏNAYESİNDƏ TƏHLÜKƏSİZLİK Q A Y D A L A R I 2005 səh
22 (1,5,53)
Rəy və təklifləriniz üçün
tt@socar.az
elektron ünvanına müraciət edə bilərsiniz
175. Yanğın, tüstülənmə və digər yanğına səbəb ola biləcək əlamət gördükdə nə etmək lazımdır?
A) Təcili, telefon yaxud yanğınxəbərdar edici vasitəsi ilə yanğınsöndürmə hissəsini çağırmalı,
yanğının yayılmasının və qarşısının alınması barədə tədbirlər görməlidir
B) Avtomatik yanğınsöndürəni işə salmalı və digər vasitələrdən istifadə etməklə yanğını
söndürməyə başlamalıdır
C) Əvvəlcədən hidratları hazır vəziyyətə gətirməli sonra heyət üzvlərini ayağa qaldırmalı, təcili
tibbi yardım məntəqəsinə xəbər verməli və sonda yanğını söndürməyə başlamalıdır
D) Müəssisənin rəhbərliyinə xəbər verməli və yanğını söndürmək üçün əmr gözləməlidir
E) Ümumihəyacan siqnalı verib və gəmini tərk etməlidir
Testin çətinlik dərəcəsi: Orta
İstinad: AZFHN, SİTGDNDA, AZDƏMTTETİ "Neft, qaz və neft kimya sənayesində Yanğın
təhlükəsizliyi Qaydaları", B A K I - 2011, səh.138
176. Yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün hər bir müəssisədə olan
təxliyyə planı harada asılmalıdır?
A) Binaların girişində
B) İclas salonlarında
C) Birinci mərtəbələrdə
D) Hər mərtəbədə
E) İş otaqlarında
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2012, səh. 42
177. Psixofizioloji təhlükəli zərərli istehsalat amili hansıdır?
A) Mutagen
B) Sensibilizasiya edici
C) Elektrik sahəsinin yüksək gərginliyi
D) İşıq axınının yüksək döyünməsi
E) Əsəb-psixi yükləmə
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010.
Səh. 346
178. Hansı hündürlükdən başlayaraq“Yüksəklikdə görülən işlər”anlayışı qüvvəyə minir?
A) 3.0 m
B) 2.5 m
C) 5.0 m
D) 1.8m
E) 2.10 m
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları. Bakı, 2016
179. Qapalı yerdə qaz təhlükəli işlər görülən zaman işçi özünü pis hiss edərsə ilk növbədə nə etmək
lazımdır?
Rəy və təklifləriniz üçün
Dostları ilə paylaş: |