tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz 268. Müəssisədə ayrı-ayrı sahələrə yanğına qarşı kim təyin olunur?
A) Baş Usta
B) Cavabdeh şəxs
C) Mütəxəssis
D) Mühəndis
E) Həkim
Testin çətinlik dərəcəsi: Orta
İstinad:
https://www.fhn.gov.az/uploads/legislation/aze/DYNX/qanunvericilik/ferdi_qar_teh_qay.pdf
269. Bir iş növbəsi üçün nəzərdə tutulan süd məhsulunun miqdarı necə litrdir?
A) 2.5
B) 2
C) 1.5
D) 1
E) 0.5
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.291
270. Daimi olmayan iş yeri nə deməkdir?
A) İşləyənlərin öz iş vaxtının 40%-dən az və ya fasiləsiz 2 saatdan az olduğu yer
B) İşləyənlərin öz iş vaxtının 30%-dən az və ya fasiləsiz 2 saatdan az olduğu yer
C) İşləyənlərin öz iş vaxtının 50%-dən az və ya fasiləsiz 2 saatdan az olduğu yer
D) İşləyənlərin öz iş vaxtının 20%-dən az və ya fasiləsiz 1 saatdan az olduğu yer
E) İşləyənlərin öz iş vaxtının 15%-dən az və ya fasiləsiz 1 saatdan az olduğu yer
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.313
271. İşçinin şlanqlı əleyhqazla fasiləsiz işləmə müddəti nə qədər olmalıdır?
A) 5 dəqiqədən artıq olmamalı
B) 10 dəqiqədən artıq olmamalı
C) 130 dəqiqədən artıq olmamalı
D) 50 dəqiqədən artıq olmamalı
E) 30 dəqiqədən artıq olmamalı
Testin çətinlik dərəcəsi: Orta
İstinad: İstinad: Neftqazçıxatma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 87
272. Müəssisələrdə əməyin təhlükəsizliyi üzrə təlimat kim tərəfindən hazırlanır?
A) Əməyin mühafizəsi şöbəsinin mühəndisləri tərəfindən
B) İxtisaslı mütəxəssislər tərəfindən
C) Əməyin mühafizəsi şöbəsinin rəis müavini tərəfindən
D) Baş mühəndis tərəfindən
E) Direktorun əməyin mühafizə üzrə müavini tərəfindən