tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz Testin çətinlik dərəcəsi: Orta
İstinad: Neft, qaz və neft-kimya sənayesində təzyiq altinda işləyən qablarin quruluşu və texniki
təhlükəsizlik qaydalari, Bakı 2016, səh.71
308. İş yerlərində istehsalat mühitinə təsir edən fiziki amillərə aid olmayanı tapın:
A) Havanın mayeliliyi
B) Havanın tozluluğu
C) Havanın temperaturu
D) Səs-küy və titrəyişlər
E) İnfra və ultrasəs
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: İ.Behbudov və başqaları. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-
1000 cavab. Bakı, 2017
309. Müəssisədə iş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə
bu
zaman işçilərə hansı təlimat keçirilməlidir?
A) Təkrar təlimat
B) İlkin təlimat
C) Birdəfəlik təlimat
D) Növbədənkənar təlimat
E) Giriş təlimat
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov və başqaları. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-
1000 cavab. Bakı, 2017
310. Zərərli və təhlükəli tullantı saxlanılan qabların üzərində olan yazılar:
A) İstehsal edən ölkə, şəhər, zavod və çəkisi, qablaşdırıldığı tarix
B) Tullantının adı, təhlükəlilik xüsusiyyəti, aqreqat halı, çəkisi, qablaşdırıldığı tarix
C) İstehsal edən zavod, şəhər və tullantının adı
D) Qabın eni, uzunu, hündürlüyü və tullantının adı
E) Tullantının növü, rəngi, ağırlığı, miqdarı və aqreqat halı
Testin çətinlik dərəcəsi: Orta
İstinad: AR NK-nin 2016-cı il 14 iyun tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmişdir. Təhlükəli
tullantıların saxlanılması Qaydaları
311. Hansı yaş həddinə çatmamış işçilərin müəssələrdə işləmələrinə yol verilmir.
A) 18 yaşadək olan uşaqlar
B) 15 yaşadək olan uşaqlar
C) 16 yaşadək olan uşaqlar
D) 19 yaşadək olan uşaqlar
E) 17 yaşadək olan uşaqlar
Testin çətinlik dərəcəsi: Orta