tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz 299. Müəssisənin su nasos stansiyasının bütün nasosları daim saz vəziyyətdə saxlanılmalı, istifadəyə
hazır olmalıdır və hansı müddətdə tələb olunan+ təzyiqə yoxlanılmalı və bu barədə xüsusi jurnalda
qeyd aparılmalıdır?
A) Hər gün
B) 10 gündə bir dəfədən az olmayaraq
C) Bir ayda iki dəfədən az olmayaraq
D) Həftədə bir dəfədən az olmayaraq
E) Ayda bir dəfə
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Neft, qaz və neft kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011. Səh. 24
300. Yanar qaz balonları saxlanılan anbarların nə ilə qızdırılmasına icazə verilir?
A) Yalnız su, aşağı təzyiqli buxar və yaxud hava qızdırıcı sistemlərlə
B) Elektrik generatorları vasitəsi ilə işləyən elektrik qızdırıcıları ilə
C) Elektrik-yağ radiatorları və elektirik qızdırıcıları vasitəsi ilə
D) Gücləndirici qaz peçləri və kombi qızdırıcı sistemlərlə
E) Xüsusi borularla təchiz olunmuş kerasin peçləri ilə
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Neft, qaz və neft kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011. Səh. 28
301. Yüngül yanıqlar zamanı ilk yardım nədən başlayır?
A) Zədələnmiş sahənin soyudulmasından
B) Zədələnmiş sahəyə toxunulmamasından
C) Zədələnmiş sahənin sarğılanmasından
D) Zədələnmiş sahəyə kartof qoyulmasından
E) Zədələnmiş sahəyə yağ-xəmir qoyulmasından
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İLK YARDIM müəllimlər üçün vəsait, Bakı 2017
302. Əsasən, neft sənayesi müəssisələri (obyektləri) hansı yanğın siqnalizasiya qurğuları ilə təchiz
olunmalıdır?
A) Şüa ilə idarə olunan siqnalizasiya
B) Pnevmatik siqnalizasiya
C) Əl ilə qoşulan siqnalizasiya
D) Avtomatik siqnalizasiya
E) Aralıdan idarə olunan siqnalizasiya
Testin çətinlik dərəcəsi: Orta
İstinad: AZFHN, SİTGDNDA, AZDƏMTTETİ "Neft, qaz və neft kimya sənayesində Yanğın
təhlükəsizliyi Qaydaları", B A K I - 2011, səh.148
303. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlar kim tərəfindən təsdiqlənir?
A) Müəssisənin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti tərəfindən
B) Müəssisənin rəisi tərəfindən
C) Sahə rəisi tərəfindən
D) Baş mühəndis və Həmkarlar İttifaqı Komitəsi tərəfindən