tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz E) 3%-li bor turşusu məhlulu və ya böyük həcmdə su ilə yumaq, sintomisin emulsiyası çəkmək və
sarımaq
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2012, səh. 309
127. Hansı yanıqlar zamanı istinin təsirindən orqanizmin dəri və selikli qişaları zədələnir?
A) Termiki
B) Kimyəvi
C) Elektrik
D) şüa
E) Günəş
Testin çətinlik dərəcəsi: Orta
İstinad: İlk yardım (müəllimlər üçün vəsait).
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının
05 aprel 2017-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir, səh. 124
128. Temperatur neçə dərəcədən aşağı olduqda odsöndürənlər qızdırılan otaqlara keçirilməli və
orada: "Odsöndürənlər buradadır" sözləri yazılmış lövhə asılmalıdır?
A) mənfi 1oC
B) mənfi 2oC
C) mənfi 5oC
D) mənfi 3oC
E) mənfi 4oC
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2013, səh 147
129. Giriş təlimatı barədə müddəalardan hansı doğrudur?
A) Giriş təlimatı - fəhlələrlə iş yerində onlar sərbəst işə buraxılmazdan əvvəl, bir işdən başqa işə və
ya digər xassəli iş sahəsinə (istehsalat şəraiti dəyişəndə) keçirilir
B) Giriş təlimatı - bütün fəhlələrlə və bəzi kateqoriyalı qulluqçularla onların təhsilindən, ixtisas
dərəcəsinən, bu və ya digər peşə üzrə iş stajından və tutduqları vəzifədən asılı olmayaraq hər 3
aydan bir işlərin təhlükəsiz aparılması üzrə keçirilir
C) Giriş təlimatı - müəssisəyə işə qəbul olunan bütün fəhlə və qulluqçularla, onların təhsilindən,
ixtisasından, peşə və vəzifəsi üzrə iş stajından asılı olmayaraq keçirilir
D) Giriş təlimatı - istehsalat prosesi dəyişdikdə, avadanlıqlar, qurğular və alətlər yeniləri ilə əvəz
olunduqda və ya onların təkmilləşdirilməsi nəticəsində əmək şəraiti dəyişdikdə keçirilir
E) Giriş təlimatı -bütün fəhlələr, onların vəzifəsinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək və
ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq alarkən keçirilir
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov və başqaları. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi, ətraf mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-
1000 cavab. Bakı, 2017
130. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?
A) 3 metrdən az olmamalıdır