tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz 264. Arterial qanaxma zamanı qanın rəngi və axması necə olur?
A) Tünd albalı rəngli, fasiləsiz, yavaş axınlı
B) Fasilələrlə, al qırmızı rəngdə
C) Sürətli, açıq qırmızı rəngdə
D) Sürətli, açıq albalı rəngdə
E) Sürətli, al qırmızı rəngdə
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İLK YARDIM müəllimlər üçün vəsait, Bakı 2017
265. İlan sancmaları zamanı ilkin olaraq nə etmək lazımdır?
A) Təcili tibbi yardıma zəng etmək, həmin yerə yod, tibbi spirt sürtmək, həmin yeri masaj etmək,
maye içirtmək
B) Təcili tibbi yardıma zəng etmək, həmin yerə yod, tibbi spirt sürtmək, tam hərəkətsizləşdirmək,
təxliyə
C) Təcili tibbi yardıma zəng etmək, çoxlu su vermək, tam hərəkətsizləşdirmək, zəhəri sovurub
tüpürmək
D) Təcili tibbi yardıma zəng etmək, həmin yerə yod sürtmək, tam hərəkətsizləşdirmək, ayran
içirtmək
E) Təcili tibbi yardıma zəng etmək, həmin yerə yod, tibbi spirt sürtmək, birgə qaçaraq tibb
məntəqəsinə tez təxliyə edilmək
Testin çətinlik dərəcəsi: Orta
İstinad: İLK YARDIM müəllimlər üçün vəsait, Bakı 2017
266. Aşağıdakılardan hansı normal atmosfer təzyiqidir?
A) 660 mm c.süt.
B) 560 mm c.süt.
C) 760 mm c.süt.
D) 860 mm c.süt.
E) 460 mm c.süt.
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.330
267. Yanğının və ya yanmanın əlamətlərini (alov, tüstü, yanıq qoxusu, temperaturun artması və s.)
aşkar etdikdə nə etmək lazımdır?
A) Bir neçə saat nəzarət aparmaq
B) Havalandırma və ventilyasiya etmək
C) Qapıları və pencərələri açmaq lazımdır
D) dərhal telefonla yanğından mühafizə orqanına xəbər vermək
E) Yanan sahəyə daxil olmamaq
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları (bənd 11,1)