SahibkarliğİN Əsaslari


İNNOVASİYA   SAHİBKARLIĞI



Yüklə 409,98 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix22.04.2022
ölçüsü409,98 Kb.
#56085
1   2   3   4   5   6   7   8   9   ...   19
SAHİBKARLIĞİN-ƏSASLARI-fənnindən-movzular

İNNOVASİYA   SAHİBKARLIĞI 

İnnovasiya  termini latın dilində “innovato” sözündən  olub, yenilənmə  və   yaxşılaşma  

deməkdir. 

  

İnnovasiya dedikdə,sadəcə olaraq istehsala tətbiq olunan obyekt nəzərdə tutulmur.Bu obyektin 



innovasiya xarakterli olması üçün o,həm uğurla tətbiq olunmalı ,həm də mənfəət 

gətirməlidir.İnnovasiyanın reallaşması prosesində baş verən elmi-texniki ,texnoloji və təşkilati 

dəyişiliklərin məcmusunu  innovasiya prosesi yeniliklərin  yaradılması,yayılması və istifadəsi 

dövrünü isə innovasiya  tsikli adlandırırlar. 

  

İnnovasiya  tətbiq  xarakterli  son  nəticəyə  yönəldilmiş  dəqiq  istiqamətə  malikdir.Ona  həmişə 



müəyyən  texniki,sosial-iqtisadi  səmərəni  təmin  edən  mürəkkəb  bir  proses  kimi 

baxılmalıdır.Sahibkarlıq  təcrübəsində  innovasiya  proseslərinin  təşkili  formalarının  aşağdakı 

amillər müəyyən edir: 

 --- 


xarici  mühitin  vəziyyəti(siyasi  və  iqtisadi  situasiyalar,bazarın  tipi,rəqabət  mübarizəsinin 

xarakteri,dövlət-antinhisar tənzimlənməsinin təcrübəsi və s.) 

 --- 

bu təsərrüfat  sisteminin  daxili  mühit  vəziyyəti(sahibkar-liderin və yardım komandasının 



mövcudluğu,maliyyə və maddi texniki resurslar və s.) 

 --- 


idarəetmə obyekti kimi innovasiya  prosesinin öz xüsusiyyəti. 

İnnovasiya  sahibkarlığının  istehsalçıların  bütün  elmi  texniki,istehsal,marketinq  fəaliyyətini 

əhatə  edən  və    bazar  təlabatının    ödənilməsinə  yönəldilmiş    proseslər  kimi  baxmaq 

lazımdır.innovasiya bazarinda uğur əldə etməyin ən mühüm şərti  yeni ideyalarla  silahlanmış 

və  onu  həyata  keçirmək  üçün  maksimum  gücünü  sərf  etməyə  hazır  olan  təşəbüskar  

innovatorun özüdür. 

   

İnnovasiya  sahibkarlığı    müxtəlif  yollarla  həyata  keçirilə  bilər.Hər  bir  konkret  halda  daha 



səmərəli yolun seçilməsi  texnologiyanın,son məhsul bazarı ,firmanın potensialı ,iqtisadi iqlim, 

rəhbərliyin    səriştəlilik dərəcəsi kimi şərt  və  amillərdən aslıdır. 

   

İnnovasiya  mahiyyəti  həmişə  eksperiment    olmuş    və    olaraq  qalır.Planlar 



,tədqiqatlar,resursların düşünülmüş bölgüsü nə qədər  vacib olsa da bazarın  marketinqi  bundan  

da  vacibdir.İnnovasiya prosesi  daxili ziddiyyətlərlə  dolu bir prosesidir. 

    

İstehsal  prosesindən innovasiya prosesinin fərqləri aşağdakılarla xarakterizə  olunur: 



---

məqsədə  nail  olmaq  yollarının  qeyri-müəyyənliyi  və    çoxsaylılığı,həmçinin  yüksək  risklər  

tələb etməsi; 

---


sistemin tərkib  elemntllərinin  planlaçdırılmasının  və  proqnoz qiymətlərinin aparılmasının 

mümkünlüyü; 

---

iqtisadi münasibətlər və innovasiya prosesinin  iştirakçılarının mənafeləri ilə bağlı  sferada  



ziddiyyətlərin aradan qaldırılmasının zəruriliyi. 

   


Məhz  bu  xüsusiyyətlər  sahibkarlıq  fəaliyyətində  zəif  nəzərə  alınır.Buda  innovasiya 

mədəniyyətini kəskin olaraq aşağı salır.Problemin mürəkkəbliyini xarakterizə edən cəhət bir də 

ondan  ibarətdir  ki,istehsalın  miqyasında  elmi  nəticələrin  toplanması  innovasiya  prosesinə 

avtomatik  olaraq  təsir  etmir.İnnovasiya  prosesi  ilə  bağlı  məlumatların  verilməsində  əlavə  və 

vasitəçi  sistemdən  istifadə  olunur.Bu  sistem  əmtəə  bazarının  tərkibinə  daxil  olan  yenilikləri 

özündə  əks  etdirir.Yeniliklərin  bazarı  qeyri-müəyyən  şəraitdə  formalaşır.Bu da innovasiya 




prosesinin  xarakterində  və    bazar  iştirakçılarının  spesfik  qarşılıqlı  münasibətləri  mühitindən 

meydana çıxır. 

    

Dünyada innovasiya məhsullarına tələbat  daim  artır.Çünki o,bir tərəfdən mövcud istehsalın 



texniki  səviyyəsini  və  iqtisadi  səmərəliliyini  yüksəltmək  məqsədilə onun  təkmilləşdirilməsi  

və    inkişafına  ,digər  tərəfdən    isə  buraxılan    məhsulların  yeniləşdirilməsinə,yeni    rəqabət 

qabiliyyətli   məmulatların  istehsala  daxil  olmasına  şərait  yaradır.İnnovasiya məhsullarının  

işlənib  hazırlanması  və  yaradılması  ən çox istehsal müəssisələri (firmaları)arasında  bağlanan  

müqavilələr    çərçivəsində,habelə    dövlət    sifarişləri  çərçivəsində  həyata  keçirdiyinə  

baxmayaraq,bu məhsulların  daha çox  həcmi  xarici  bazara göndərilir. 

    

İnnovasiya      məhsulunun    öz    xarakterinə    görə    fərdi    istehsalın    məhsuluna    aid    etmək  



olar.Buna  görə  də  onun satış bazarı  xalis  inhisarın  əlamətlərinə  uyğun  gəlir və hər şeydən 

əvvəl ,satıcılar  qiymətə   əhəmiyyətli təsir  göstərmək  qabiliyyətinə  malikdir.      

 


Yüklə 409,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin