Cavab: Salam, Aydan xanim. Sizin sualinizi ozunuz de cavablandirdiniz, fikir versəniz menstruasiya qabağı bu səpkilər daha da qabarır yazərsınız. Bu o deməkdir ki, piy vəzilərinin işi yumurtalıqların fəaliyyəti ilə bir başa bağlıdır. Çox güman ki, yumurtalıqlarınızda hər hansısa bir problem ola bilər, yaxşı olar ki, ginekoloqa da mraciət edəsiniz. Ola bilər ki, heç yumuryalıqlarınızda problem yoxdur, o zaman təmizlənmə və quruducu maskalar vasitəsi ilə bu problemi cozmek olar.
Sual: salam nergiz xanim goze allergiya vermeyen sac ucun spun adi yazardinizda allergik vermeyen sampun adini zehmet olmasa birde xalam qizi kosmetoloq kursuna gedecek tibb savadi yoxdur amma kursuna gedecek bilmek isteyir ki, kursu bitdikden sonra xestekanalarda hekim kosmetoloq isleye bilermi yoxsa yox tibb universitetinde kosmetoloqiyani oxumasada zehmet deyilse size bunu da yazardiniz cvbin Cavab: Salam, Aydan xanim. Xalaniz qizinin tibbi savadi yoxdursa yalniz salonlarda kosmetoloq kimi işləyə bilər. Lakin həkim-kosmetoloq olaraq tibb müəssisələrində işləmək üçün həkim olması vacibdir. Şampuna gəldikdə isə sacinizin və baş dərinizin xüsusiyyətindən aslı olaraq sizə təbii tərkibi Aloye-Vera gelinden ibaret müalicəvi şampun teklif ede bilerik. Ətraflı məlumat almaq isteseniz merkezle elaqe saxlaya bilersiniz. Əlaqe tel: (051) 388 20 90 Sual: Salam Nergiz xanim necesiz?nergiz xanim siz telebe qebul edirdirsiz?ve neceye lutfen yazardizda Cavab: SAlam, Aygun xanim. Çox sağ olun diqqətinizə görə.Tələbə qəbul edirəm, ətraflı məlumat üçün mərkəzimizlə əlaqə saxlayın. tel:(051) 388 20 90 Sual: hekim salam menim bedenimde kariwnivi boyuk lekeler var 4-5 il olar. sebeb neden olar dow hisseinde Cavab: Salam, Aysun xanim. Konkret fikir söyləmək üçün sizi müayinə etmək lazımdır. Sual: salam hekim.menim uzumde suciceyi xesteliyinde cixan sepgilerin izi qalmisdir.nece ildir getmir.ne meslehet gorursunuz? Cavab: Salam, Nermin xanim. Bir çox müasir kosmetoloji prosedurlarla problemi aradan qaldirmaq olar, amma yenə də gəlib göstərsəniz daha yaxşı olar. Sual: salam hekim menim 24 yasim var uzume qirmizi sizanaqlar cixir ve ciller de cixmaga baslayib bildirim ki usaqa sud verirem 6 aydi aybasi olmuram bundan ola biler.xais edirem cavab yazin. Cavab: Salam, Feride xanim. Bu ola bilər, amma yenə də ginekoloqunuzla əlaqə saxlayın. Sual: sifetimde sizanaqlar var ne edimki sizanaqlar getsin 18 yasim var subayam Cavab: Salam, Gulcohre xanim. Sızanaqları yalnız müalicə etmək lazımdır, buyurub müraciət edə bilərsiniz. Sual: Salam hekim xeyirli olsun Qurban bayraminizi tebrik edirem hekim Menim uzumde ciller var cillerin yox olmasi ucun ne edim mene melimat verin xaihs edirem
Cavab: Salam, Dinara xanim. Çillər mövsümlə əlaqəli artıb, azala bilər. Ancaq rengini soldurmaq üçün daxilə lazımi qədər C vit. qəbul edin. Onu C vit ilə zəngin olan təbii meyvələrlə də bərpa edə bilərsiniz. Sual: Salam hekim tuk tokmey ucun derman adi deye blersiz .. .twk Cavab: Salam, Elcin bey. Səbəbini bilmədən online vasitəsi ilə dərman təyin etmək olmaz, bu ilk novbədə sizin sağlamlığınız üçün vacibdir. Yaxşı olar ki, müayinə olunasiniz. Sual: Salam hekim necesiniz qurban bayraminiz i tebrik edirem sualim beledir ki yoldasim 38 yasi var sacinin tuku cox tokulur onun cidi is rejmi var hec demek olar ki rahatligi yoxdur birde biz rusiyanin perm seherinde yasayiriq ora cox soyuq olur ola biler bu sebebden tokulur yoxsa basqa xesteliyini elemeti olar xahis edirem sualima etrafli cavablayasiz onceden tesekurumu bildirem size Cavab: Salam, Aynur xanim.Sizin də qurban bayramınızı təbrik edirəm, çox sağolun. Yoldaşınızın saçının tökülməsini heç də soyuq faktoru ilə əlaqələndirmirəm. Burada əsas faktorlar nevrogen səbəbdən və endokrinoloji (androgen tipli alopeciya) problemlərlə bağlı ola bilər.Bu yaşlarda bu tipli alopeciyalara rast gəlmək olur. Məsləhət görürəm ki, iş rejimini bir qaydaya salsın, yəni istirahətə daha çox vaxt ayirsın.Yanaşı olaraq tövsiyyə edirəm ki, endokrinoloqla məsləhətləşsin.. Sual: Salam xeyirli olsun,xnim size problemli deilerin temizlenmesi dedikde psoriazli deriye qulluq ve mualucesi de nezerde tutulurmu? Cavab: Salam, Gulu xanim. Təşəkkür edirəm. Problemli dəri dedikdə psoriaz nəzərdə tutulmur, ancaq iş təcrübəmdə psoriazlı xəstələrim olub, qulluq etmişəm, buyurub siz də müraciət edə bilərsiniz. Sual: Salam menim uzumde ciller var birde uz tez tez quzarir olari mualice elemey olar ve xallar var uzumde onlari mualice etmek mumkndur xaiw cvblandir... Cavab: Salam, Vüsal bəy. Çillər adətən qışda itir, yayda isə daha qabarıq şəkildə özünü biruzə verir. Ancaq onlari kimyəvi pilinq vasitəsi ilə soldurmaq, rəngsizləşdirmək olur. Bu prosedurlar isə hökmən həkim-kosmetoloqun nəzarəti altında aparılır.