Salam Arzu. Xallari goturdukden sonra sozsuz ki,ilk donemde yeri azacig cehrayi ve


Sual: salam hekim bedende olan qawinmaile elaqeli gobelek



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə26/28
tarix03.04.2017
ölçüsü5,15 Kb.
#13232
1   ...   20   21   22   23   24   25   26   27   28

Sual:
salam hekim bedende olan qawinmaile elaqeli gobelek 
xesteliyinin elametlerini deyerdiniz zehmet olmasa,cunki mende qawiniram 
amma bilmirem bu gobelekdi?birde hekim menim ayagimin esas yuxari terefde 
goyertiler emele gelib,bu nedendi? 
Cavab:
Salam Tutu xanim. Bedende gobeleyin elametleri : qashinma, qabiqlama, 
sulanma kimi ozunu gostere biler. Ancaq bu hemishe bele olmur. Degig cavab vermek 
uchun derinizi muaine etmek lazimdir, bu bashqa xesteliklerin de elameti ola biler. O ki 
qaldi ayaqinizdaki goyermelere onu da sizden etrafli anamnez toplamamish demek 
olmaz. 
 
 
 
Sual:
Salam.menim uzumde sepkiler yaranmaga baslayib.19 yasim var. Evvellerde 
olurdu amma tez kecirdi. İndi sag yanagimin alt nahiyyesinde cox 
artib.sizanaqdan ferqli olaraq bu qirmizi ve berkdir.cox pis oluram.Oten ilin Noyabr 
ayindada bu cur olmusdu. Amma. Onda sol yanagimda idi. Xais edirem mene komek 
edin. 
 
Cavab:
Salam Nergiz xanim. Dediyiniz shikayetler degig diagnoz goymag uchun chox 
mehtuddur, bashga ne shikayetleriniz var, daxili organlarinizda hansi narahatliginiz 
var? Yaxshi olarki merkezimize muraciet edib muainelerden kechesiniz. 
 
Sual:
Salam doctor men sizden bir nece meslehet almaq isterdim 
Mende 3il onceye qeder bele wey olmurdu. Agir bir iwde iwledim. Butun gun ayaq uste 
olurdum, cox yere gedirdim. Ayaqlarimda iy gelmeye basladi. 
Indi 1ildi islemirem, ama bu problem qalib. 
Birde hemin problem qolalti nahiyede de var.yeni meselen yayda her gun 
yuyunuram,ama hamamdan cixim heryer temiz olur.ama qolaltinin iyi getmir. Men ne 
edim? 
 
Cavab:
Salam. En bashlica sanitar gigiyenik qaydalara riayet elemek lazimdir. Eger 

terinizden xosha gelmez qoxu gelirse demeli daha tez-tez yuyunmalisiniz. Ayaqlariniza 
palid qabigi ile vanna etmelisiniz, qoltug altina ise quruducu tozlardan istifade edin. 
Amma imkan olan kimi umumi muayineden kechin, ve mutleg sidiyin umumi analizini 
verin, chunki terden qoxu gelmeyi adeten boyreklerde olan problemlerden ireli gele 
biler. 
 
 
 
 
Sual:
salam doktur size bunan qabaq sual vermisdim.siz menen 
sorusmusuzki uzunde lekeler hacan ve neden emele gelib.uzumde lekeler 16 
yawdan oz ozune emele gelib. 
Cavab:
Salam, NAhid bey.oz ozune emele gelen lekeler olmur, onlarin yaranma sebebi 
var. Muaine olunsaydiz sualinizi daha duzgun cavablandirardig, bele hesab ediremki 
bu ya Irsen, yada gunesh shualanmasindan emele gelen lekelerdir.Her 2 halda ilkin 
olarag guneshden qoruyucu vasitelerden istifade edin. 
 
 
Sual:
Salam hekim bilmek isterdim uzde olan mikroblari ve geneni bilmek 
ucun hansi analizleri vermek lazimdir?daxil de hecne yoxdu butun muayinelerden 
kecmiwem uzum yaglidi en cox cene,burun ve burunun alt hissesinde irinli ve deri 
alti sepkiler olur ara da 1-2 dene balaca alnim da da olur,19 yawim var subayam ve 
qizam.Bir de hekim bilmek isterdim,uzde,gozde ve sacda gene elametleri nece 
olur?zehmet olmasa yazardiz hekim,evvelceden minnetdaram hekim size. 
 
Cavab:
Salam, uzde geneni bilmek uchun uzden material goturulub, mikroskopda 
baxilir ve gene teyin edilir(eger varsa). Uzde elametleri - irinli, agrili sepkiler, gozde ise 
kiprik, qash tokulmesi, qashinmasi. 
 
Sual:
23 yasim var yaglidi derim teztez burnumun ustunde qarq tocqalar olur zehmet 
deyilse ozunuzunbildiyiniz masqa yazin onu edim  
Cavab: 
Salam, Gunel xanim. Üzünüz yağlıdırsa və çox rahatlıqla quruducu gil 
maskalarından istifadə edə bilərsiniz. Göz ətrafı nahiyyələrdən savayı. 
 
 
 
Sual:
salam menim uzumde qirmizi sepkiler var ne edim 
Cavab: 
SAlam, Gunel xanım. zəhmət olmasa yaşınızı, qırmızı ləkələrir son neçə vaxt 
olmasından, ilin hansı fəslində, hansı şəraitdə daha çox azalıb və ya çoxalmasını və s.bu 
barədə daha ətraflı yazın... 
 
Sual:
Salam hekim necesiniz hekim 1ci sualim budur ki qardasim uzunde az tukleme 
olur 25 yasi var cene nahiyesinde birde az az uzunde mene ne meslehet gorediniz hansi 
hekime ve hansi analizler versin ki birde nisalidir biraz ozunde uzune gore kompelks 
olur ama bedeninde tuk var onun boyla bedenle hec bir problemi yoxdur idmanla 
mesgul olur 2 ci sualim budur ki yoldasim uz hissesinde balaca tuk tokilub ama saclari 
ve beden tukleri cox tokulur mene yaxin qohumum ANWAY firmasinin baliq yagi 
kapsulunu meselehet gorduler orda sarimsaq terkibli dermanlarda var sizce onlar 
komek eder is rejmi ile eleqadar hekime gede bilir ne meselehet gorsuz cox sag olun 

 
Cavab: 
Salam, Aynur xanım.Qardqşınız bunu ozune kompleks etmesin.Ola bilsin 
nesilde bele bir meyillilik var. Onda belə bir tüklənmədir.Əgər qasıq və qoltuqaltı 
nahiyyələrdə tüklənmə normaldırsa narahat olmaqa deymez. Daha ətraflı məlumat 
toplamaq istəsə andoloqa müraciət etsin. İkinci sualiniza geldikde konkret fikir 
söyləmək dəri-zöhrəvi həkiminin müayinəsindən keçmək məsləhətdir. 
 
 
 
Sual:
Salam hekim. son bir heftede menim uzumde, en cox da cene hissede deride 
qaraya calan lekeler emele gelib, quruluq ve catlar muwahide olnur. Imkan varsa mene 
ev weraitinde bir meslehet verin, evvelceden minnetdarligimi bildirirem.. 
Cavab: 
Salam.Sizi görmədən, müayinə aparmadan bir fikir söyləmək 
çətindir.Mövsümlə bağlı avitaminozla bağlı ola bilər.Lakin müayinə olunmanızı 
tövsiyyə edirəm. 
 
 
 
Sual:
salam hekim.menim gozumun altinda xirda xiqda sepkiler var o neden ola biler 
ki??men ne edim ki getsinler.onuda deyim ki gah gedir gah gelir sepkiler bilmirem 
neden ola biler.evvelceden twkler... 
Cavab: 
Salam, Aygun xanım. Müayinəyə gəlin ki, baxıb konkret fikir söyləyim. 
 
 
 
Sual:
salamaleykum Nergiz xanim .menim ellerimde ayaqllarimda uzumde ziyiller var 
.deri zohrevi dispanserine getdim dedilerki yanmalidir .basqa caresi yoxdur. mende 
yandirtdim cox pis incitdi amma birteher dozdum.ziyiller getdi amma cox kecmemis 
yeniden cxidilar .indi qorxuramki yene yandiracaqlar.bunu yandirmadan deriden 
temizlemeyin agrisiz basqa usulu yoxdu ? xayis edirem mene komek edin .bir meslehet 
verin .indiden size tesekkurumu bildirirem. 
 
Cavab: 
Salam, Zehra xanım. Belə halda yandırmaq ən məqsədyönlü metoddur. Çünki 
ziyil virus etiologiyalıdır. ( Ola bilər ki, kökünü tam yandırmayıblar deyənə təkrar 
əmələ gəlib). Çox guman ki, immun sisteminizdə də zəiflik var.Çox yaxşı olar ki, immun 
sisteminizi bərpa edən preparatlar qəbul edin. Ziyilləri yandırandan sonra da 
immunomodulyatorları yerli maz şəklində istifadə edin. 
 
 
 
Sual:
Salam hekim mende son 3,4 gunde ayagimda dehwet cox 
qawinma olur. esasda geceler. bunun qarwisin nece ala bilerem? 
Cavab: 
Salam, samire xanım. Ayağın hansı nahiyyəsindədir? Nə xarakterlidir? 
 
 
Sual:
menim12 yasim var menim sacimin dibi qabiq verir ve cox 
qasinir qabaqcadan tesekkur edirem 
Cavab: 
Salam,Serdar bey. bu çox guman ki, quru seboreyadır.Bu da göbələk 

etiologiyalı olduğuna görə sizə qaşınma verir. Yaxşı olar ki, göbələk əleyhinə 
preparatlardan yerli və daxilə qəbul edəsiniz.Şampunları da seçim edərkən tərkibi 
göbələk əleyhinə olan şampunlardan alın.Bizə müraciət etsəniz sizə bu istiqamətdə 
yardım edə bilərik. 
 
 
Sual:
salam.meni narahat eden usagin uzundeki yara 
gedecekmi.yara dedikde gorunusu xal gornusunde,deri altina qirmizi qana 
oxsarbirsey yigilmis kimi.birazqabarik durur.hekim leke qala biler 
demisdi.eger leke qalsa hansi usulla lekeni aparmaq olar?bu lekenin basqa 
effektli mualicesi varmi?usaqda hec bir elamet yoxdu,sukur 
sagliklidir.birinci sualim bele idi.,:;selamun aleykum.sualimi kime 
vereceyimi bilmirem.menim 3yasinda qizimin yanaginda{ O sfirdan boyuk}bir 
ilden coxdurki yara var.deri zohreviye apardik,agcaqanadin dislemesiyle 
olub dedi,adi leismaniya veya il yarasi,serq cibani deyede bilinir.dekopt 
krem birde clukantime adli iyne yazdi.yaranin etrafina da iyne 
vurulur.ancak usak qoymaz diye yana yazdi.iyneni vurdurduk bitti.yarada 
biraz geri cekilme var ama getmeyib.yara biryere deydikde hemen qan 
yigilir,desilse qan axir.bir andaa nece qan dolur anlamiram.hekim leke 
qala biler deyib.tekrar yene hekime aparacaam.bilmek istirem bunun basqa 
effekli mualicesi varmi,leke qalsa lekeni nece aparmaq olar,qorxulu bir 
seydeyilki?indiden cavabiniz ucun tesekkur edirem 
 
Cavab: 
Salam, Ruveyda xanım. Sizə leymaniya diaqnozu qoyulmuşdur.Uşaqda bu 
proses hələ tam sönməyib. Ona görə də indidən ləkə haqqında fikir söyləmək çox 
çətindir. Proses söndükdən sonra müayinə olunduqdan sonra fikir söyləmək olar. 
 
 
 
Sual:
nece edek ki, uzumuz yumru olsun 
 
Cavab: 
Doldurmalardan istifadə etməklə. 
 
 
Sual:
salam doxdur size sualim budur ki menim 27 yasim var 
menim uzumde lekeler var onu nece edimki getsin.ev saretinde nese etmey 
olarki getsin. 
 
Cavab: 
Salam, Nahid bey. Ləkələr nə zamandan və nədən sonra başlayıb?  
 
 
 
Sual:
salam 1saat qabaq basmi yudum indi gozlerim qizarib mende 
birinci defedi olur meslehet verin zehmet olmasa 
 
Cavab: 
Salam, Aysen xanim. Belə qeyri-ciddi suaılarla müraciət etməyin. Yaxşı olar ki, 
başınızı yuyarkən gözyandıran şampunlardan istifadə etməyin. 
 

 
 
 
Sual:
slam hekim menim sacim tokulur hemde nazikdi nece edim qalinlassin tokulmesin 
birde uzumde sepkilerim olur tez tez prisikler cixir 
Cavab: 
SAlam, Gunel xanım. Ətraflı məlumat yazın. Yaxşı olar ki, müayinə olunun. 
Neçə yaşınız var? Dərinizin tipi necədir? 
 
 
 
 
Sual:
Salam Hekim Qardasim qizinin 15 yasi var uzu tez-tez 
sepir ne etmek lazimdir. 
Cavab: 
SAlam, Fariz bey. Həddi-buluq yaşı ilə bağlı ola bilər. Yaxşı olar ki, qəbul 
etdiyi qidalara fikir versin.Kəskin qidalardan uzaq olsun. 
 
 
 
Sual:
Salam, Nergiz xanim. 
bilmek isteyrdim goz altinda yag vezileri yaratmayan tebii yaglar vari? yeni bezi 
yaglari surutdukde bildiyim qederi ile yag vezileri yarana biler...bu yaranmasin deye 
umumiyyetle yaranmamisdan ne etmek olar? 
Cavab: 
SAlam, xanım Huseynova. Yağ v?zil?ri dedikd? n?l?ri n?z?rd? tutursunuz? 
Y?gin ki, ksantellazmaları n?z?rd? tutursunuz, bunlar is? piy mübadil?si pozgunluğu 
n?tic?sind? 
 
 
Sual:
salam nergiz xanim.20yasim var uzunmuddetdi ki uzumde sizanaqlar var. Esasen 
de adet vaxti yaxinlasanda cixir. Ginekoloqa muraciet etdim soyuqdeyme oldugun dedi 
mualice aldim lakin uzumde deyisiklik olmadi. Daha sonra uzumdeki sizanaqdan ve 
bogazdan yaxma verdim, netice bele oldu :flora.staph aureus candida albucaus bu nedi 
sizce ?bundan uzde sizanaq cixa biler? Birde uzumu salisil spirti ile uzumu silib 
klotrimazol mazi vururam sizce bu ne qeder duzgundu? Xahis edirem cavablandirin . 
Tesekkurler 
Cavab: 
SAlam, Emma xanim.Əgər üzünüzdəki çivzələr davamlı olaraq çıxırsa bu o 
deməkdir ki, dərinizin immuniti aşağıdır.Daha dəqiq müalicə götürmək istəyirsinizsə, 
bizə müraciət edin. Dərinizə etdiyiniz müalicə pis deyil, lakin natamamdır.Özünüz də 
gördüyünüz kimi effekt yoxdur.Yaxşı olar ki, ətraflı müayinə olunasınız. 
 
 
 
Sual:
salam hekim menim uzumde esasen yanagimin altinda birde cenealti hissede 
uzumun her iki terefinde sizanaqlar olur bir nece dene ele vaxt olur bir dene biraz 
agrili olur derialti olur sixa bilmirem bezilerinin lekesi qalir hemde yerinde desikler 
emele gelir menstruasiyaya yaxin daha da cox olur derim yaglidi birdeki uzumun derisi 
cox solgundu.sizden cox xahis edirem deyerli meslehetlerinizi veresiniz. 
Cavab: 
SAlam, Asya xanım.Sadaladığınız nahiyələrdə piy vəzizələri çox olduğundan, 
sızanaqların da çıxma ehtimalı daha çoxdur. Ancaq yerlərində deşik qalırsa, bu o 
deməkdir ki, dərinizdə mikrob var.Məsləhət görürəm ki, laborator müayinədən keçin. 

Nəticələrə uyğun olaraq müalicə təyin etmək olar. 
 
 
 
Sual:
cokeyleri nece aradan qaldirmaq olar 
 
Cavab: 
Salam,Ezize xanım. Dermobraziya ilə. 
 
 
Sual:
salam nergiz xanim menim 28yasim var goz etrafim qirisib 
xais edirem bir meslehet verin 
 
Cavab: 
SAlam, Zergelem xanım.Anti-AGE gözətrafı kremlərdən istifadə edin. 
 
 
Sual:
Salam doktor.Anam 71ci il tevelludludur.uzunde xallar 
emele gelir.bu neile elaqedardi?birde trbii yollarla mualicesi varmi? 
 
Cavab: 
SAlam, Ayka xanım.Tərkibində C vit. bol olan qidalardan istifadə etsin. 
 
 
 
Sual:
salam hekim. menim uzumde xala oxwar nese cixir. cistotel 
adli derman vururam,bir muddet sora yene emele gelir. xaiw edirem meslehet 
verin! hansi dermandan istifade etsem meslehetdir? 
 
Cavab: 
SAlam,Dunya xanım. Online vasitəsi ilə dərman təyin olunmur.Yaxşı olar li, 
müayinəyə gəlin. 
 
 
Sual:
Salam menim 17 yasim var , 5 ildiki sizanaqlardan eziyyet 
cekirem , her cur mualice almisam , hekilmere dermataloqlara muraciet 
etmisem , yazdiqlari dermanlarin hec birinin xeyr olmayib hemcinin 
dermanlarin qiymetide bahali olub , ilk olaraq EUROomed klinikasindaki 
dermatalaloqa muraciet etdim ,Dermadesk adli bahali krem yazdi , dediyi 
kimi dermani vaxt vaxtinda uzume surtdum hec bir xeyrin gormedim , daha 
sonra Heyder eliyev sarayinin yaxinligindaki deri zohrevi klinikasina 
getdim orda analiz goturmek ucun uzumu qasovladilar , Qasimdan 
kipriyimden tukler goturduler , uzumu qasovladiqlarinan sonra uzum dahada 
pis veziyyete dusdu , Necisimden , qanimdan ve,s analiz goturduler lakin 
hec bir mikrob askarlanmadi , eynile qaraciyer bagirsaqlarim saglam cixdi 
., onlarin yazdigi dermanlarida dedikleri kimi uzume mualice etdim ama 
xeyri olmadi , daha sonra VEFA klinikasina getdim oradada 1 ile 
sagalacagini ama 1000 azn xercim cixacagini dediler , lakin onlarin 
mualicesini etmedim , muxtelif yerlere muraciet etdim ama sagalmadi , 
Levomecitin , Streptacid , Kaskiilkanat ,bu dermanlari ezib Prisipka ile 
qariwdirib , uzerine Spitrt tokurem , uzumu iliq su ile yuduqdan sonra bu 
qariwimi uzume cekierm , xeyrini gorurem sizanaqlarimi bir iki gune uzaqi 

1 hefteye aparir , ama lekeleri qalir hal hazirdada lekeler qalib , o 
lekeleri apara bilmirem , inaninki , bakidaki butun klinikalara 
dermataloqlara muraciet etdiyim ucun hekmlere inamim qalmayib , ama yenede 
bir umidle size muraciet etdim , Sizden cox xahis edirem mene komeklik 
gosterin 
 
Cavab: 
SAlam, ilkin bey.Nə qədər həkimlərə inamınız qalmasa da, amma indi müraciət 
etdiyiiniz də həkimdir.Deməli ümidiniz bitməyib, inamınız var. Mərkəzimizə müraciət 
edin, bu mövsümdə ləkələrə qarşı kimyəvi piling çox yerinə düşərdi. 
 
 
Sual:
Salam hekim.25 yasim var ailelilyem.yetkinlik dovrunde uzumde b?r iki sizanag 
cixmisdi,hemde qara nogte variydi,elimle sixdim soram yeri qaldi ve getmedi.indiye 
kimi olarin yeri uzumde qalib,menstruasiya vaxdi catanda yene cixir sizanaglar hetta 
bezen agrili da olur el vurmuram ama yeri qalir.sizanaglar cehrayi rengde olur ama 
bawi olmur.narahatam.hekim xahiw edirem bir meslehet veresiz,cunki bu mende 
boyuk kompleks yaradir.evvelceden tewekkur eliyirem size. 
Cavab:
Salam, Sabina xanım.Özünüz qeyd etdiniz ki, bu sizi yetkinlik dövründə 
narahat etməyə başlayıb. Çox guman ki, bu piy vəzilərinin iıltihabı ilə əlaqəlidir.Amma 
, o iltihabı hansı mikrob yaratdığını aydınlaşdırmaq üçün laborator müayinələrə 
ehtiyac var.NƏticələri dəqiqləşdirdikdən sonra düzgün müalicəni alıb, probleminizdən 
azad olarsınız. 
 
 
 
Sual:
salamun aleykum.bagislayin yene narahat edirem.3 yasinda qizimin uzunde yara 
oldugunu yazmisdim. yaranin adi leismaniya.sizde analiz verib vermediyimi 
sorusmusduz.hecbir analiz istemedi hekim.ozum bele yaralar cox gormusem deyir.men 
kurdemirde oluram.usagi goycayda deri zohreviye apariram.agdas goycay,kurdemirde 
agcaqanad daha coxdu.buralarda heyvandarliqda coxdur.agcaqanadda heyvandan 
paraziti insana dasiyir.usaqda hecbir narahatcilik ,anormallik yoxdur.cavabiniz ucun 
tesekkur edirem. 
Cavab:
SAlam, Ruveyda xanım. Bəs hal-hazırda uşağın vəziyyəti necədir və Sizi narahat 
edən nədir?  
 
 
 
Sual:
salam doktor, demoteks xesteliyinden eziyyet cekirem. hansi usulla mualiceni 
meslehet gorursunuz? mezoterapiya olunmuwam 4ay, hec bir xeyri olmayib, mehwur 
ozel klinikalarin birinde. indi her hekim bir mualice novu teklif edir. caw baw 
qalmiwam. siz hansi mualice novunu teklif edirsiz? cvba gore evvelceden size twk 
edirem 
 
Cavab:
Salam,Lale xanım.Müalicə metodlarını acıqlamanı lazım bilmirem.Bir onu deye 
bilerem ki, mezoterapiya en sonuncu mərhələdir. Eyni zamanda da həm daxilə, həm də 
yerli müalicə aparılır. 
 
 
Sual:
Salam Hekim size sualim budur ki,menim 19 yasim var,ama uzume tuk cixmir 
bunun sebebi nedir,ve ne etmek olarki uzume tuk cixsin xahis edirem cavablandirin . 

Tesekkurler 
Cavab:
SAlam, Haci bey. Üzünüzə tük çıxmamasını özünüzə o qədər də dərd etməyin, 
sadəcə androloqa müraciət edin, o sizə düzgün istiqamət verər. 
 
 
 
Sual:
salam hekim, menim 22 yasim var, basimda demirov askarlanib xahis edirem ki 
onun mualicesi barede melumat veresiniz 
 
Cavab:
Salam,Emin bey. Mən belə başa düşdüm ki, bu el arasında pullu dəmirov 
deyilən psoriazdan söhbət gedir.Əgər Sizdə bu aşkar olunubsa yəgin ki, müalicə 
həkiminiz artıq müalicəsini tətbiq edib.Bir onu deyə bilərəm ki, bu xronikləşməyə 
meyilli xəstəlikdir və mütəmaddi olaraq tibbi nəzarətdə olmanız vacibdir. 
 
 
 
Sual:
salam. doctor... 21 yasim yasim var bu aralar uzumde cirtkalar emele gelib coxda 
deil. . ama mene pis tesir edir. uzmde ne yaglidi ne yagsiz. orta.. sizce nelerden istifade 
ede bileremki.. temizlesin. ????mutleg zehmet olmasa cavablandiriz 
Cavab:
Salam, Aylin xanım, cirtkalar dedikdə siz nələri nəzərdə tutursunuz? 
 
 
 
Sual:
HEKIM BAGISLIYIN SIZI YENE NARAHAD EDIREM QIZILCADAN EGER 
QALIBSA BU LEKELER 8 ILDI AZ AZ GEDIR BU MUMKUNDU? HEMDE LEKE 
TOCKA TOCKA DEYIL KOM SEKILDEDI.SIZDE LEKEDEN ANALIZ YA NECE 
DEQIQ BILILERKI BU NEYIN LEKESIDI.YOXSA TEXMINI AD QOYULUR.2 IL 
MUALICE ALDIM TAM GETMEDI RENGI ACILDI CUNKI TAM DIAQNOZ 
QOYULMADI SIZCE QIZILCADAN QALAN BIR SEY OLAR? 
Cavab:
Salam,Gunel xanım. Qızılcadan sonra səpkilərdən ləkə qalması mümkün deyil, 
amma su çiçəyini nəzərdə tutursunuzsa ondan sonra dəridə bu xəstəliyə xas çapıqlar 
qalır, bunu da dermabraziya ilə aradan qaldırmaq olar. HAl-hazırda üzünüzdə əgər 
hər hansı bir piqment ləkə varsa, indi bu mövsüm pillinqlər üçün ən münasib vaxtdır, 
buyurun gəlin. 
 
 
Sual:
Salam hekim menim sacimin diblerinde ve bagisaqda maya gobeleyi cixdi dehset 
qasinmalar var sizden xahis edirem mene diyesiniz bunun qarsisini nece ala bilerem 
saclarimda tokulur basdan minnetdaram 
 
Cavab:
Salam, Vusale xanım. MAya göbələyi əgər həm tükün dibində, həm də 
bağırsaqda tapılıbsa, bilmək istəyərdim ki, bu yaxınlarda Siz antibiotikoterapiya qəbul 
etmisinizmi? Belədirsə bağırsaq mikroflorasını bərpa etmək üçün preparatlardan 
istifadə etməlisiniz. Tükün dibinə isə antimikotik (göbələk əleyhinə) şa 
 
Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin