Sual:
Salam mende bedende yaglanma olur cimirem amma sabahsi yene yaglanir hansi
sabunla yuyuram yene de yaglanir bunun qarsisin nece ala bilerem
Cavab:
Vusala xanım, dediklərinizdən məlum olur ki, dəriniz aşırı yağlıdır.Ətraflı
anamnez toplamaq lazımdı,
Sual:
Salam, menim sag ayagimin baw barmaginin altinda sebebsiz yere 2
dene mazol emele gelib. Hardasa 3 ay olar. Kicik olculudur. Ortasinda iyne boyda
dewik var. Yeriyende cox agri verir, bir iki defe kremlerden istifade etmiwem, ama
komeyi olmuyub. El ile basmaq olmur, cox agridir. Xahiw edirem, mene bunun
haqqinda
etrafli melumat vererdiniz. Ve men bunu nece aradan goture bilerem. Onu da diyimki
menim elimde baw barmagimda 2 ildi bir mazol var ama hec incitmir. Ama ayagimda
olan
bawqa tiplidir. Cvbnizi gozluyurem
Cavab:
Salam,Nurlan bey. Bİlmek isterdim ki, yaxın aile üzvlerinizde de bele bir
problem varmı? Bütün hallarda deqiq fikir söylemek üçün gözle görmek, müayine
olunmanız lazımdır.
Sual:
Slm doktor baqıwdayın narahat edırem sızı
menım sacım gec uzanır hemde tokulur men ne ede
bıleremkı sacım hem canlansın hemde tez uzansın
bununcun derman var
Cavab:
Salam, Gunay xanım. Saçın uzanması və tökülməməsi üçün dərman var.Lakin
sizdən ətraflı anamnez toplanmalıdır ki, sizə bu müalicə təyin olunsun. Daxilə dərman
qəbulundan savayi tük dibinin mezoterapiyası, darsonvalizasiyası və başqa tibbi
müdaxilələr var ki, bunlardan da faydalana bilərsiniz.
Sual:
selamun aleykum.sualimi kime vereceyimi bilmirem.menim 3yasinda qizimin
yanaginda{ O sfirdan boyuk}bir ilden coxdurki yara var.deri zohreviye
apardik,agcaqanadin dislemesiyle olub dedi,adi leismaniya veya il yarasi,serq cibani
deyede bilinir.dekopt krem birde clukantime adli iyne yazdi.yaranin etrafina da iyne
vurulur.ancak usak qoymaz diye yana yazdi.iyneni vurdurduk bitti.yarada biraz geri
cekilme var ama getmeyib.yara biryere deydikde hemen qan yigilir,desilse qan axir.bir
andaa nece qan dolur anlamiram.hekim leke qala biler deyib.tekrar yene hekime
aparacaam.bilmek istirem bunun basqa effekli mualicesi varmi,leke qalsa lekeni nece
aparmaq olar,qorxulu bir seydeyilki?indiden cavabiniz ucun tesekkur edirem
Cavab:
Salam,şaban bəy. Bilmək istəyirəm ki, uşaqdan qanın ümumi analizi,
koaquloqramma paketi, qandan periferik yaxma verilibmi? Uşaqda başqa yanaşı gedən
əlamətlər varmı və ya olubmu? Hansı müayinələrdən keçibsə skayner edib bizə
göndərin lütfən.
Sual:
Uzde her gun sepkiler var ne etmek olarki her gun spirtle
silirem.xeyri yoxdur.
Cavab:
Salam, Melahet xanim. Üzü birbaşa spirtlə silmək olmaz.Yağlı dəridirsə, o daha
çox yağ ifraz edəcək, qurudursa əksinə quruyacaq.Təmizlik üçün və həm də
səpkilərdən qurtulmarmaq üçün dərinizin tipinə uyğun skrablardan istifadə edin. Üzdə
dərinin turşu-qələvi balansını tənzimləmək üçün dəri tipinə uyğun tonik və ya
lasionlardan istifadə edin.
Sual:
salam hekim menim doguwdan sora qarnimda cox pis capiqlar emele
gelib bun capiqlardan emeliyyatsiz qurtula bilerem?
Cavab:
Salam,xanim Ceferova. Görməmiş bu barədə fikir yürütmək çox çətindir.
Amma Siz deyən kimidirsə, yəni pis çapıqlar onda estetik müdaxilə daha
məqsədəuyğundur.
Sual:
salam hekim sizi narahat eden fidandir menim 14 yawim var ayaqimda aq aq
lekeler yaranib sizce bu nedendir?
Cavab:
Salam,Fidan xanım. Səbəb müxtəlif ola bilər(qurd invaziyası, əsəb sarsıntısı,
anemiya və s.).BU hipoxromiya-dəri piqmentinin azalmasıdır.Səbəbi aydınlaşdırmaq
üçün müayinələrdən keçmək lazımdır.
Sual:
salam hekim menim doğuşdan sonra qarnimda ayaqlarimda emele
gelen qirmizi catlaqlar dedsede sadece renqi solur izleri qalib ne edim ki o izler gedsin
Cavab:
Salam, Aysel xanım. Görünür ki, hamil?lik dövründ? bunların qarşısını almaq
m?qs?di il? he bir profilaktik t?dbir görm?misiniz.Bel? halda ev ş?raitind? bu
istiqam?td? gell?r mövcuddur ki, onardan istifad? ed? bil?rsiniz,lakin yaxşı olar ki,
müt?x?ssis yanında olasınız.
Sual:
Sual:alam hekim men cox pis sepmisdim ayaqlarima derime mikrob dusmusdu
sepkiler gedib ama qara pis lekeleri qalib onlari lekeleri nece yox ede bilerem? Toyum
olacaq bu lekleri gerek aparim. Onceden tesekkur
Cavab:
SAlam, bilmək istərdim cinsiyyətiiniz nədir, səpkilər nə mənşəlidir.
Sual:
Salam,Nergiz xanim. Menim uzumde cuzi sepkiler yaranib 1 aydiki. 23
yasim var. Hekim,neyniye bilerem ki artmasin,tam temiz olsun uzum?
Cavab:
Salam,Konul xanim. Səbəb müxtəlif ola bilər. Lakin səpki cüzi olduğu üçün
(artmırsa, iltihablaşmırsa) çox guman ki, qida rejimində hər hansısa bir pozuntuya yol
vermisiniz.Ona görə də qida rejiminə diqqət yetirin.Üzünüzə də skrablardan istifadə
edin, İnşallah keçib gedir.
Sual:
salam.menim uzumde artiq bir nece ildiki sizanaqlar emele gelir.evveller
aziydi.elimle sixdim eledim dahada qabarmaga bawladi.deri hekimnede muraciet
etmiwem komeyi olmadi.oldu amma cox az.xaiw edirem bir komeklik edesiz.sizanaqlar
en cox pisixoloji tesir gosterir
Cavab:
Salam, Bextiyar bəy. Bir neçə il olduğu üçün demək proses xronikləşib.Tam
müaicə olunması üçün də, mütləq qaydada müayinələrdən keçilməlisiniz.(üzdən
material götürülüb bakterioloji əkilməyə vermək,üz gənəsi-demodeksin təyini və s.).O
halda düşünürəm ki, probleminizə daha düzgün yanaşmş olarıq.
Sual:
Salam,hekim. Xahis edirem meslehet veresiniz. Bedenimde hec uzunmuddetli
sepki olan deyildi. Bu 1 ayda bedenimde de bezi bolgelerde ciynim,kureyimde 1 hissede
topa halinda cox xirda o qeder de goze gorunmeyen sepkiler yaranib. Bu ne ile elaqeli
ola biler ve neyniye bilerem getmesi ucun? Sagolun.
Cavab:
Könül xanım , sualiniz artıq cavablandırılıb.
Sual:
SALAM HEKIM SIZE BELE BIR SUALIM VAR MENIM UZUM COX
PIS SEPIR NEYNEYIMKI SEPMESIN XAHIW EDIREM BIRAZ TEZ
CAVABLANDIRASINIZ
Cavab:
Salam, Gulshen xanim.Məsləhət edirəm ki, şəxsi gigiyena qaydalarına
riayet etməklə üzünüzü dəri tipinə uyğun lasionla təmizləyin, toniklə
nəmləndirin və dəri tipinə uyğun kremdən istifadə edin(bu müalicəvi krem də
ola bilər).Həftədə 2 dəfə də dərinin üst qatının ölmüş hüceyrələrini
təmizləmək üçün skrab qommajlardan istifadə edin.
Sual:
salam hekim kosmitoluq nergiz xanim menim 18 yasim var uzumde
arada bir deri aldi sizanaqlar olur bedenimde dahacox ciyin qol
nahiyesindede olur sonrada qara lekesi qalir bir cox skraplardan istifade
etmisam lakin xeyri olmayib xais edirem meslehet veresiz
Cavab:
Salam xanim.Zəhmət olmasa klinikamıza buyurun. Çünki səpkilərin
xarakterinə görə bu gənəyə də oxşayır, müayinə edib istisna etdikdən sonra
konkret fikir söyləmək olar.
Sual:
Salam Nergiz x.menim 30 yawim var. 20 gun bundan qabag ciyin
hissemde derimde agarma baw verib. bu ne ile elaqedar ola bilerə Evvelceden
tewekkur edirem.
Cavab:
Salam, Flora xanim. Bilmək istərdim ki, o hadisədən öncə yaxın
zamanlarda əsəb sarsıntısı keçirtməmisiniz kiə və ya yaşadığınız mühitdə
gərginlik yaşamamısınız kiə
Sual:
Salam hekim menim sifetim ariqdi bele pis gorsenir isteyirem
yanaqlarim dolu olsun orada gelmeye imkanim yoxdu ozumde yevlaxda
qaliram siz burdan yaza bilmezsinizki men nese edim ve yaxudda aptekden
aliməxais edirem sualima cavab yazin.
Cavab:
Salam, xanim. Online vasitesi ilə müalicə təyin olunmur. Yaxınlığınızda
hansı kosmetoloji mərkəz varsa oraya müraciət etmənizi tövsiyyə edirəm.
Sual:
salam! menim uzumde sari ciller var bunun tebii ussulla mualicesi varə
Cavab:
Salam, Aygun xanim. Təbii yolla müalicə etmək üçün tərkibində C vit
ilə zəngin olan meyvə və tərəvəzləri qəbul etmənizi tövsiyyə edirəm.
Sual:
salam hekim menim 15 yasim var uzumde qirmizi sizanaglar emel gelib
bu hadise 12 yasimdan mende baslayib,xahis edirem tebii usulla mualicesini
deyerdiz,birde men bu sizanaqlari sxdigim ucun yeri qalir,bunun ucun hansi
maskalardan isdifade ede bileremə
Cavab:
Salam, Aysel xanim. Artıq 3 ildir ki, bu sizin üzünüzdə var.Və artıq
keçib getmədiyinə görə ciddi bir problemin olmasına dəlalət edir. Ona görə də
prosesə daha savadlı istiqamətdə yanaşmaq lazımdır.
Sual:
Salam hekim.menim burnumum ustunde ve qiraqlarinda
qara nıqteler var,ona ne meslehet gorursuz.sixiram yene cixir
Cavab:
Salam,Gunel xanim.əgər dərinizi mütəxəssis yanında təmizləmirsinizsə,
onda məsləhət görürəm ki, sıxmayasınız və mexaniki skrablardan istifadə
edəsiniz.
Sual:
Salam hekim sizden cox xaihs edirem mene komek edin Menim uzumde
ciller var men cillerin getmesi ucun ne edim lazerle gunes den qorunsam ciller
den birdefelik azad ola bileremmi xaihs edirem cvb yazin 100% qara ti
verilirmii ki gunes den qorunsam uzumde cil Emele gelmiyecek birdeki
lazerin uze ziyani varmi bir kosmetoloq mene bildirmisdiki lazer vurdursan
uzune dogumdan Sonra uzun pis hala duwecek bu duzgundurmu etrafli cvb
yazin cox xaihs edirem
Cavab:
SAlam, Milana xanim. Sualınız aydın olmasa da, cavablandırmağa
çalışacam. Çillər anadangəlmədirsə onların tamamilə getməsi mümkün deyil.
Soyuq mövsumlərdə çillər solğunlaşır, yaz-yay aylarında daha qabarıq
şəkildə özlərini biruzə verirlər.Yayda isə biz çillərin artmaması üçün və
günəşin zərərli şüalarından qorumaq üçün gündən qoruyucular təyin edirik.
Lakin gündən qoruyucu çillərin yox olmasında rol oynamır, "mexaniki
ekran" rolunu (dərini günəşin zərərli şüalarından qorumağa) kömək edə
bilər.Lazerin çilə heç bir təsiri yoxdur.
Sual:
24yasim var.Uzumde,yeni yanalarimda zil emele gelib.Bir yanagimda
xirdadi 3dene.diger yanagimda ise 1dekne biraz boyukdu .Sebeb ne ola biler
ve
neyniye bileremə
Cavab:
Salam,Nurlana xanim. Ziyil virus mənşəli olur. Müalicəsinə gəldikdə
buyurub mərkəzimizə müraciət edə bilərsiniz,elektrokqaqulyasiya ilə aradan
götürürəm.əlaqə tel: (051) 388 20 90
Sual:
salam hekim..20yawim var.teze aile qurmuwam..uzumde sizanaqlar cixir
yanaqlarimda( quruyur gedir..bir iki uzum temiz qalir soram yene cixir...uz
derim yaglidi..herden agrili qizarti kimide olur..oz ozune gedir.. Derim
problemli deyil...hemde qara noqteler var burunumda + yanaqlarda o qeder
de bilinmir..ama ozum gorurem derimin temiz deyi...maska edirem 1 gun
gedri..effekti olmur.hekim sizanaglar niiye cixir?1il olarki beledi gah cixir
gahdaki uzum tertemizolur.uzumede krem pudra cekmirem cemirem .temzim
olan vaxtii..
Cavab:
Salam, Konul xanim. Sualınız artıq cavablandırılıb.
Sual:
Salam hekim menim uzumde yara cixib 20 gundur sagalmir su verib
yayilir xahish edirem komek edesiniz men ne edim
Cavab:
SAlam, Kerim bey. Konkret fikir söyləmək üçün, yaranı görmək
lazımdır.Yaxşı olar ki, müayinəyə olasınız.
Sual:
Nergiz xanim cavabiniz ucun size cox minnetdaram.bunu bilmirdim,cox
sevindim ki filler deyilen bele bir madde var.onun ziyani varmi?yoxdusa
harada
etmeyimi meslehet gorerdiz?bir de menim sinemde de bu tipli problem var.
sebebini helede aydinlasdira bilmirem.ya bustqalter cox gec taxdigim ucun
bas
verib.(16yasinda.cox boyuk olannan sonra). ya da mastrubasiya zamani
ezmisem belke deye dusunurem.Doslerim cox sallaqdi.damarlari
bosalib.sanki sud vermis ana kimi,ondan dapis..bilmirem ne edim.
emeliyatmi?yoxsa estetik bir prosesle bunu da aradan qaldira bileremmi?bu
emeliyatin menfi terefleri varmi?
cox rica edirem bu barede de qisaca melumat vererdiz... size sonsuz
tesekkurlerimi
catririram...
Cavab:
Salam,Samire xanim.Dediyimiz proseduraları -fillerlərlə doldurma
bizim mərkəzdə olunur(yəni mən edirəm). O ki, qaldı sinenizlə bağlı
problemə, onu da görəndən sonra lazimi məsləhətlər verib, lazım gəlsə estetik
cərraha yönəltmək olar.
Sual:
salam nergiz xanim,elimin icinde deri altinda suluglu yumrular var
qawinti verir,gobeleyden ola biler?ya hansisa xestelikdi,cox sag olun
Cavab:
Salam,Nergiz xanim. Bu göbələk ola bilər, lakin müayinə etməmiş,
gözlə görmədən dəqiq fikir söyləmək düzgün olmaz.
Sual:
Axsaminiz xeyir Nargiz xanim.manim sualim odurki manim uzumda son
vaxtlar desiklar yaranib sizin qabulunuza galmak istayiram
Cavab:
Salam,Xatire xanim. Buyurun gəlin, ətraflı müayinə edib, sizə yardım
edərəm.Mərkəzlə əlaqə saxlayıb,qəbula yazilin.Əl.tel:(051)388 20 90
Sual:
Salam hekim menim bedenimde ve uzumde sizanaqlar var mualice almiwam yene
emele gelib
Cavab:
Salam, Vüqar bəy. Özünüz haqda məlumat çox az yazmısınız?Bilmək istərdim
ki, yaşınız neçədir? Hansı müalicələri keçmisiniz? Müalicə dedikdə nəyi nəzərdə
tutursunuz? Müalicə yerli olaraq aarılıb yoxsa umumi komleks şəkildə (həm daxili,
həm yerli olaraq)? Dəqiq fikir söyləmək üçün qan, sidik, nəcisdən analiz verilməyiniz
məsləhətdir?
Sual:
Salam doktor...
demek 24 yasim var.2 ildi aileliyem...uzum son 3-4 aydi demek olar ki temiz olmur...2-
3gun temizlenir, quruyur sona 2-3 dene almaciqlarin asgi hissesinde olur.(qirmizimtil
olur el vuranda bilirsen ki derinde nese var) Usaq olmadigina gore 1cox analiz
vermisem.harmonlarim qaydasindadir...bele de deyim uzumu seher axsam yuyam uz
geli ile...amma yene de bele(((
basqa neden ola biler, hansi daxili ve xarici problem ola biler?
Cavab:
salam, xanım Huseynova. Sizdəki olan bu problem daxili xəstəlik də ola bilər
(məs: qurd invaziyası) və ya dərinin öz problemi də ola bilər (demodeks, streptokokk,
stafilokokk və s.) ola bilər. Dəqiq bilmək üçün müayinə etməliyik məs: nəcisdə qurd
yumurtaıarının təyini,dəridə demodeks və s.
Sual:
salam doctor. menim uzug yagli uzlerden deyil. qurudu. hansi
maskalari meslehet gorerdiz evde etmeyimcun 21 yasim var kecen defe yazmiwdim
bura.uzum isteyirem cox xamar olsun hemde temiz. evvelceden twk
Cavab:
Salam,Aylin xanim.Biz peşəkar səviyyədə xidmət göstəririk, ev şəraitində etmək
üçün interner səhifələrindən müxtəlif nəmləndirici maskalardan ətraflı məlumat
toplayıb,istifadə edə bilərsiniz. Lakin bu savadlı yanaşmı deyil, cünki dəriyə xüsusi
yanaşma olmalıdır.
Sual:
salam hekim 17 yawim var 1-2 aydi uzumde ve bedenimde sizanaqlar
cixir bunu qarwisini nece ala bilerem
Cavab:
Salam,Sona xanim.Bu yeniyetməlik dövrü ilə bağlıdır. Ev şəraitində bunu
məsləhət verə bilərəm ki, qidalanmanıza diqqət yetirin, kəskin qidalar, fasfootlardan,
konservativ içkilərlərdən istifadə etməyin.Yenə də yaxşı olar ki, müayinəyə gəlib ətraflı
yoxlanıb, uyğun müalicə təyin edək.
Sual:
Doktor salam. Sizden bezi meslehetler almaq isteyirem.
Uzumde yeniyetmelik vaxti sepkiler olurdu.sora azaldi ama kecmedi.helede sizanaqlar
var.nece edimki onlar cixmasin.26yasim var.hemin sizanaqlardan
ciyinlerimde,qollarimda ve bezen kureyimdede olur.
Birde sizden botoksla bagli soruwmaq isterdim.emeliyyatsiz yanaqlari daha girde
etmek ucun ne ede bilerem. Ariqlayan kimi ovurdlarim batir. Hemin bolgeni dodaga
vurulan silikonla doldurmaq olar ya yox.?Qabaqcadan tesekkurler
Cavab:
Salam,Samire xanim. Artıq müəyyən bir yaş dörründəsiniz, ona gorə də Sizə
düzgün cavab vermək üçün sizdən ətraflı anamnez toplanmalıdır.Bunu üçün də
müayinəyə gəlməyiniz məsləhətdir.O ki, qaldı yanaqlarınıza indi hal-hazirda dodaq,
yanaqları doldurmaq üçün hialuron turşusu tərkibli fillerlərdən istofadə etməklə
yanaqlarınızı doldurmaq olar.
Sual:
Salam Elnare xanim.Menim uz derim hemiwe mene narahat gorunur.Qabiq verir
qiw yay ferqi yoxdu.Guzguye baxanda uzumu tutqun rengde solgun gorub kefim
pozulur.Ne ede bilerem?birde epilyasiya deride xestelik yaradirmi?
Cavab:
Salam,Reyhan xanim.Dərinizin təsvirindən məndə seboreyyalı dəri təsəvvürü
yarandı. Siz də dərinizə seboreyalı dəri kimi qulluq etməlisiniz, ancaq qulluqdan öncə
mütləq qaydada mütəxəssis üzünüzü təmizləməlidir və üzünüzə düzgün qulluq etmək
üçün Sizə məsləhətlər verməlidir. O ki, qaldı epilyasıyanın dəriyə mənfi təsirləri
barədə, əgər sağlamlığınızda ciddi bir problem yoxdursa və fərdi hiperhəssaslıq
olmazsa heç bir mənfi təsiri ola bilməz.
Sual:
salam hekim menim 1989 cildenem subayam uzumde xirda xirda
pirsikler cixir ve lekesi qalir menim uzum temiz idi son 1 ilde uzumden pirwikler
cixir ve lekesi qalir men neyleye bilerem onun icin neden ola biler bu evelceden tsk
edirem cox sag olun .
Cavab:
Salam,Xatun xanim. Nədənini bilmək üçün üzünüzdən material götürülməlidir
və bilinməlidir ki, hansı səbəbdən yaranıb.Bəlkə də bir çox tibbi müayinələrdən keçmək
lazım oldu.Bu məqsədlə buyurub, müraciət edə bilərsiniz.
Sual:
Salam hekim men evliyem alnimda xirda sizanaqlar ve onlarin
lekeleri var nece edimki onlar getsin?birdeki burnumun ustunde qara noqteler var
nece eliyim?
Cavab:
Salam,Aytac xanim. Burunun üstündəki qara nöqtələr və alnınızdakı sızanaqlar
təmizlənməlidir.O ki, qaldı ləkələrə ağardıcı maskalardan, kremlərdən istifadə edərək,
tədricən bunun da öhdəsindən gəlmək olar.Əgər ləkələr dərindirsə kimyəvi pilinqlərdən
istifadə etmək olar.
Sual:
Salam hekim 50yasim var yanaglarim burun etrafi sallanir qrisib
size muraciet ede bilerem ?cixsagolun
Cavab:
Salam,Irade xanim. Gec cavab verdiyime gore üzürlü hesab edin.Təbii ki,
müraciət edə bilərsiniz.
Sual:
Salam hekim.menim ayaglarimda tukler deri altina kecir ve cos pis
gorunur ev sheraitinde ne meslehet gorerdiz
Cavab:
Salam, Samire xanim. Szdə olan problem sikoz adlanır. Müəyyən səbəblərdən
yaranır. Ancaq bunu ev şəraitində mualice etmək olmaz. Yaxşısı budur müraciət edin.
Sual:
salam doktor. 21 yasim var. uzumun dahada xamar olmasi ucun evde
ozume maskalar hazirlamag isteyirem. meselen: meyvelerden. bele. bunu mene xiyani
ola bilermi... ve uzumun dahada xamar ol asi ucun ne etmek olar? ancag hekim yanina
getmek?? ozum ede bi erem hechne? meslehet vererdiz. evveceden twkler
Cavab:
Salam, xanim. Hər yanaşma individualdir. Sizin dərinizi tanımadan bir fikir
söyləmək çətindir ( dərinin xüsusiyyəti, həssaslığı, dərnin yağlı və ya quru olması ve s.)
rol oynayır. Bunları bilmədən maska məsləhət etmək qeyri profesional olardı.
Sual:
salam hekim uzumde esasende alin hissemde xirda sepkiler olur demek olar ki
getmir hec vaxt ama menustrasiyam olana yaxin dahada sepkiler qabarir uze cixir
sonra cekilir.neden olar zehmet olmasa cavablandirardiz.
Dostları ilə paylaş: |