Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   19   20   21   22   23   24   25   26   ...   63
Mübrizələrdə keçən ömür
Seyid Cəfər Pişəvəri
Son  iyirmi  ilə  yaxın  dövrdə  dünyda  baş  verən  əsaslı  siyasi  dəyişikliklər
tariximizin, eləcə də mədəni dəyərlərin bir sıra problemlərinə məlum ideoloji yasaqlar
aradan qalxdığı üçün onlara yenidən baxmağa şərait yaranmışdır. Sovet-rus imperiyası
dağıldıqdan  sonra  dünya  xəritəsində  siyasi  mənzərə  dəyişmiş,  xalqlar,  xüsusilə  türk
xalqları  milli-mənəvi  dəyərlərini  yenidən  öyrənib  tədqiq  etməyə,  obyektiv  meyarları,
vətənpərvərliklə təkmilləşdirib zənginləşdirməyə başlamış, bu gün də davam etdirirlər.
Hər bir xalqın maddi-mənəvi dəyərləri sırasında onun tarixi, ədəbiyyatı xüsusi yer
tutur.  Millətin  iqtisadi,  siyasi,  sosioloji,  estetik  xarakteristikasını  verən  başlıca
amillərdən biri onun tarixi və ədəbiyyatıdır.
Xalqın  həyat  salnaməsi,  mübarizə  yolu,  inkişaf  prosesi,  milli  ləyaqəti,
qəhrəmanlığı,  istiqlaliyyəti,  faciələri,  savaşları  haqqında  zəngin  məlumat  verən  onun
tarixidir. Xalqın tarixində görkəmli şəxsiyyətlərin oynadığı rol araşdırılmış və yenə də
tədqiqi  ekspedisiyalar  davam  edir.  Bu  baxımdan  tariximizin, ədəbiyyatımızın  Qüzey
Azərbaycan  qolu    geniş  miqyasda  araşdırılsa  da,  Güney  Azərbaycan  qolu    təəssüflə
qeyd edək ki, ideoloji qadağalar və uzun illər əlaqələrin zəif inkişafı səbəbindən kifayət
qədər öyrənilib nəşr  edilməmişdir.  Tədqiqatlara  da  dövrün  tələnbindən  doğan
sosializmin,  bolşevizmin  “ruhu”  süni  surətdə  hopdurulmuşdur.  Bu  gün  həmin  tarixi


170
hadisələrə,şəxsiyyətlərə  istiqlal  ziyalı  ilə  qiymət  verməyin şükürlər  ki,  vaxtı  çatıb  və
tədqiqatçı alimləri- miz də buna əməl edirlər.
Bu  günlərdə  tarixi  həqiqətlərin,obyektiv  elmi  mülahizə və araşdırma-ların
ziyasından doğan bir əsər işıq üzü görüb.
“Seyid  Cəfər  Pişəvəri”  adlanan  monaqrafiyanın  müəllifi  Azərbaycan  MEA-sı
Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, görkəmli
cənubşünas  alim Əkrəm  Rəhimlidir  (Bije).  “Nurlar”  nəşriyyatında  yüksək  bədii
tərtibatla,  beynəlxalq  poliqrafik  yaraşıqla  çap  olunan  “Mübarizə  burulğanında  keçən
ömür: Seyid Cəfər Pişəvəri” kitabının elmi redoktorları professorlar Şövkət Tağıyeva və
Cəlil  Həsənli,  rəyçiləri  akademik  Teymur  Bünyadov,professor  Musa  Qasımlı və bu
sətirlərin müəllifidir.
Kitabda  İranın  və  Güney  Azərbaycanın,  eləcə  də  Qüzeyin  mütəfəkkir-ziyalısı,
inqilabçı  demokratı,  görkəmli  ictimai-siyasi  dövlət  xadimi  S.C.Pişəvərinin  həyatından
və  mübarizəsindən  geniş  şəkildə  bəhs  edilir.  Çoxsaylı  mənbələr  və  sənədlər  əsasında
S.C.Pişəvərinin  55  illik  həyatın-dan səhifələr,  Güneydəki  milli-demokratik  hərəkatda
onun  xidmətləri  və  rolu,  Milli  Hökumətin  süqutundan  sonrakı həyatının son  günləri
tədqiq və təhlil olunur.
Pişəvərinin  ədəbi-bədii  yaradıcılığı  geniş  tədqiq  olunsa  da,  ictimai-siyasi
fəaliyyəti  ilk  dəfədir  ki,  fundamental  şəkildə  görkəmli  cənubşünas  alim Əkrəm
Rəhimlinin  monoqrafiyasında  araşdırılır.  “Mübaizə  burulğanında
keçən  ömür:
S.C.Pişəvəri”  adlanan  kitabında  siyasi  xadimin  gənclik  illərindən  tutmuş  ictimai
fəaliyyətinin bütün dönəmləri, Milli Hökumətin yaranmasından süqutuna qədərki dövr,
bir  daha  müəmmalı  ölümü,  onun  haqqında  xatirələr,  eləsə  də  Pişəvərinin  səhvləri
ehtiramla nəzərdən keçirilmişdir.
Əkrəm  Bije  tədqiqatda  çoxsaylı  mənbələrdən  istifadə  etmişdir.  Fars  dilini
mükəmməl bilməsi şərqşünqas alimin bu gərgin, ağır işdə köməyinə gəlmişdir.
Cənubşünas  alim Ə.Rəhimli  özündən  əvvəlki  pişəvərişünasların əməyinə
ehtiramla yanaşmış, onların heç birini nəzərdən qaçırmamışdır.


171
Mən  deyirəm  ki,  Pişəvərinin  ictimai-siyasi  fəaliyyəti  haqqında  yazılmış ən
fundamental, dəyərli, əhatəli əsər haqqında danışdığımız bu monoqrafiyadır. Sevindirici
odur  ki,  Pişəvəriyə  atılan  böhtan,  ləkə  və  onun  fəaliyyəti  ilə  bağlı  təhriflərə  Ə.Bije
aydınlıq gətirərək onların əsas- sızlığını sübuta yetirmişdir.
M.C.Pişəvəri  irsinə, şəxsiyyətinə  məhəbbət  və  ehtiramdan  doğan bu  kitabda
müəllif məqsədinə yüksək səviyədə nail olmuşdur.
M.C.Pişəvərinin uşaqlıq  və  gənclik  illərindən  tutmuş  ömrünün  sonunadək
ictimai-siyasi  və  ədəbi–bədii  ideallarına  sadiq  qalması,müa-sirləri  ilə  yaradıcılıq
əlaqələri tarixi faktlara istinadən izah olunur. Göstərilir ki, vəzifə, amal və idealından
asılı  olmnayaraq  hər  bir  insanın  həyatı-bioqrafiyası,  gördüyü  işlər,  iştirakçısı  olduğu
hadisələr, yaratdığı əsərlər ədəbi, təsviri, tətbiqi və ya musiqi sənət əsəri olub-olmaması
əsas  deyil,  ümumilikdə  xalqın  tarixinin  müəyyən  dövrü,mədəniyyət  salnaməsinin
müəyyən səhifələri, ictimai-siyasi-fəlsəfi bədii fikrinin inkişafı mərhələsi ilə əlaqəlidir.
Bu  baxımdan  diqqət  veriləndə  hər  bir  sənətkarın  dünyagörüşü  və  əqidəsinin,  həyat
qayəsinin  yaranıb  formalaşmasında  onun  doğulub  böyüdüyü,  fəaliyyətə  başladığı
mühitin,  tarixi-ictimai-iqtisadi  dövrün  böyük,  daha  dəqiq  desək,  həlledici  təsiri hiss
olunur.  Dünyagörü-şü  və  həyata  münasibətin  formalaşmasında,  fəaliyyət  sahəsi  peşə
seçilmə-sində  mühit  istiqamətverici  faktor  kimi əhəmiyətli  rol  oynayır,  doğulub
böyüdüyü  ailənin  iqtisadi    durumu,  onunla  ünsiyyətdə  olanların əqidə  və  məslək
bütövlüyü,  həyat  idealı  güclü  təsir  göstərir.  Həmin şəxsin  əhatə  olunduğu,  onun
ailəsinin də tərkib hissəsi olduğu mikro və makro mühit
ümumiyyətlə    əqidə,  əxlaq,mənəviyyat  və  həyat  amalı  üçün  qaynaq,  vasitə  və
mənbə  kimi  mühüm  rola  malikdir.  Bunu bəşər  tarixində  özünəməxsus  yer  tutan
şəxsiyyətlərin ömür yolu, həyat səhifələri təsdiqləyir. Belə tarixi şəxsiyyətlər sırasında
görkəmli siyasi və ictimai xadim olmaqla yanaşı, həm də gözəl alim, qüdrətli publisist,
istedadlı yazıçı M.C.Pişəvərinin özünəməxsus yeri vardır.


172
Kitabda M.C.  Pişəvərinin  bioqrafiyasını əks  etdirən  səhifələri  vərəqlədikcə  bir
daha aydın olur ki, Qüzey Azərbaycanına üz tutan soydaşlarımızın həyatı burada da xoş
keçməmişdir.
Güney Azərbaycanında dünyaya göz açan Mir Cəfər 13 yaşında olarkən dövrün
iqtisadi,  ictimai  bəlalrı  onun  ailəsini  də  Bakıya  köçməyə  məcbur  etmişdi.  O,  Qüzey
Azərbaycanında təhsilini davam etdirməklə yanaşı, işləməyə başlamış, siyasi fəaliyyət
meydanına  atılmışdır.  Iran  Sosial  Demokrat  Partiyasının  Qafqazdakı  təşkilatlarında
fəaliyyət  göstərən  M.C.Pişəvəri  elə  burada  mətbuat  aləminə  qədəm  qoymuş,
“Azərbaycan cüzi layənfəkki İran”, “Hürriyyət” qəzetlərində müxbir və redaktor kimi
çalışmışdılr.  O,  eyni  zamanda  iranlıların  “İttihad”  mədrəsəsində  müəllimlik  etmişdir.
1920-ci  ildə İrana  qayıdan  Pişəvəri  demokratik  hərəkatın  genişlənməsində  fəallıq
göstərmiş,  Gilan  Respublikasının  xari-ci  işlər  naziri  işəmiş,  İran  Kommunist
Partiyasının  qurultayında  iştirak  etmiş,  “Həqiqət”  qəzetinin  nəşrinə  də  nail  olmuşdur.
Irana qayıtdıqdan sonra həbs edilərək 11 il Qəsri-Qacar zindanında yatmış, 1941-ci ildə
Rza xan diktatorluğu süqut etdikdən sonra həbsdən azad edsilmişdir. Bundan sonra daha
əzm  və  qətiyyətlə  siyasi  mübarizə  meydanına    atılmış,  “Ajir”  qəzetinin  nəşrinə
başlamış,  “Mətbuatın  azadlıq  cəbhəsi”  adlı  leqal  təşkilatın  işini  canlandırmış,
Azərbaycan  Demokrat  Firqəsini  yaradaraq  ona  rəhbərlik  etmiş, Azərbaycan  Milli
Hökümətinin baş naziri olmuşdur. Bütün bunlarla yanaşı, M.C.Pişəvəri ədəbi tənqidlə
məşğul  olmuş,  hekayələr  yazmış, ictimai-siyasi  publisistikanın  gözəl  nümunələrini
qələmə  almış, tərcüməçilik    bacarığını  nümayiş  etdirmişdir. Azərbaycanda  inqilabi
hərəkat  tarixinin  salnaməsi  üçün  mənbə, qaynaq  rolu  oynayan  məqalə  və  xatirələr
yazmış,  tarixi  məruzə  və  nitqlər  söyləmişdir.  Qısa,  lakin  Azərbaycan  xalqının
mübarizələr və dövlət quruculuğu tarixi, mədəniyyətinin inkişafı salnaməsi ilə sıx bağlı
olan bir ömür yaşamış, bütün varlığı ilə Azərbaycana, onun sabahı və gələcəyinə bağlı
olmuşdur.  M.C.Pişəvəri  1947-ci  ildə  müəmmalı  şəkildə  avtomobil  qəzasına  düşüb
dünya-sını dəyişmişdir. Onun adı və fəaliyyəti bir neçə il diqqətdən kənarda qalmışdır.


173
80-cı illərdən etibarən onun əsərlərinin toplanılıb tərcümə olunmasına başlanılmış, nəşr
edilmişdir.
Monoqrafiyada M.C.Pişəvərinin    bioqrafiyasının ən  xırda  detalları  belə  ilə  öz
əksini  tapmışdır.  Bülbülə,  Xırdalan,  Buzovna  həyatın-dan  tutmuş  Bakının
mərkəzindəki-Xaqani  küçəsindəki  mənzildə  keçən  günləri də işıqlandırılıb. Haqqında
görkəmli şair, yazıçı  və  məsləkdaşlarının  xatirələri  də  buraya  daxil  edilib.  Bir  daha
“Qəza, ya qəsd” başlıqlı bölümdə ölümünə münasibət bildirilərək aydınlıq gətirilib.
Kitabı oxunaqlı, maraqlı edən, ona təravət verən amillərdən biri də Seyid Cəfərin
ömür yolunu əks etdirən fotoşəkillərdən ibarət albomdur.
Təvazökarlıqdan uzaq olsa da mən ilk Pişəvərişünaslardanam. M.C.Pişəvəriyə
məxsus  ilk  kitabın  və  doktorluq  dissertasiyasının,  eləcə  də    rusca  monaqrafiyanın
müəllifiyəm. Müəllif tədqiqatçı  zəhmətimə  ehtiramla  yanaşıb,  böyük  qiymət  verib.
Halal  insan  olan Ə.Rəhimliyə  bu  diqqətinə  görə  təşəkkür  edirəm.  Kitabın  capını
səbrsizliklə gözləyirdim.
Tez-tez  ustada  zəng  vurub  maraqlanırdım.  Deyirdi ki,  məndən  çox  sən
narahatsan. Mən də bildirdim ki, ay Əkrəm  müəllim, ömrümün 15 ili Pişəvəriyə  həsr
olunub.  Cəddinə  qurban  olduğum  Seyid  Cəfər  mənə  çox  doğmadır,  özümü  onun
əqrəbası,  varisi  hesab  eləyirəm.  Qoy  onun  haqqında  çox  yazılsın, çap  olunsun,
unudulmasın.  Adına  küçəni  götürdülər, Allah  insaf  versin, bu  adı  qaytarsınlar.  Bircə
adını danmayan gimnaziya var, ona toxunmasınlar, Allah qorusun.
Kitabı maliyyələşdirən insanlar da sağ olsunlar. Bu Vətənə xidmətdir.
Müəllifin dili də ürəyəyatandır. Deyərdim elmi üslubda yazılan bu əsərdən bədii
uslub, bədii ruh da yan qaçmayıb. Orijinal üslub, vətəndaş qeyrəti, millət yanğısı, həsrət
duyğusu,  azəri  qələmi, türk  qəlbilə  yazılan  bu  monoqrafiyaya  görə  Ə.Rəhimliyə
cənubluların  öz  təbirincə  deyirəm: - “Əllərin  ağrımasın, yorulmayasan”...  Şahanə  bir
əsər yaratmısınız, ustad...


174

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin