Şamil Vəliyev – 50


Şəxs adları (antroponimlər) və onların Azərbaycan dilində



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə55/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   51   52   53   54   55   56   57   58   ...   63
Şəxs adları (antroponimlər) və onların Azərbaycan dilində
(tərcümə zamanı) işlədilməsi
Rus ədəbiyyatşünası L.E.Çerkasski göstərir ki, «K liçnım imenam otnosətsə löbıe
sobstvennıe imena çeloveka, v tom çisle liçnoe imə, otçestvo, familiə, prozvişe,
psevdonim, kliçka. İmeno moqut imetğ uveliçitelğno – ustroilaöşii, laskatelğno-


306
umenğşitelğnıy ili prenebrejitelğ no-unijitelğnıy ottenok: estğ imena «lepetnıe»,
kotorımi deti zovut sebə ili koqo-libo iz okrujaöhix, poetiçeskie imena, vıpolnəöhie v
proizvedenii stilistiçeskuö funküiö» [16].
Tərcümə zamanı antroponimə hər bir adamın şəxsi adı, familiyası, təxəllüs, ləqəb
və ya heyvanlara verilən aldlar daxildir. Adlar əzizləyici-kiçildici mənada da işlənir.
Uşaqlar bir-birinə başqa əşyalara verdikləri adlarla müraciət edirlər ki, həmin adlar da
bu silsiləyə daxildir.
Böyükağa Talıbovun V.Jukovskidən etdiyi «Allahın keşişə qəzəbi»  («Məktəb»
1913,  №1) adlı tərcümədə mütərcim orijinalda olduğu əsas qəhrəmanın adını
saxlamışdır. Mətnə müraciət edək:  «Tamam il başdan-başa yağış çox yağdığına görə
əkinlər çürüyüb əmələ gəlmədi. İlin axırında bir nəfər əkinçi yox idi ki, desin «Bu il
mən taxıldan filan qədər xeyir və mənfəət görmüşəm». Kəndlilərdə gündən-günə aclıq
şiddətlənirdi. Ancaq yalnız keşiş «Qattonun anbarları buğda ilə dolu idi».
Mütərcim keşişin orijinaldakı ləqəbini olduğu kimi tərcümədə vermişdir. «Qatto»
nu ona görə ləqəb adlandırırıq ki, ruslarda «Qatto» adda şəxs adı yoxdur, bu ləqəbdir.
Qeyd etdiyimiz kimi təbdil olunan əsərlərdə surətlərin adları milliləşdirilir, şərqə
məxsus şəxs adları ilə əvəz edilirdi. «…Poqoskinin «Visəçii qost» («Asılmış qonaq»)
əsərindən təbdil edilmiş «Nabakar qonşu» hekayəsi maraqlıdır. Qafqazı əyalət
şəhərlərindən birinə köçürmüş, orijinaldakı bir sıra epizodları ixtisar edərək bunların
əvəzinə Azərbaycan şəraitinə münasib əhvalatlar daxil etmiş, yerli adət-ənənələrin
təsvirinə geniş yer verməklə milli bir hekayə kimi yaratmağa nail olmuşdur [18].
S.M.Qənizadə bu təbdildə surətlərin adını dəyişərək Xancan, Hacı Qasım və s.
qoymuşdur.
Y.Həsənbəyzadənin A.F.Kovalinskayadan tərcümə etdiyi «Ögey ana»
hekayəsində Mürsəl, Gülnisə, Pərizad, Qönçə, Əsəd və s. kimi şəxs adları milli xarakter
kəsb edir. Əsərdəki antroponimlər mütərcim tərəfindən Şərq adları ilə əvəz olunmuşdur.
Şəxs adlarının tərcümədə işlənməsində mütərcimlər xeyli çətinliklərlə rastlaşırlar.
Bu çətinliklər ələlxüsus türk dillərinə tərcümə zamanı qarşıya çıxır. Məlumdur ki, rus


307
dilinin fonetikası tərcümə edilən dilin fonetikası ilə ziddiyyət təşkil edir. Əsərin
əvvəllərindəki uşaq əsərlərinin tərcüməsi zamanı işlədilən orijinal və adaptasiya edilən
şəxs adları əsərlərin mövzu, məzmun və dili tarixi şəraitə uyğun və qənaətbəxşdir.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin