Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   53   54   55   56   57   58   59   60   ...   63
«Marqo» qadın adıdır
Bəzi tərcümələr istər bədii, istərsə də dil baxımından aşağı səviyyədə dururdu.
Düzdür, bu tərcümələr də bədii cəhətdən zəif olmalarına, uşaq psixologiyası üçün
xarakterik olmayan sözlərlə səciyyələnsə də uşaq ədəbiyyatı, tərcümə dilinin inkişafı
üçün ilk praktik nümunələr kimi mühüm rol oynayırdı.
A.Əfəndizadənin «Pleşşeyevdən tərcümə» qeydi ilə «Dəbistan» jurnalında (1906,
№4, səh.5-7) jurnalında çap olunan «Nənə və nəvə» adlı tərcümə də belə zəif
nümunələrdəndir. Tərcümənin orijinalınqı tapmaq mümkün olmadı. Ədibin
yaradıcılığında bu adda və bu məzmunda şeir və ya nəsr əsəri yoxdur. Yəqin mürtəcim
bu mənzum hekayəni ümumən Pleşşeyev yaradıcılığının təsiri altında qələmə almışdır.
Tərcümədə təbdillik xüsusiyəti də nəzərə çarpır. Əsərin əsas personajlarından biri –
nəvə tərcümədə milliləşdirilərək Əhməd adı ilə verilmişdir. Antroponim
azərbaycanlılaşdırılmaqla məzmunda milli mahiyyət kəsb etmişdir.
Tərcümə istər leksik-frazeoloji, istər bədii, ümumən, dil baxımından nöqsanlıdır.
Əruzda çevrilən bu şeirdə «sərkari»,  «biçarə»,  «ahəstə»,  «dəmbəstə»,  «xudavənd»,
«əlnas», «pas», «cari» kimi qəliz və uşaq dilinə uyğun olmayan söz və ifadələr var.
Şeirin əsasını təşkil edən maarifçilik ideyalı məktəb mövzusu qabarıq verilmişdir.
Nənənin nəvəsinə həyatda ən böyük arzusu məktəbə getmək olduğu, nənəsinin elm və
məktəb haqqında «monoloqu» şüar təsiri bağışlayır. Şeirdə yerinə düşməyən, poeziyada
gülünc görünən ifadə nənənin nəvəyə dediyi: «Qəlbini təmiz elə hər cür hisdən, pasdan»
misrasındakı «pas» sözüdür. Əvvəlki misradakı «əlnasdan» sözü ilə qafiyə xatirinə
verilmiş, hələ məktəbə getməmiş bir cocuğun qəlbinin pasını elm öyrənməklə nənə
məsləhəti tərcümənin ən naqis nöqtələrindəndir:
Get oxu, səy eylə, hər elmə çalış, hər zadı bil,
Bircə adət eləmə elm oxuyub lovğalığı.
Elmi təhsil elədin, qaçma avam əlnasdan,
Qəlbini təmiz elə hər cür hisdən, pasdan.


310
«Ruscadan tərcümə» qeydi ilə tərcümə olunan «Dövlətli Marqo və bədbəxt
Vasili» («Məktəb», 1913, №12-15) nağılının mürtəcimi Həmzə Qasımzadədir. Tərcümə
rus nağılından edilmişdir. Nağıllardakı süjet gedişinə uyğun olaraq müsbət mənfi
surətlər qarşı-qarşıya durur və nağıl xeyrin – müsbətin qələbəsilə tamamlanır. Əsər şirin
bir təhkiyə ilə tərcümə olunmuşdur. Əsərdə adından nəzərə çarpmasa da, maraqlı odur
ki, pis niyyətlərlə yaşayan dövlətli Marqonun ilk səfərlərdə kişi və qadın olması
naməlum qalır. Çünki «marqo» bir şəxs adı kimi xristianlarda qadına məxsus
antroponimdir. Lakin hadisələrin gedişində Marqonun arvadına yazdığı məktub
«səhnə»sində ani olaraq oxucu çaşır. Yəqin ki, ötən əsrlərdə bu şəxs adı oğlan
uşaqlarına da qoyulurmuş, qız uşaqlarına da. Bizdə olan Sayad, Tərlan və bir çox başqa
adlar kimi. Mütərcimin əsərin surətlərinin adlarında dəyişiklik etməsinə şübhə ola
bilməz. Çünki nağıldakı digər surətlər – Vasili və Anastsiya ruslara məxsus şəxs
adlarıdır.
Tərcümə nöqsanlardan xali deyildir. Tərcümənin dilindəki «boçka»,  «kuçer»,
«lodka», «lodkaçı» sözlərinin dilimizdə qarşılıqlığı var: «çəllək», «faytonçu», «qayıq»,
«qayıqçı». Nədənsə mütərcim rus sözlərini olduğu kimi saxlamış və «lodkaçı» kimi
əcaib neologizm yaratmaq istəmişdir.
Tərcümədə belə bir cümlə ilə rastlaşırıq: «Monastrın böyüyü isə bədbəxt Vasilini
çox sevdiyi üçün onu monaçtrda açarçı qoymuşdu». Burada «açarçı» əvəzinə mütərcim
«qapıçı» işlətsəydi, yəqin ki, daha təbii səslənərdi.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin