Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   55   56   57   58   59   60   61   62   63
«Çaxıra ehtiyac yoxdur»
Rus ədəbiyyatşünası L.Çerkasskinin xörək və içki adlarının tərcüməsi barədə
maraqlı fikirləri var. Tədqiqatçı qeyd edir ki, bir savadlı ədibin, birmalının və yaxud
banqladeşlinin əlinə bir neçə xörəklərin adları yazılmış siyahı-menyu düşmüşdür. Rus
mətbəxini əhatə edən bu menyuda aşağıdakı xörəklər və içkilərin adları qeyd olunur:
«Oqureçnıy rossol» - «duzlu xiyar suyu». Ərəb heç bir vaxt lüğət və başqa mənbə
axtarmadan başa düşür ki, duzlu xiyar suyunu içkidən sonra verirlər. Sərxoş adamı
sakitləşdirir. Məsələn:  «piroqi» və «kalaçi» sözlərini indoneziyalı tərcüməçi olduğu
kimi işlədir, lakin türk mütərcim isə «kalaçi» sözünü çörəyin bir növü, «piroqi» sözünü
isə şirin çörək növü kimi verir. Çerkasskinin fikrinə onu əlavə edək ki, azərbaycanlı
mütərcim bu sözləri kökə, qoğal, qalac, əppək və s. qarşılığını verərdi.
Yenə də Q.R.Mirzəzadənin «Barmaq boylu uşaq» tərcüməsinə istinadən deyək ki,
mütərcim rusların sevdikləri içki – çaxırı tamamilə mətndən çıxarmışdır. Orijinaldakı
«Lödoed vsö noçğ pil vino» cümləsini ixtisara salmışdır. Şübhəsiz, mütərcim «vino»
sözünü «çaxır»,  «şərab» sözləri ilə əvəz edə bilərdi. Lakin o, ixtisasca müəllim idi.
Uşaqlar üçün etdiyi bu tərcümdə İslam aləminə və uşaqların yaş səviyyəsinə uyğun
olmadığından bu ifadəni tamamilə atmışdır. Ehtiyac bilməmişdir.
*
*


312
*
Bədii tərcümənin leksikasında dövrün ədəbi dilində işlənən. İndi isə arxaikləşən
söz və ifadələrə də təsadüf olunur, həftəbazarı (Baransoviç: «Azadəlik». Tərcümə edəni
M.Qarayev,  «Məktəb»,  1913,  №6), fənalıq (L.Tolstoy «Daşlar». Mütərcim Ə.Səttar,
«Məktəb», 1913, №6), doluxub qaldı, dəxi, miz, ayinə, iltifat, naçar, fürsəti fotə vermək
(«Meymun və Tutuquşu». Tərcümə edəni M.Hənəfi, «Məktəb», 1913, №10) və s.
Qeyd etdiyimiz kimi, bədii tərcümənin leksikasında arxaikləşən söz və ifadələrə
təsadüf olunur. hətta bəzən pampaç, cılız, çağa, soluq, adna («Çalğıçı İbrahim»), çibin,
dədə («Nəsihətül-ətfal»), doqqaz («Armud ağacı»), pəyə («Dövlətli Marqo və bədbəxt
Vasili») və s. kimi dialekt və şivə sözlərinin də tərcümələrdə işləndiyinə rast gəlirik.
Həmin dövrdə mütərcimlərin rus ədiblərinin əsərlərinin azərbaycancaya
çevrilməsi prosesində mütərcimlərin ciddi fikir verdiyi məsələlərdən biri də realilər
üzərində yaradıcı tərcümə işidir. Tərcüməçi başqa dildən tərcümə edərkən sözlərin
hərfən mənasını verməyə çalışmalıdır.
Hər bir xalqın dilində elə sözlər olur ki, onlar o xalqın, o ölkənin məişəti, tarixi,
mədəniyyəti və s. kimi milli atributların adlarını bildirir, başqa xalqların və ölkələrin
dilində onların ekvivalenti olmur. Realilər sırasına xüsusi isimlər, ləqəblər,
frazeologizmlər, bir çox el sözləri və i.a. daxildir.
Reali mahiyyətcə terminə yaxın olsa da, aralarında ciddi fərqlər vardır. Termin
elmi leksikanın əsasını təşkil etdiyi, xüsusi elmi ədəbiyyatda işləndiyi və bədii
ədəbiyyata yalnız müəyyən tələbləri ilə gətirildiyi halda, bədii ədəbiyyatda realilərə
başlıca olaraq yerli və milli koloriti əks etdirmək məqsədilə müraciət olunur…  [20].
Tərcüməçi çalışmalıdır ki, müəllifin bədii şəkildə verdiyi fikir, məzmun saxlanılsın.
Məsələn, A.Şaiqin Krılov təmsillərini tərcümə edərkən tapdığı realilər qarşılıqlar Krılov
yaradıcılığının bədiiliyini və ifadə tərzini zəiflətmir.
A.Şaiq Krılov, ümumən rus ədiblərinin tərcümələrində çətinliklərlə qarşılaşırdı. O
da ondan ibartdir ki, rus dilinin leksikasında başqa dillərdən keçmiş, lakin orijinal rus


313
sözü kimi işlədilən sözlər var. Belə mətnlərin tərcüməsi çətinlik törədir. Belə realilərə
Krılov yaradıcılığında da rast gəlmək olur.
Şaiq rus milli varlığını, rus həyat və məişətini realistcəsinə əks etdirməkdə böyük
rolu olan realilri tərcümədə müvəffəqiyyətlə və ölçü çərçivəsində vermək üçün üç
üsuldan istifadə etmişdir: birincisi, Krılovdakı realilərin adekvatını tapmışdır, məsələn,
angel – mələk («Qarğa və Tülkü»),Kumkirvə («Qurd və quzu»), jeleznaya vila – dəmir
yaba («Kəndli və muzdur») və s.; ikincisi, rusca realini mənaca ona yaxın olan
dilimizdəki sözlə əvəz etmişdir: el – çinar («Qarğa və Tülkü»), jurnalist – qəzetçi
(«Yalançı»), kamzol – arxalıq («Trişkanın xalatı»), jarko – qovurma («Qazlar»), trizna –
ehsan, peroq – fəsəli («Aşpaz və pişik») və i.a.; üçüncüsü, vəzn və ya qafiyə xatirinə
rusca konkret məna ifadə edən realini dilimizdə nisbətən ümumi məna daşıyan sözlə
əvəz etmişdir: dvoryanin – knyaz, jurnalist – qəzetçi («Yalançı»), Zevs – Tanrı
(«Eşşək»), yarmarka – bazar («Hörümçək və Arı»), uça – şorba («Demyanın şorbası»)
və s.
Realiləri başqa xalqlar qəbul edir və başqa dillərdə çox vaxt müvəqqəti, bəzən isə
əbədi olaraq qalır. Məlum olduğu kimi realilər digər dilə tərcümə vasitəsilə keçir.
Nəzəri ədəbiyyatda realiləri bir neçə qrupa bölürlər:
1)coğrafi və etnoqrafik; 2)folklor və mifoloji; 3)məişət; 4)ictimai-tarixi.
Rus dilindən Azərbaycan dilinə çevrilən uşaq ədəbiyyatı nümunələrində
mütərcimlər bəzi realiləri öz sözlərimizlə əvəz etmiş, bəzilərini olduğu kimi saxlamışlar.
Məsələn, A.Səhhət Krılovdan etdiyi «Sazandalar»  [21] adlı tərcümədə Avropa
musiqisilə bağlı «skripka»,  «alt» kimi alətləri Azərbaycan çalğı alətləri – tar və
kamança ilə əvəz etməklə rus ədəbi dilinə xas olan sadəliyi, aydınlığı, rus milli varlığını
əks etdirməyə çalışmışdır. Mütərcim Avropa ifaçılığında dörd nəfərdən ibarət musiqi
kollektivinin, həmçinin musiqi janrı «kvartet»i dörd səslicə bir musiqi nəğməsi» ifadəsi
ilə əvəz etmişdir. Düzdür, «kvartet» hal-hazırda reali deyil, beynəlxalq səciyyəli musiqi
terminidir. Lakin əsrin əvvəllərində ola bilərki, bu ifa üsulu yaranarkən reali səciyyəsi
daşımışdır. Gördüyünüz kimi, A.Səhhət Azərbaycan dilinin tükənməz xəzinəsinə


314
yaxından bələd olduğu üçün dil materialı ilə sərbəst davrana bilir. Bu isə orijinalın bədii
forma bütövlüyünü mühafizə etməyə imkan yaradırdı.
Mütərcimlərin realiləri milliləşdirməkdə mqsədi tərcümə olunan əsərləri uşaqlar
üçün daha anlaşıqlı, sadə şəklə salmaqdan ibarət idi. Əsərlərin saycı çox azında realilər
orijinaldakı kimi saxlanırdı.
Mütərcimlərin realilərə münasibətini nəzərdən keçirdikdə əsrin əvvəllərində
tərcümə ilə məşğul olan ədiblərimizin aforizm, atalar sözləri və başqa bədii təsvir və
ifadə vasitələri ilə yanaşı realilərin də tərcüməsin həssas yanaşmaları müşahidə olunur.
Tərcümə əsərləri həm milli mədəniyyətlərin yaxınlaşması üçün, həm də
millətlərin qarşılıqlı ünsiyyəti üçün zəmin yaradan vasitədir. Eyni zamanda tərcümənin
ideya-bədii səviyyəsi və dil keyfiyyətləri ən vacib amillərdən sayılır. Qeyd etdiyimiz
kimi, XX əsrin əvvəllərində rus ədəbiyyatından tərcümə olunmuş uşaq əsərlərinin
ideya-bədii səviyyəsi əsasən qənaətbəxşdir. Lakin bəzi dil və üslub xətalarına yol
verilmişdir. Bu, əsasən, milli koloriti əks etdirən, milli xüsusiyyət daşıyan məcazi
sözlərin və ya frazemlərin verilməsində özünü göstərir. Lakin bu qüsurlar azlıq təşkil
edir. Səbəb də odur ki, əvvəlcə qeyd etdiyimiz kimi, frazeoloji ifadələr orijinalın ən
çətin tərcümə olunan hissəsidir və bu hal bütün dillərə aiddir.
Məsələn, mövcud dilçilik ədəbiyyatında məlumdur ki, Tolstoy əsərlərinin
frazeologiyasının ingilis dilinə tərcümələrində frazeoloji birləşmələrin 52%-in dəqiq
tərcüməsi verilməyib.
Belə hallarda əsasən hərfi tərcüməyə müraciət edirlər. Lakin bu halda söz və
ifadələrin əsas mənası verilir, məcazi məna itir. Bu səviyyəyə rast gələrkən nöqsanları
aradan qaldırmaq üçün orijinalın dilinin bütövlükdə məcazlar sisteminin,
frazeologiyanın nəzərə alınması ən vacib meyar sayılmalıdır. Fikrimizi yekunlaşdırmaq
məqsədilə deyə bilərik ki, əsrin əvvəllərində rus ədəbiyyatı nümunələrini dilimizə
çevirən A.Səhhət, A.Şaiq və b. bu kimi peşəkar tərcüməçilər bu mənəvi ünsiyyətə bu
meyarla yanaşmış və gözəl sənət inciləri yaratmışlar.


315

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin