H.X.Qaradağski (Qaradaği) : ”Fələyin bir belə dövrü olacaqmış…”
XIX əsrin II yarısında, 1854-cü ildə quberniya mərkəzinin Şamaxıdan Bakıya
köçürülməsi bu şəhərin siyası, iqtisadi və inzibati qüdrət və mövqeyinin artmasına təkan
verdi. Bakı sosial həyatın bütün problemlərini tənzimləyən mərkəzə çevrildi. Burada
kapitalizmin sürətli inkişafı məmləkətin əyalətlərinə sirayət etdi. Naxçıvanda duz,
Daşkəsəndə dəmir, Gədəbəydə mis mədənləri fəaliyyət göstərməyə başladı. Kənd
təsərrüfatı və iqtisadiyyat inkişaf etməyə başladı. Istehsal formaları zənginləşdi, sənaye
ocaqları inşa edildi. Ucqar bölgələrlə mərkəz arasında əlaqələr genişlənməklə əhalinin
87
hərəkətdə olması və tərkibinin dəyişməsi və s. Azərbaycanın orta yüzilliklərdən
“yadigar” həyat-tərzini dəyişdi.Feodal qapalılığından qurtarıb ümumrusiya bazarına
qoşuldu.
Iqtisadi həyat birliyinin formalaşması soykök, dil, mədəniyyət və tarixi ərazi
birliyi olan Azərbaycan əhalisinin millət kimi yaxınlaşmasına səbəb oldu. Türk
millətinin-azəri türklərinin millət kimi formalaşmasının kuliminasiya nöqtəsinə
yetişməsi milli şüurun tərəqqisinə zəmin yaratdı.
Sosial arenaya din birliyi, “müsəlman”adı altında yox, millət birliyi, “türk”
məfhumu ilə qəlbi döyünən, beyni düşünən, bu iki anlayışı bir-birindən ayıran və fərq
qoyan şəxslər gəldi. Nəhayət, milli şüurun oyanması ilə milli həyat və milli hərəkatların
oyanması dövrü başladı.
Azərbaycanda milli burjuaziya formalaşdı. Azərbaycan burjuaziyası kapitalist
dünyasında varlığını təsdiqləmək üçün, cəmiyyətdə inqilabi funksiya yerinə yetirməklə
orta əsrlərdın qalma zərərli üsullara, ənənələrə, təsisatlara qarşı mübarizə aparmaqla
ölkənin iqtisadi və inzibati işlərini ələ keçirməyə başladılar. Az müddətdən sonra milli
burjuaziya rus və Avropa kapitalistlərindən zəifliklərini hiss etdilər. Çünki milli
burjuaziya ictimai şüuru zəif olmaqla məktəb, mətbuat, müasir mündəricəli ədəbiyyat,
ixtisaslı kadrlar, pedaqoq, mühəndis, hüquqşünas, idarəedici məmurlardan məhrum idi.
Buna görə də gənc burjuaziyamız inqilabi bir funksiyanı yerinə yetirməyə başladı.
Bütün səylərini, fəaliyyətini milli mənlikdən təzahür edən və ictimai yüksəlişə, dirçəlişə
yardım edən mədəni vasitələrin formalaşıb hazırlanmasına və tətbiqinə istiqamətləndirdi
.
Çağdaş şəraitdə həyati əhəmiyyət qazanan xalq işinə M.Axundov və H.B.Zərdabi
başda
olmaqla
müəyyən
mərhələlərdə
A.Ə.Hüseynzadə,
C.Ünsüzadə,
A.O.Çernyayevski, H.X.Qaradaği, S.Vəlibəyov, F.B.Köçərli, R.B.Əfəndiyev,
S.M.Qənizadə, N.Nərimanov, M.T.Sidqi və b. ibarət ayrı-ayrı zümrələrdən çıxmış
ziyalılar, H.Z.Tağıyev, M.Nağıyev və Ş.Əsədullayev kimi milyonçular qoşuldular.
88
XIX əsrin 80-cı illərində Qafqaz türkləri mühitində ibtidai məktəb yaratmaq
uğrunda təşəbbüslər meydana gəldi. Azərbaycanın bir sıra kənd və nahiyələrində ibtidai
məktəblər açıldı. 1887-ci ildə S.M.Qənizadə və H. Mahmudbəyov Bakıda “Rus-
müsəlman”, M.T.Sidqi 1892-ci ildə Ordubadda “Əxtər” və 1894-cü ildə Naxçıvanda
“Tərbiyə” məktəblərini açdılar. Şəkidə və Şirvanda O.F.Nemanzadə və M.H.Şeyxzadə
məktəblər təşkil etdilər. Bununla da üsuli-cədid ideoloji tədris metodikası bütün
məktəbləri əhatə etdi.
XIX yüzilliyin sonunda ayrı-ayrı fənlər üzrə dərslik, dərs vəsaiti yaratmaq
ideyasına müvafiq olaraq təşəbbüslər başladı. 80-90-cı illərdə A.O.Çernyayevski və
S.Vəlibəyovun “Vətən dili” (II h,1888), Ə.Rəsulzadənin “Ümmətül-ehkam” (1889),
”Qəvaidi-müxtəsər farsi” (1891), C.Ünsizadsənin və H.K.Romartsevin “Müəllimi-
islani-rusi” (1890), “Lüğəti rusi və türki” (1890), “Kilidi-ədəbiyyat” (1990),
R.Əfəndizadənin “Uşaq bağçası” (1898), N.Nərimanovun “Türk Azərbaycan dilinin
müxtəsər sərf-nəhvi” (1899) və s. dərsliklər yazılıb nəşr olundu.
O dövr üçün çox əhəmiyyətli və bu gün də tarixi-ədəbi, pedaqoji dəyərini
itirməyən bu dərsliklərin tərtibçiləri ilə yanaşı oradakı materialları hazırlayan, tərcümə,
iqtibas, təbdil edən orijinal əsərləri ilə və bu vəsaitləri bəzəyən müəlliflər olmuşdur.
Belə ədəbi simalardan biri maarifçi və şair Həsənəli ağa Xan Qaradağidır (1850-1929).
H.X.Qaradaği (əslində Qaradağski-V.Ə) 1850-ci il sentyabrın 21-də Şuşada
anadan olmuşdur. Onun atası Həsənəli ağa hərbi xidmətçi ailəsində doğulub, rus
ordusunun zabiti Məhəmmədqulu ağanın oğludur. Məhəmmədqulu ağa isə 1804-cü ildə
Cənubi Azərbaycanın Qarabağ mahalından köçərək Qarabağda, Şuşada
məskunlaşmışdır.
Həsənəli ağa vaxtsız vəfat etdiyindən üzünü görmədiyi oğluna adını qoymuşlar.
Həsənəli ağa uşaqlığından əmisi Məhəmmədhüseyn Xan Qaradağskinin himayəsi
altında böyümüşdür.
Həsənəli ağa 8-9 yaşlarında Şuşadakı qəza məktəbində oxuyub. Dərslər bu
məktəbdə rus dilində olduğu üçün Həsənəli tez bir zamanda rus dili və ədəbiyyatını
89
mükəmməl öyrənir. Əmisinin Tiflisdə qulluğa girib ora köçməsi ,özünün dayısının
himayəsinə keçməsinə baxmayaraq Həsənəli təhsilini yarımçıq qoymur.
1866-cı ildə qəza məktəbini bitirən Həsənəli ağa Şuşada “Təzə məhəllədə kirayə
bir otaq tutub orada müstəqil yaşamağa başlayır. Bu zaman fars, ərəb dillərini öyrənib
bir müddət M.Ə.Yusifzadədən dərs alır. Quranı-Kərimi, dini kitabları, Azərbaycan və
Şərq klassiklərini (fars dilli) orijinalda oxuyub öyrənir.
70-ci illərdə müstəqil müəllim kimi qohum-qonşu uşaqlarına dərs deyən
Həsənəli ağa bir pedaqoq kimi Şuşada tanınmağa başlayıb. O, Şuşada ilk dəfə olaraq
parta və yazı taxtasından istifadə edib dərs keçən ilk Azərbaycan müəllimi olmuşdur.
H.X.Qaradaği Tiflisə gedir, 1873-1878-ci illərdə əmisinin yanında qalır. Tiflisdə
Həsənəli ağa böyük ədib, mütəfəkkir, filosof M.F.Axundzadə ilə tanış olur və əlaqələri
o qədər möhkəmlənir ki, sonradan M.F.Axundzadə Həsənəli ağaya yazdığı məktublarda
ona “qadraşoğlu”- deyə müraciət edirdi. Oxucuların nəzərinə çatdıraq ki, hər iki ədib
əslən Güney Azərbaycandandır. Bəlkə də kökə etibarın təzahürü kimi bu “qardaşoğlu”
müraciəti meydana gəlibmiş.
Məlum olduğu kimi Qafqaz təhsil dairəsi 1879-cu ildə A.O.Çernyayevskiyə
azərbaycanlı-türk uşaqları üçün dərslik tərtib etməyi tapşırır. Milli ziyalılarımızdan
Çernyayevskiyə kömək etmiş pedaqoqlar S.V.Vəlibəyov, F.B.Köçərli və H.X.Qaradaği
olmuşdur.
Ibtidai məktəblərdə Azərbaycan dilinin təlimində əsas vasitə olacaq yeni dərsliyin
bədii materiallarını hazırlamaq məhz H.Qaradağiyə tapşırılır. Çox keçmədən o, Şuşaya
yola düşür, özünə müvafiq şərait yaratmaq üçün iki otaqlı bir ev satın alır. O burada
dərs keçir, uşaqları Qori seminariyasına hazırlayır. Bu şagirdlər içərisində Zülfüqar
Hacıbəyov, Cəmil Bağdadbəyov və b. görkəmli şəxsiyyətlər olmuşdur.
Çox keçmədən H.X.Qaradaği dərslik materialları üzərində işini tamamlayır. Bu
materiallar İ.A.Krılovdan tərcümə və iqtibas edilmiş mənzum və nəsrlə altımışa qədər
təmsildən, K.D.Uşinskinin “Rodnoye slovo”sından, “Priqlaşenie v şkolu” (“Məktəbə
təğrib”) şeirinin tərcümə-sinən və özünün maarif və məktəbə dair əsərləri idi.
90
H.X.Qaradaği Krılov təmsillərini tərcümə, təbdil və adaptasiya edib, qeyd etdiyimiz
kimi “Vətən dili “ dərsliyində dərc etdirmişdir. Bunlardan bir neçəsini xatırladırıq: “Şir
və tülkü”, “Qoyunlar və qurdlar”, “Uşaq və ilan”, “Qu-zu qurd cildində”, ”Siçanlar”,
“İki kəsəyən”, “Tutulmuş quş”, “Sığırçın və göyərçin”, “İt və at”, “At və eşşək”,
“Meymun və güzgü”, “Ahu və dərviş”, “Xoruz və mirvarid”, “Pişik və balıq”, “Paris”
və s.
Qaradağinın Krılov təmsillərini tərcümə etməkdə məqsədi ilk növbədə uşaq
mütaliəsi üçün ədəbiyyat yaratmaq işinə xidmət etməkdən ibarət idi. Bu onun
tərcümələrinin xarakterini müəyyənləşdirirdi. Ona görə də şair eyni ilə Krılov
təmsillərini uşaqların mütaliəsinə verməyi məsləhət görməmişdir. O, nəinki şairin
şeirlərini rus dilinin zəngin ifadə tərzini, şən, sadə, lakin dərin mənalı yumorunu, xalq
ədəbiyyatından gələn satiranı, hətta bir qism təmsilin bütün mətnini belə tərcümə etməyi
məqsədəmüvafiq hesab etməmişdi. O, bu təmsillər üzərində ciddi ədəbiyyat apardıqdan
sonra körpə həmvətənlərinə müraciətin məqsədi aydınlaşır.
H.X.Qaradağinın tərcüməsində azərbaycanlı uşaqlar Krılov təmsillərinin heç
birinin mətnini olduğu kimi oxuya bilməmişlər. Şair təmsillərin məzmunundan,
ideyasından asılı olmayaraq hamısının üzərində “əməliyyat” aparmış dəyişikliklər
etmiş, uşaq idrakına uyğunlaşdırdıqdan sonra oxuculara vermişdir. Bu məqsədlə o,
Krılov təmsillərinin əsas hissəsi və didaktik sonluğu üzərində dəyişikliklər edirdi.
Qaradaği tərcümələri haqqında təsəvvür yaratmaq üçün bəzilıərini nəzərdən keçirək:
Krılovun “Uşaq və ilan” təmsilində balıq tutmaq istərkən ilan tutan bir uşağın dəhşətli
qorxusu təsvir olunur. Ilan uşağa müraciət edərək bildirir ki, bu dəfə Allah səni saxladı.
Əgər cürətin belə artsa,çox zərər çəkəcəksən. Təmsil nəsihət və hədə ilə dolu bir
ahənglə qurtarırdı: ”İ znay o kem tı şutiş!” (İ.B.Burov. Raniy Tolstoy. Moskva -
M,1972,səh124). H.X.Qaradaği tərcümədə xalq atalar sözünü tərcümə edib təmsilə
əlavə etmişdi. Beləliklə, Krılov təmsilindəki fikrin əxlaqi-didaktik məzmununu bir
qədər də möhkəmləndirmişdi. Krılovun nəsihət, bir az da qorxu ifadə edən nəticəsini
saxlamaqla yanaşı onu “milliləşdirmək”, daha doğrusu ona milli ruh vermək, milli
91
zəminə bağlamaq üçün tərcümədə xalq məsəlinin əxlaqi nəticə kimi verilməsi, əsərə
milli kolorit vermiş, rus təmsilini bir növ azərbaycanlılaşdırmışdır.
Qaradağinin əlavə etdiyi əxlaqi nəticə belədir:
Bir məsəldir deyirlər Qaradaği ,arığın
Nə işinə gərəkdir basa xalqın qoruğun.
(“Vətən dili” II hissə,Tiflis 1888)
S.S.Axundov RƏİ-da saxlanan əlyazmasına istinad edən tədqiqatçı
H.X.Qaradağinin nəticəsi V.Qaradaği qeyd edir ki, ulu babası Tiflisdə çıxan “Kəşkül”
qəzetində də iştirak etmişdir.
XIX əsrin son illərində, yeni yüzillik ərəfəsində H.X.Qaradaği Şuşa ədəbi-mədəni
mühitinin aparıcı simalarından biri olmuş, teatr dərnəyində aktyor və suflyor kimi
çalışmış,ədəbi söhbət və mühazirələri ilə din-ləyiciləri valeh etmişdir. “Xandəmirov
teatrı”nda rollar oynayır, “Məclisi-üns”də yaxından iştirak edir, lirik qəzəllər,elmə və
tərəqqiyə aid şeirlər yazır ki, bu poetik nümunələrin bir neçəsi Mirmöhsün Nəvvabın
“Təzkireyi-Nəvvab” kitabında dərc olunur. H.X.Qaradaği “Məclisi-fəramuşan” ədəbi
məclisinin ən fəal üzvü kimi X.Natəvan, M.Nəvvab, C.C.Qarabaği ilə qəzəl
yarışmasında, sənət deyişməsində tərəf müqabili olmuşdur. Yenə şairin varisi
V.Qaradağinin RƏİ-da saxlanmış əlyazmaya istinadən bildirdiyi ədəbi yeniliyi biz də
oxucuların nəzərinə çatdırmaq istəyirik: “O, Zəngəzur və Qarabağ şairləri haqqında
məlumat verən qiymətli mənbə sayılan “Təzkireyi-Qaradaği”nin müəllifidir” (Az MEA
Əlyazmaları İnstitutu, rəf №7602). Ilk dəfə Sarı Aşıq haqqında məlumatı Xan
Qaradağski vermişdir. (Ə.Axundov Sarı Aşıq “Şeirlər” Bakı, 1966 “Ön söz”, səh3)
H.X.Qaradaği eyni zamanda “Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və
övzaları, Pənah xan əyyami hökumətlərinin əksər vəqaye və hekayələri”, rus dilində bir
romanın, “Körpə uşağı saxlamaq”, “Göz ağrısına müalicə” adlı tərcümələrin müəllifidir.
O, həmçinin folklor toplamaq sahəsində çalışmış, lüğət tərtib etməyi də söylənilir.
92
Azərbaycanda 28 Aprel çevrilişindən sonra H.X.Qaradaği yaşlı olmasına
baxmayaraq Şuşa maarif idarəsində işləmişdir, Maarifçi pedaqoq, mütərcim, şair
Həsənəli ağa Qaradaği 1929-cu il dekabrın 2-də iflic xəstəliyindən vəfat etmişdir.
XIX əsrin 70-ci illərində ictimai həyata qədəm qoyan H.X.Qaradaği həm
tərcümələri, həm lirik qəzəlləri, uşaq əsərləri, aktyorluq fəaliyyəti, ədəbiyyatşünaslığa
dair araşdırmaları ilə Azərbaycana varlığı ilə xidmət etmiş maarifşi ziyalılardan biridir.
Çox yaxşı haldır ki, 2003-cü ildə “Azərbaycan milli ensiklopediyası” tərəfindən ədibin
şeirləri, təmsilləri, tarixi salnamə, həyat və yaradıcılığı ilə bağlı araşdırmalardan ibarət
“Fə-ləyin bir belə dövrü olacaqmış...” adlı kitab yüksək bədii tərtibatla nəşr
olunmuşdur. “Ön söz” Vüqar Qaradağlı, tərtib Raqub Kərimova aiddir.
Milli maarifçiliyin ,pedaqogikamızın təşəkkülü və yüksəlişində müstəsna
xidmətləri olan H.X.Qaradağinin əsərlərinin latın qrafikası ilə oxuculara çatdırılması
çox dəyərli bir iş, unudulmaz xidmətdir. H.X.Qaradağinin pedaqoji və ədəbi irsi bu gün
də tədqiqatçılar və eləcə də bütün oxucular üçün qiymətli mənbə, yaş səviyəsindən asılı
olmayaraq bədii mütaliə nümunəsidir.
Ə D Ə B İ Y Y A T
1. H.X.Qaradağski (Qaradaği). Fələyin bir belə dövrü olacaqmış. “Az. Milli
Ensiklopediyası”, Bakı, 2003.
2. Vüqar Əhməd. Rus uşaq ədəbiyyatı və Azərbaycan. ”Bilik”, Bakı, 1992.
3. Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 2006.
4. Vətən dili ( tərtib, ön söz V.Qaradağlı). “İSBN” Bakı, 2007.
Dostları ilə paylaş: |