Şamil Vəliyev – 50



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə1/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
  1   2   3   4   5   6   7   8   9   ...   63


1
Vüqar ƏHMƏD
Elmi-filoloji qaynaqlar, ədəbi simalar
haqqında düşüncələr
BAKI-2010


2
Ön söz əvəzi və ya redaktodan:
Filologiya  elmləri  doktoru,  professor  Vüqar  Əhməd  son  illər  elmi  araşdırmala-
rını  bir  neçə  istiqamətdə  quran,  ədəbiyyat  nəzəriyyəsi,  ədəbiyyat  tarixi,  ədəbi  tənqidə
yeni  münasibət  bildirməkdən,  cənublu  qardaşlarımızın  elmi  və  bədii  yaradıcılıqlarına
yeni təfəkkürlə yanaşmaqla şərh verməkdən ibarətdir ki, bunu da təsadüfi hesab etmək
olmaz.
Vüqar Əhməd elmə şeirlə gəlmişdir. Dahi Füzulimizin yazdığı bu sözlər bizim bu
fukrimizə  necə  də  gözəl  nümunədir:  “Aydın  məsələdir  ki, şeir  elmin  müstəqil  bir
növüdür;  həm  də  mötəbər  bir  növüdür  və  kamalın  mötəbər  növlərindən  biridir.  Onu
inkar edənlər şeir zövqündən agah olmayan, şeir deməyə qüdrət tapa bilməyənlərdir.”
(H.Araslı  “Böyük  Azərbaycan şairi  Füzuli”,  Azərbaycan  Uşaq  və  Gənc  Ədəbiyyat
nəşriyyatı, Bakı, 1958, səh-102).
Poetikanı  yaxşı  bilən  və  ya  elmlə  poetikanı  birləşdirən  alim  olmaq  missiyasını
daşımaq çox məsuliyyətli bir işdir. Vüqar Əhməd bu missiyanı şərəflə daşıyır. Filoloji
elmi  qaynaqların, ədəbi  simaların  ayrı-ayrı  konkret  mövzulara  çevrilməsi  sahəsində
müəllif  bu  kitabda  çox  elmi-didaktik  məsələlərin şərhini  verməyə  nail  olmuşdur.
Kitabda  Ş.M.Xiyabani,  M.C.Pişəvəri,  Q.R.Mirzəzadə  haqqında  yeni  tədqiqlər,  habelə
Cənubi  Azərbaycan  poeziyası,  “Çağdaş  Tehran  poeziyasında  Pişəvəri”,  “Mirvarid
Dilbazi”,  “Ədəbi  qaynaqlar”,  “Azərbaycan  mübarizləri”  mövzularında  yazılan  yeni
şərhlər oxucuların diqqətini çəkəcəkdir.
Vüqar Əhməd  bizim  düşüncəmizə  görə,  Azərbaycan  poetik  fikir  tarixinə  bələd
olan,  musiqi  nəzəriyyəsini,  muğam  elmini,  incəsənət  tarixini  dərindən  bilən  və  bu
sahədə yeni söz deməyi bacaran tədqiqatçılardandır. Onun Füzuli söz sənətinə hərtərəfli
bələdliyi, fars dilli ədəbi simalarımızı, o cümlədən Füzulinin söz, sənət, müsiqi alətləri
haqqındakı fikirlərinə şərhlər verməsinin bir əsas səbəbi Vüqar Əhmədin kamanın, tarın
imkanlarını  gözəl  bilməsi,  bu  kimi  daha  bir  sıra  musiqi  alətlərində  mükəmməl  ifalar


3
etmək  qabiliyyətini  özündə  daşıması  ilə  yanaşı,  həm  də  dinşünas-islamşünas  bilici
olması ilə əlaqədardır.
Öz  tədqiqlərində  və  poetik  yaradıcılığında  Füzulini  peyğəmbəri  hesab  edir  və
şeirlərinin birində belə yazır:
Ya Məhəmməd, ya Əli,
Ya Məhəmməd Füzuli,
Ya Peyğəmbər Füzuli!
Ya müqəddəs Kərbəla,
Azərbaycan elindən
uzaq olsun bu bəla!
Məlumdur  ki,  Füzuliyə  iman  gətirən  bütün şairlər  həmişə  uğur  qazanmış  və
qazanırlar. Sənətdə Füzuli eşq yanğısı ilə alışıb yananların həmişə mövqeyi bir mərtəbə
ucalıqda olub.
Vüqar Əhməd çıxışlarını  elmi  məclislərdə  çox  dinləmişik.  Azərbaycan
muğamlarının  fono-poetik əsaslarına  onun  özündən  yaşca  çox  böyük  olan
filoloqlarımızla fikir bölüşməsi həmişə təqdir etmişik.
Ədəbiyyat tariximizdə nəzəriyyəçi simalar çox olub. Lakin onun akademik Vasif
Məmmədəliyevlə  söhbətləri  daha  çox  marağımıza  səbəb  olub.  Vasim  Məmmədəliyev
fenomenal yaddaşa, biliyə, düşüncəyə və nitqə malik olan mükəmməl insandır. Vüqar
Əhməd belə məclisləri öz nitqi ilə bəzəyir və söhbətə təravət verir.
Beləliklə,  bu  kitabı nəşrə  hazırlayanda  elmlər  doktoru,  qurtaranda  həm  də
professor  diplomu  təsdiq  edilən  Vüqar  Əhmədin  bu  kitabının  üstündə  prof.  Vüqar
Əhməd yazılacaq.
Belə bir alimin, xeyirxah insanın, şeirləri dillər əzbəri nəğməkar şairin sevincinin
hədd-hüdudsuz olduğu 47 yaşlı professorun “Elmi qaynaqlar, ədəbi simalar” kitabının
redaktoru  da  xoşbəxtdir.  Onu  da  qeyd  edək  ki,  bu  kitabda  müəllifin  40-dan  artıq
müxtəlif  səpkili  yazıları  da  toplanmışdır.  Müasirliyi  və  aktuallığı  ilə  seçilən
problemlərin  qaldırılması  ilə  bərabər, burada  informativ xarakterli  yazılara  da-


4
məqalələrə,  rəylərə  də  rast  gələcəkdir.  Bütövlükdə,  bu  kitabı  gələcək  tədqiqatçılara  o
cümlədən tələbəyə, magistrə, aspiranta, bir sözlə, hər kəsə oxumağı məsləhət bilirik.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin