Azərbaycan maarifçı-realist ədəbiyyatının inkişafında Rəşad bəy
Əfəndizadənin rolu
Çoxəsrlik və zəngin tarixə malik olan Azərbaycan ədəbiyyatının çağdaş
mərhələdə bütöv, tam mənzərəsini yaratmaq üçün ədəbiyyatımız bu gün hər cür ideoloji
təsir və təqiblərdən uzaq, milli kök və qaynaqlara söykənərək yenidən araşdırılır.
Müasir nəzəri fikrin kontekstində tədqiq olunmaqla ədəbi proses ayrı-ayrılıqda
öyrənilməklə bütöv ədəbiyyatımızın mənzərəsi yaradılır.
Ədəbiyyat tariximizin yeni konsepsiyasını şərtləndirən əsas amil onu milli
dəyərlər əsasında obyektiv tarixilik mövqeyindən dərk və şərh etməkdir. Bu boşluğu
doldurmağa cəhd edən, araşdırmalar aparan bütün həmkarlarımızın, tədqiqatçılarımızın
zəhmətinə, əməyinə ehtiramla yanaşaraq sayqı göstərməklə Səkinə Adil qızı
Bayramovanın dissertasiyasını xüsusi qeyd etmək istəyirəm.
Doğrudur, XX yüzillikdə bu istiqamətdə tədqiqatlar aparılmışdır. Rəşid bəy
Əfəndizadənin yaradıcılığı araşdırılmış, dərslik və monoqrafiyalarda ona oçerklər həsr
olunmuş, pedaqoji fəaliyyəti, görüşləri ətraflı tədqiq olunmuşdur. Lakin haqqında
danışdığım dissertasiya R.Əfəndizadənin ədəbi fəaliyyətini ətraflı əks etdirən ilk
tədqiqatlardan biridir. Əsər R.Əfəndizadə haqqında ümumiləşmiş, bütöv, əhatəli
monoqrafik tədqiqatdır.
9
Giriş, üç fəsil, nəticə və ədəbiyyat göstəricisindən ibarət olan namizədlik
dissertasiyasında R.Əfəndizadənin maarifçi-realist ədəbiyyatımızın inkişafındakı rolu
geniş planda, sistemli elmi prinsiplər əsasında əhatəli surətdə araşdırılmış və
ümumiləşdirilmişdir. Dissertasiyanın “Rəşid bəy Əfəndizadə marifçi-realist ədəbiyyat
cəhbəsində: ədəbi-tənqidi görüşləri” adlı I fəsildə görkəmli pedaqoq, nasir, şair,
dramaturq R.Əfəndizadənin ədəbi fəaliyyəti, mühiti və nəzəri görüşlərindən bəhs edilir.
Bu fəsildə tədqiqatçı eyni zamanda ədibin həyatı, ictimai fəaliyyəti, realist bədii
nümunələr qələmə alması, poetika problemləri ilə bağlı araşdırmalar aparması, bir
ədəbiyyatşünas kimi ədəbi-tənqidi görüşlərindən söhbət açılır.
Dissertasiyanın “Rəşid bəy Əfəndizadənin milli uşaq ədəbiyyatı yaratmaq
uğrunda mübarizəsi, uşaq şeirlərinin və bədii nəsrinin mövzu, ideya və sənətkarlıq
xüsusiyyətləri” adlanan II fəsildə ədibin milli uşaq ədəbiyyatına gəlişindən, müəllifi
olduğu dərsliklərdər bəhs edilir.
Doğma xalqının maarifləşməsi, mədəni tərəqqisi uğrunda olduqca cəsarətli
addımlar atan,bütün həyatını və yaradıcılığını bu müqəddəs işə səfər edən görkəmli
pedaqoq, şair, dramaturq, ədəbiyyatşünas, publisist R.Əfəndizadə Azərbaycan uşaq
ədəbiyyatı xəzinəsilə ən qiymətli cəvahirlər bəxş edən sənətkarlardandır. Uşaq
ədəbiyyatı sahəsindəki yaradıcılığını xalq ədəbiyyatı zəmnində inkişaf etdirirdi. Onun
dərslikləri XX əsrin əvvəllərində formalaşan və təşəkkül tapan milli uşaq
ədəbiyyatımızı bədii nümunələrlə zənginləşdirdi. Tədqiqatçı çox düzgün olaraq bu
nəticəyə gəlir ki, R.Əfəndizadənin “Uşaq bağçası” və “Bəsirətül-ətval” dərslikləri
Azərbaycan ədəbi və pedaqoji fikrinin inkişafı tarixində, xüsusilə milli uşaq ədəbiyyatı
yaratmaq sahəsində orjinal səhifə təşkil edir. Bu iki dərslik vasitəsilə azərbaycanlı
uşaqlar ilk dəfə olaraq əlvan uşaq nümunələri ilə tanış oldular, ədəbiyyatın nəzəri
məsələləri haqqında məlumat aldılar, ana dilində rus ədəbiyyatı klassklərinin əsərlərini
oxumaq, onların ideyaları ilə tanış olmaq imkanı əldə etdilər.
Dissertant bu fəsildə həmçinin Rəşid bəy Əfəndizadə yaradıcılığındakı poetik
nümunələri mövzuca qrupraşdıraraq üç yerə ayırır, sənətkarlıq və janr xüsusiyyətləri
10
haqqında söhbət açır. Dissertantın ədibin şeirlərinin sənətkarlıq və janr xüsusiyyətlərri
haqqında qənaətləri, apardığı təhlillər ürəkaçandır. Lakin tədqiqatçının bəzən poetik
cəhətdən zəif şeirləri bədii səviyyəcə mükəmməl əsər kimi nümunə gətirməsi yerinə
düşmür. Bəzən belə hallar dissertantın mövzuya obyektiv münasibətinə xələl gətirir.
Əfəndizadənin poetik irsi içərisində rus ədəbiyyatından tərcümələri xüsusi yer
tutur. Tərcümlərinin çox hissəsi İ.A.Krılovdandır. Rəşid bəy Krılov irsinin dilimizə ilk
tərcüməçilərindən hesab olunur. İ.A.Krılovun dilimizə ilk tərcüməsi A.A.Bakıxanovla
başlasa da bu işi davam etdirənlərdən biri R.Əfəndizadə olmuşdur. Bu tərcümələrin
bədii xüsusiyyətləri haqqında mərhum professor Alməmməd Alməmmədovun
“Azərbaycan–rus ədəbi əlaqələri” (Bakı, 1982), bu sətirlərin müəllifinin “Rus uşaq
ədəbiyyatı və Azərbaycan” (Bakı, 1992) adlı monoqrafiyalarında geniş və ətraflı bəhs
olunmuşdur. Əfsuslar olsun ki, tədqiqatçı bu əsərlərdəki fikirlərə münasibət
bildirməmiş, hətta onların adlarını belə ədəbiyyat siyahısına salmamışdır.
Dissertasiyanın “Rəşid bəy Əfəndizadənin komediya yaradıcılığı milli-realist
dramaturgiyanın inkişaf tarixi kontekstində” adlanan III fəsildə Rəşid bəy
Əfəndizadənin bir dramaturq kimi fəaliyyətindən, komediyalarının yaranma tarixindən
və təhlilindən bəhs olunur.
XX əsrin əvvələrində R.Əfəndizadayə yazdığı dram əsərləri Mirzə Fətəli
Axundzadə realist dramaturgiya ənənələrinin, maarifçilik ideyalarının davamçısı kimi
şöhrət gətirmişdir. Onun dramaturji fəaliyyəti otuz illik dövrü əhatə edir. O, “Qan
ocağı”, “Qonşu qonşu olsa kor qız ərə gedər”, “Saqqalın kəraməti”, “Pul dəlisi”, “Bir
saç telinin qiyməti”, “Tiflis səfərləri”, “Diş ağrısı” adı altında yeddi pyes yazmışdır.
Rəşid bəy də sələfləri kimi komediyanı özünə sənət seçərək məhzəkəni, bədii gülüşü və
yumoru insan mənəviyyatına layiq olmayan hisslərdən uzaq olmanın əsas vasitəsi,
kəsərli söz silahı hesab etmişdsir. Dissertant Rəşid bəyin adlarını sadaladığımız bütün
pyeslərini əhatəli, geniş təhlil edərək dramaturgiya tarixində şərəfli yer tutmağa layiq
olan bir dramaturq kimi səciyyələndirməklə mükəmməl səviyyədə yaradıcılığına
münasibət bildirərək ümumiləşdirir.
11
Tədqiqat işinin III fəslində R.Əfəndizadə dramaturgiyasının özünəməxsusluğu ,
maarifçi-realist çalarları, mövzu dairəsi, bədii xüsusiyyətləri ciddi elmi prinsiplər
əsasında müəyyən edilmişdir. Tədqiqatçıya görə Rəşid bəy bütün yaradıcılıq boyu, o
cümlədən komediyalarında
maarifçi-realist mövqeyində dəyanətlə dayanır,
personalların dili ilə xalqın tərəqqisi üçün ilk növbədə məktəbi, təhsili nəzərə çarpdırır.
Dissertanat Səkinə Bayramova da xələfləri kimi bu qənaətə gəlir ki, R.Əfəndizadənin
komediyaları milli məişətimizin müxtəlif sahələrini əks etdirən maraqlı əsərlərdir. Bu
komediyalar həm ədibin yaradıcılığında, həm də realist ədəbiyyatımızın tarixində şərəfli
yer tutmağa layiqdir.
Göründüyü kimi, Səkinə Adil qızı Bayramovanın “Azərbaycan maarifçi-realist
ədəbiyyatının inkişafında Rəşid bəy Əfəndizadənin rolu” mövzusundakı namizədlik
dissertasiyası görkəmli şair, nasir, dramaturq, publisist və ədəbiyyatşünas Rəşid bəy
Əfəndizadənin maarifçi-realist ədəbiyyatın inkişafında rolunu dəyərləndirən, çoxsahəli
ədəbi və sistemli təsəvvür yaratmağa uğurla xidmət edən tədqiqat əsəridir. Bununla
belə, fikrimizcə dissertasiyada bir sıra çatışmazlıqlar və nöqsanlar vardır:
1. Dissertasiyada mütəmadi olaraq “fanatiklər” ifadəsi işlənir. Bu söz alınma
olsa da dilimizdə başqa mənanı da ifadə edir. Yaxşı olardı ki, elə
“ruhanilər” kimi öz əksini tapsaydı.
2. R.Əfəndizadə çoxsahəli yaradıcılığı ilə ilk növbədə yazıçıdır və bədii
əsərləri ilə maarifçi-realist ədəbiyyatın inkişafına xidmət edib. Ədəbi-
tənqidi fəaliyyətində isə əsas realizm məsələləri yox, poetika və folklorun
tədqiqi daha çox üstünlük təşkil edir. I fəsil sonda öz əksini tapsa daha
məqsədəuyğun olardı.
3. H.X.Qaradağiyə bəzən dissertantın qeyri-obyektiv münasibəti təəssüf
doğurur. İ.A.Krılovun ilk tərcüməçilərindən söhbət gedəndə H.X.Qaradaği
ön sırada durur. Xüsusilə də orijinala sadiqlikdə R.Əfəndizadənin
tərcümərini mükəmməl tərcümə hesab eləmək olmaz. Bunların çoxu təbdil
və adaptasiyalardan ibarətdır.
12
4. III fəsil,səh 122-də və səh 140-da dissertant “mənfi əhrəman” ifadələrini
işlədir. Qəhrəman müsbət olar. Mənfi obrazdan söhbət gedirsə, bunun nəyi
qəhrəmandır? Ümumiyyətlə, dissertant “qəhrəman” və “obraz” sözlərini
sinonim kimi işlədir. “Mənfi obraz” deyilməlidir.
5. Dissertatiyada son illərin monoqrafiya və ali məktəb dərsliklərində
R.Əfəndizadə ilə bağlı tədqiqatlara münasibət bildirilməyib.
6. Dissertasiya işində orfoqrafiya və üslub xətaları müşahidə olunur.
Bütün bunlar namizədlik dissertasiyasının elmi-nəzəri əhəmiyyətinə ciddi xələl
gətirmir. Səkinə Adil qızı Bayramovanın “Azərbaycan marifçi-realist ədəbiyyatının
inkişafında Rəşid bəy Əfəndizadənin rolu” adlı dissertasiya mövzusunun aktuallığına,
elmi yeniliyinə, praktik əhəmiyyətinə görə ciddi maraq doğuran faydalı və samballı
tədqiqat əsəridir. Çoxcildlik Azərbaycan ədəbiyyatı, ali və orta məktəblər üçün
dərsliklərin hazırlanmasında bu dissertasiyadakı materiallardan, elmi qənaətlərdən
istifadə etmək mümkündür. Deyilənləri nəzərə alaraq Səkinə Adil qızı Bayramovanı
“Azərbaycan maarifçi-realist ədəbiyyatının inkişafında Rəşid bəy Əfəndizadənin rolu”
mövzusunda namizədlik dissertasiyasına görə filolojiya elmləri namizədi alimlik
dərəcəsinə layiq bilirəm.
Dostları ilə paylaş: |