Şamil Vəliyev – 50


«Slava boqu» - «şükür Allaha»



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə54/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   50   51   52   53   54   55   56   57   ...   63
«Slava boqu» - «şükür Allaha». Tərcümə dilinə nəzər yetirdikdə demək
lazımdır ki, rus sözlərinin dilimizə tərcüməsi təhriflərdən də xali deyildir. Tərcüməçi
başqa dildən tərcümə edən zaman sözlərin hərfi mənasına üstünlük verməməlidir. O,
çalışmalıdır ki, müəllifin bədii formada verdiyi fikir, məzmun saxlanıdsın. İnqilaba
qədərki uşaq əsərlərinin rus ədəbiyyatından olunmuş tərcüməsində mütərcimlər böyük
çətinliklərlə rastlaşmışlar. Çalışmışlar ki, orijinalın, müəlliflərin ifadə tərzi zəifləməsin.
Rus dilindən olunmuş tərcüməlrdə mütərcimlərin ən çox qarşılaşdığı çətinliklərdən biri
odur ki, rus dilinə başqa dillərdən keçmiş, lakin xalis rus sözü kimi işlədilən sözlər
hədsizdir. Belə ifadə və mətnlərin tərcüməsi çətinlik törədir. Belə sözlərə bir çox rus
ədiblərinin əsərlərində qarşılaşmaq mümkündür. Məsələn: rus dilindən alınma olan
«şinel» sözü «kişi əsgər geyimi», «qadın xalatı» və s. mənaları ifadə edir. Tərcümələrdə
«şinel» heç bir qarşılıqsız, olduğu kimi dilimizdə verilmişdir.
Rus dilində bir çox mənalarda işlənən «jupan»  (müasir rus dili üçün bu söz
arxaikləşmişdir – V.Ə.) lüğətlərdə «isti üst geyimi» mənasını verir. Azərbaycanlı
tərcüməçi bu sözə çox yerinə düşən, təbii bir qarşılıq tapır:  «gödəkçə». L.Tolstoyda


305
«lapti» sözü var. Bu, ağac sıyrımından (qabığından) toxunmuş ayaqqabı mənasını verir.
Qafur Rəşad Tolstoydan etdiyi tərcümələrdə bu sözü çox düzgün olaraq əsl mənasına
uyğun «çarıq» kimi vermişdir. L.Tolstoyun «Malğçik i palğçik» nağıl-hekayəsində
«semiverstnıe sapoqi» ifadəsini Q.Mirzəzadə «yeddi verslik çəkmə» kimi tərcümə
etmişdir.  «Sapoqi» sözü dilimizdə «uzunboğaz çəkmə» mənasını verir. Mütərcim
uzunçuluqdan qaçaraq «uzun» kəlməsini atmış və bədiiliyə nail olmuşdur.
Tolstoydan olan tərcümələrin dilində dini mahiyyət kəsb etməklə yanaşı, ən çox
işlək «slava boqu», «day boq», «prosti qospodi», «radi boqa» kimi ifadələrlə rastlaşmaq
mümkündür. Təsdiq etdiyimiz bütün nümunələrdə rus dilindəki sadaladığımız ifadələrin
çox düzgün, ədəbi və danışıq dilimizdə olan qarşılıqları verilmişdir:  «şükür Allaha»,
«inşallah», «Allah qoysa», «günahımdan keç, Allah», «günahımdan keç, İlahi», «Allah
xatirinə» və s. Bu ifadələr tərcümə dilində həddən çox işlədiyindən konkret misallar
gətirməyə ehtiyac yoxdur.
Tərcümə zamanı əsərin mlli koloritini saxlamaq prosesi obyektiv çətinliklərlə
qarşılaşır. Bu zaman tərcüməçi əsərin orijinalına diqqət yetirməli və çalışmalıdır ki,
tərcümə əsərin orijinalında verilən səviyyədə olsun və edilən dəyişikliklər mənaca səhvə
və təhriflərə gətirib çıxarmasın.
Orijinalda olan sözləri başqa dillərə tərcümə edərkən hansı dilə tərcümə olunursa,
o dilin bütün xüsusiyyətlərini, ifadələrin o dildə hansı forma və məzmunda işlədildiyini
nəzərə almaq lazımdır. Zorakılıqla tərcümə olmaz və buna heç vaxt ehtiyac olmamışdır
və hal-hazırda da lüzum yoxdur.

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin