455) Süddə olan yağın miqdarı hansı cihazla təyin edilir?
A) Butirometr
B) Laktodensimetr
C) Ovoskop
D) Juravlyov aləti ilə
E) Mironenko aləti ilə
Ədəbiyyat: N.Bağırov “Qidalanma gigiyenasının praktiki məşğələlərinə rəhbərlik”. “Maarif” Bakı 1977 səh.91
456) İctimai iaşə müəssisələrinin layihəsində hansı binalar qrupu nəzərdə tutulmur?
A) Texniki
B) Anbar otaqları
C) Ticarət
D) İnzibati - məişət
E) İstehsalat otaqları
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.266
457) Yeyinti müəssisələri işçilərində olan irinli xəstəliklər nəyə səbəb ola bilər?
A) salmonellalar məhsulları çirkləndirə bilər
B) streptokoklar məhsulları çirkləndirə bilər
C) diplokoklar məhsulları çirkləndirə bilər
D) stafilokoklar məhsulları çirkləndirə bilər
E) enterokoklar məhsulları çirkləndirə bilər
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.264
Dostları ilə paylaş: |