926) Selikli və irinli öd və duodenal möhtəviyyat nə ilə qarışdırılır və sentrifuqlaşdırılır?
A) Süd turşusu ilə
B) Kükürd efiri ilə
C) NaCl ilə
D) ZnSO4 ilə
E) Spirt ilə
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 184
927) Bəlğəmin Lüqol məhlulu ilə boyanmış nativ yaxmasında laborant hansı ibtidailəri aşkar edir?
A) Leyşmaniya
B) Sarkosista
C) Lyambliya
D) Plazmodiumlar
E) Pnevmosista, trixomonad, amöb
Ədəbiyyat: D.E.Qenis “Tibbi parazitalogiya”. Səh 160.
928) Nəcisin müayinəsində yumurtasına rast gəlinmir. Ancaq qurdun düz bağırsağından çıxması, qaşınma əmələ gətirməsi müşahidə edilmişdir. Yuxarıdakı əlamətlər hansı helmintə aidir?
A) Ankilostom
B) Strongiloid
C) Askarid
D) Tükbaş qurd
E) Bizquyruq
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
929) Dəri üzərində olan “qoturluq” elementlərinin qaşınıb götürülməsi üçün hansı vasitələrdən istifadə edilir?
A) Pipet
B) Skalpel, Folkman qaşığı, ülgüc
C) Tənzif
D) Kibrit çöpü
E) Pambıq
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 207
930) Amöb dizenteriyası olan xəstənin əşyaları və yataq dəsti necə zərərsizləşdirilir?
A) NaCL məhlulu ilə
B) HCl məhlulu ilə
C) 3 % - li lizol məhlulu ilə
D) 96 % - li spirtlə
E) KMnO 4 məhlulu ilə
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 27
931) İbtidailərə görə nativ yaxmanın hazırlanmasında hansı məhluldan istifadə olur?
A) Etanol
B) Metanol
C) Qliserin
D) NaCl
E) Sirkə turşusu
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 161
932) Variantlarda göstərilən sistalardan hansı bağırsaq amöbünə (Entamoeba Coli) aiddir?
A) 8 nüvəli
B) 6 nüvəli
C) 5 - 6 nüvəli
D) 3 nüvəli
E) 4 nüvəli
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 21.
933) Dəri leyşmaniozuna görə hazırlanmış nativ yaxmanın boyanması hansı üsulla aparılır?
A) Heydenhayn üsulu ilə
B) Lüqol ilə
C) Sil Nilson üsulu ilə
D) Metilen göyü ilə
E) Romanovski üsulu ilə
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 161
Dostları ilə paylaş: |