954) Aşağıdakı əlamətlərdən hansı exinokoka aiddir?
A) Yetkin buğumda 1500 - ə qədər yumurta olur
B) Bədən 100 - 120 buğumdan ibarətdir
C) Uzunluğu 5 sm
D) Ayrı cinslidir
E) Sürfəsi qovuq şəkillidir
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 92.
955) Yumurtaları xüsusi baramacığın içərisində yerləşən qurd aşağıdakılardan hansıdır?
A) Alveokok
B) Öküz teniyası
C) Donuz teniyası
D) Balqabaqvari qurd
E) Kiçik lent qurdu
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
956) Qadın cinsiyyət orqanlarına sürünərək daxil olan və orada iltihab prosesinə səbəb olan qurd hansıdır?
A) Atronqiloid
B) Askarid
C) Ankilostom
D) Tükbaş qurd
E) Bizquyruq
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 98.
957) Sürfələri aktiv hərəkətlə dəridən keçərək orqanizmə daxil olan helmint hansıdır?
A) Bizquyruq
B) Paraqonim
C) Nekator
D) Askarid
E) Fassida
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 109.
958) Helmint yumurtasını aşkar etmək üçün sentrifuqlaşdırma zamanı sidik çöküntüsünün üzərinə hansı məhlul tökülür?
A) Malaxit yaşılı
B) ZnSO4
C) NaCl
D) Lüqol və ya Metilen göyü
E) MgSO4
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 184.
959) Helmintozlara görə qanın müayinəsi zamanı hansı qan elementinin normadan artıq olduğu müşahidə edilir?
A) Limfosit
B) Eritrosit
C) Monosit
D) Trombosit
E) Eozinofil
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 238
960) Askaridozun bağırsaq stadiyasını aşkar etmək üçün hansı materialın müayinəsi aparılır?
A) Sidik
B) Qan
C) Nəcis
D) Mədə möhtəviyyatı
E) Limfa mayesi
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 106
Dostları ilə paylaş: |