863) Difteriya törədicisinin morfoloji quruluşu necədir?
A) Xırda, kokabənzərdir
B) Bir qədər əyilmiş,nazik çöplərdör
C) Ovaldır
D) Sancaq şəkillidir
E) Ucları kəsilmişdir
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı.1995. Səh. 290
864) Vərəm törədicisi aşağıdakılardan hansına aiddir?
A) Klostridiya
B) Korinebakteriya
C) Salmonella
D) Bordetella
E) Mikobakteriya
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 298
865) Vərəm törədicisi hansı morfoloji xüsusiyyətə malikdir?
A) Təbil çubuğuna oxşardır
B) Koklardır
C) Ucları dairələnmişdir
D) Düz, nazik çöplərdir
E) Ucları kəsilmişdir
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya” Bakı. 1995. Səh. 299
866) Vərəm törədicisini aşkar etmək üçün yaxmalar hansı boyama üsulu ilə boyanır?
A) Sil - Nilsen
B) Bürri
C) Romonovski - Gimza
D) Ojeşko
E) Qram
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 35
Dostları ilə paylaş: |