312) Avtoklavda sterilizasiya nə ilə həyata keçirilir?
A) İonlaşdırılmış şüalanma ilə
B) Buxarla
C) Qazla
D) Qızmış hava ilə
E) İsti hava ilə
Avtoklavda sterilizasiya buxarla həyata keçirilir.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 78
313) Hermetik polietilen paketlərində yerləşdirilmiş sterilizasiya ediləcək alətlər hansı üsul ilə sterilizasiya edilir?
A) İonlaşdırılmış şüalanma ilə
B) Buxar ilə
C) Kimyəvi məhlullarla
D) Buxar - hava ilə
E) İsti hava ilə
Hermetik polietilen paketlərində yerləşdirilmiş sterilizasiya ediləcək alətləri ionlaşdırılmış şüalanma üsulu ilə sterilizasiya edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, E.M.Quliyeva, F.Ş.Tağıyeva, X.N.Xələfli, X.H.Cəfərova, Ə.S.Hüseynova, S.N.Xanbutayeva. Dezinfeksiya işi. Bakı, 2008, səh 82
Dostları ilə paylaş: |